şənbə günü, 14 noyabr 2026
     

Lavrovla Bayramov "6-lıq" formatının baş tutacağına nədən bu qədər ümidlidir - rus- gürcü konflikti həll olundumu?..

Image


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin, üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı İşçi Qrupun fəaliyyətini müzakirə ediblər. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda, 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparıblar.

Məlumdur ki, 44 günlük müharibə başa çatandan sonra region ölkələri yaranmış yeni reallıqların fonunda optimal əməkdaşlıq formatı olaraq “3+3” formulu üzrə əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər. Yalnız Gürcüstandan başqa, bütün region ölkələri bu əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Gürcüstan Rusiya ilə aralarında olan ziddiyyət amilini əsas gətirərək, bu formatda iştirakdan imtina edir. O halda Bayramov-Lavrov danışığında yenidən bu məsələ niyə müzakirə olunub? Onlarda bu formatın baş tutacağı ilə bağlı ümidlər nədən qalmaqdadır?

Əslində aparılan müşahidələr göstərir ki, Gürcüstan bu formatdan birmənalı şəkildə imtina etmir. Çünki anlayır ki, bu imtina bir sıra layihələrdən kənarda qalmaqla nəticələnə bilər. Faktiki olaraq, bu məsələ ilə bağlı Gürcüstan hakimiyyəti dilemma qarşısında qalıb. Gəlin, Gürcüstan rəsmilərinin bu məsələ ilə bağlı ifadə etdiyi mövqeyə diqqət edək.

Gürcüstanın Rusiya ilə birlikdə “3+3” formatında iştirak etməsi çətin olacaq, buna baxmayaraq, ölkə böyük geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır. Bunu Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani Rusiya XİN rəhbəri Sergey Lavrovun bir tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan, digər tərəfdən İran, Rusiya və Türkiyə bağlı irəli sürdüyü yeni əməkdaşlıq formatı təklifinə münasibət bildirərkən deyib. O daha sonra bildirib: “Əlbəttə ki, işğaldan azad olunma istiqamətində heç bir proses görmədiyimiz zaman belə bir formatda iştirak etmək və bir növ infrastruktur layihələrindən danışmaq çox çətindir. Buna baxmayaraq, ictimaiyyətə əks olunmaq üçün belə bir mövqe təqdim etmək istəyirəm: bu böyük geosiyasi layihələrdə və əlaqələrdə, heç olmasa bir şəkildə təmsil olunmalıyıq, əlbəttə ki, dövlət maraqları və işğalçıya bəzi güzəştlər hesabına deyil”.

Gürcüstanlı nazir ölkəsinin suverenliyinin və ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu vurğulayıb: “Bölgədə inkişaf edən proseslərlə ayaqlaşmalıyıq və bu səbəbdən ölkənin rolunu və funksiyasını itirə biləcəyi Gürcüstandan yan keçə biləcək bütün yeni, hətta infrastruktur layihələrində iştirak etməliyik. Bu səbəbdən ölkəmizin maraqlarının zərər görməməsi üçün burada dəqiq bir mövqenin olması vacibdir”.

Göründüyü kimi, Gürcüstan birmənalı imtina mövqeyini ortaya qoymur.

Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahianla keçirdiyi mətbuat konfransında bu təşəbbüsün “3+3” formatı yaratmaq üçün müzakirə edildiyini deyib: üç Cənubi Qafqaz ölkəsi və onların üç böyük qonşusu – Rusiya, İran və Türkiyə.

Lavrov qeyd edib ki, İran bu təşəbbüsə Türkiyə və Azərbaycan kimi müsbət münasibət bəsləyir: “Rusiya Federasiyası erməni həmkarları ilə işləyir. Rusiya tərəfi gözləyir ki, Gürcüstan, yaşadığı problemlərə baxmayaraq, belə bir mexanizm yaratmaqda marağını görə biləcək”.

Gürcüstanın xarici işlər nazirinin açıqlaması onu deməyə əsas verir ki, Tiflis hər an razılığını verə bilər. Təbiidir ki, təcrübəli diplomat kimi Lavrov bunu görə bilir. Bu səbəbdən də onda əminlik var ki, Gürcüstan hansısa şərtlərinin qəbul olunması müqabilində əməkdaşlığı məqbul saya bilər. Bildirilir ki, Gürcüstan üçün “3+3” formatında əsas praktik risq Abxaziyadan keçən bir dəmir yolunun açılması perspektivi ilə əlaqədardır. Burada Moskva, Ankara və Tehranın maraqları üst-üstə düşür, lakin bu perspektiv və hətta bu barədə danışmaq Gürcüstanın milli maraqlarına ziyan vurur.

Ancaq əksər ekspertlər hesab edir ki, Gürcüstanı layihədən imtinaya ABŞ və Qərb müttəfiqləri sövq edir. Çünki onlar, nəyin bahasına olursa-olsun, Rusiyanın regionda təşəbbüsü ələ almasını istəmir. Buna görə də, Azərbaycan alternativ kimi “2+2” formatını təklif edib. Təbiidir ki, bu alternativ Gürcüstanı bir qədər də düşünməyə vadar edib və ola bilsin, “3+3”lə bağlı hansısa müsbət impulslar ötürməyə başlayıb.

Qeyd edək ki, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər 26 avqust 2008-ci ildə Moskvanın, beynəlxalq hüququ pozaraq, Gürcüstanın iki bölgəsinin – Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyandan sonra gərginləşib. Ancaq bu heç də o anlama gəlmir ki, tərəflər bir-biri ilə açıq düşmənçilik aparır. Hətta bir sıra sahələrdə bu iki ölkə arasında əməkdaşlıq nümunələrini də görmək mümkündür.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ