şənbə günü, 14 noyabr 2026
     

İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlaşdırır?..

Image


“Caliber” hərbi-analitik platforması iddia edir ki, İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır.

“Caliber”ə məlumatlı mənbədən daxil olan informasiyaya əsasən, son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişləndirilir, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsilə bərpa etməyə çalışır.

Məhz bu səbəblərdən irəli gələrək İranın hərbi və siyasi dairələrinin İrəvana səfərlərində intensivlik müşahidə edilir. Bütün bunlar “Caliber”in hazırladığı xüsusi layihədə iddia edilir.

Qeyd edək ki, “Caliber” bu mövzuda xüsusi video da hazırlayıb.

“İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır” iddiası nə dərəcədə doğru ola bilər?

  • “Ermənistan sadəcə bir oyuncaqdır və daha dəqiq desək, müharibə ritorikasını səsləndirmək üçün vasitədir”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması iddialarına etinasız yanaşmaq olmaz: “Bəri başdan deyə və təsdiq edə bilərik ki, reallığa qalanda Ermənistanın “ipinin üzərinə odun yığmaq” olmaz. Çünki İrəvan daim öz vədinə əməl etməyən tərəf kimi tanınır və bu fakt əslində belə deməyə əsas verir ki, qonşularının torpaqlarına göz dikməyə alışmış Ermənistan, hətta düşdüyü ağır və çıxılmaz böhrana baxmayaraq, hələ də revanşçılıq hissləri ilə alışıb-yanmaqdadır. Bu mənada, bir sıra informasiya mənbələrində Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması iddialarına etinasız yanaşmaq olmaz. Xüsusilə İran-Ermənistan münasibətləri fonunda bu məsələ daim diqqətdə saxlanılmalıdır. Bu xüsusda diqqəti mövcud məsələni sübut edən daha bir faktora yönəltmək istərdim. Belə ki, bu günlərdə rəsmi Tehrana yaxınlığı ilə seçilən “Irdiplomacy” saytında çıxış edən iranlı siyasi analitik Ehsan Movahediyan qeyd edib ki, vacib olduğu zaman İran Ermənistana hərbi və kəşfiyyat dəstəyi göstərməlidir və bu kimi vasitələrlə Türkiyə-Azərbaycan hərbi-strateji əməkdaşlığına mane olmaq mümkündür. Açıq şəkildə Ermənistana dəstək mövqeyindən çıxış edən iranlı siyasi ekspert sözügedən məqaləsində bu birliyi “regionda ekspansionist tendensiya” adlandırır və eyni zamanda təklif edir ki, İran bu məsələdə Rusiya ilə intensiv danışıqlara başlamalı, Qafqazda Tehranın maraqlarına yaranan təhlükədə Rusiyanın razılığı müşahidə edilməməli, üstəlik, İran özünəməxsus geosiyasi ağırlığı və mümkünlüyünü Qafqaz regionunda artırmalıdır. Göründüyü kimi, bu açıq-aşkar dolayısı təhdid, yaxud bu yöndə olan çağırışdır və söz yox ki, Azərbaycanla apardığı 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan həmin fürsəti əldən vermək istəmir. Əminliklə deyə bilərik ki, Tehranın bənzər təklifləri İrəvan tərəfindən dəyərləndirilir”. 

R.Rəsulovun sözlərinə görə, həmin məqalədə çıxış edən Ehsan Movahediyan həmçinin digər bir məsələyə - sanksiyalara da toxunaraq bildirir ki, ölkəsi sanksiyaların azaldılması üçün fəaliyyətə keçməlidir və bu vasitə ilə böyük qonşularına qarşı müqavimət imkanlarını artırmalıdır. “Maraqlı məqam isə budur ki, Tehran hakimiyyətinə yaxınlığı ilə seçilən siyasi ekspert sözügedən məqaləsində yalnız Türkiyəni və Azərbaycanı deyil, həm də dolayısı ilə Rusiyanı hədəfə alır və Moskvanı Tehrana qarşı cinahda görür, yaxud belə göstərməyə çalışır. Məhz bu kontekstdən yanaşma edən müəllif mövzunu Ermənistanın üzərinə aparır, İran-Ermənistan birliyi barədə ismarıclar yollayır. Ona görə də İran mövcud sərhədlərin saxlanılması məsələsində Ermənistanın mövqeyini dəstəkləməyə, üstəlik hərbi və kəşfiyyat dəstəyini göstərməyə çağırış edir. 

Göründüyü kimi, bir müddət əvvəl rəsmi Tehranın regionda öz hərbi-diplomatik varlığını, eləcə də mühümlüyünü sübut etməyə çalışması, hətta Azərbaycanın işğaldan çıxararaq bərpa etdiyi sərhədlərində hərbi təlimlər keçirməsi belə İranın istədiyi nəticələri vermədi. O cümlədən, İranın xarici işlər nazirinin Moskva səfəri və Kreml uğursuzluğu da bu mənada özünü təsdiq edir ki, Tehran nəinki Qafqazda, hətta Ərəb Birliyi ilə münasibətlərindəki soyuq davranışlarında bütün qonşularını müəyyən mənada itirib, yaxud etimadını qeybə uğradıb – Erməistandan başqa. Ermənistan isə sadəcə bir oyuncaqdır və daha dəqiq desək, müharibə ritorikasını səsləndirmək üçün vasitədir. Ona görə də Tehran hazırkı situasiyada yeganə çıxış yolunu İrəvanla sıx təmaslarda görür, üstəlik, bəlli adamları vasitəsilə hərbi və kəşfiyyat məsələlərində təkliflərini irəli sürür. Lakin son məqamda deyə bilərik ki, Ermənistanın yeni müharibəyə hazırlaşması, yəni revanşçılıq siyasəti yürütməsi ehtimalının mövcudluğu bu gün də gündəmdədir”. R. Rəsulovun fikrincə, bu faktı 2020-ci ilin noyabrında imzalanmış Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli bəyanatdakı məlum bəndlərin İrəvan tərəfindən realizə edilməməsi ilə əlaqələndirə bilərik: “Artıq həmin bəyanatdan bir il ötməkdədir və bu gün Qarabağda separatçı quldur dəstələrinin hələ də qalmaları, silahlarını təhvil verməmələri, tanınmayan separatçı qurumun buraxılmaması və s. kimi məsələlər belə bir qənaətə gəlməyə zəmin yaradır”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ