şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın Pakistanın ən müasir qırıcısını alacağı dəqiqləşdi

Image


Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları almaqda maraqlıdır. Bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

O, məsələ ilə bağlı qeyd edib: “Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması gündəlikdə duran ən əsas məsələdir”. M.Novruzov əlavə edib ki, Azərbaycan Pakistanla öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir: "Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir". Xatırladaq ki, Pakistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana fəal dəstək verib. İki ölkə arasında müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur. Bu fonda “Block 3” modifikasiyalı JF-17 qırıcılarının yaxın tezlikdə ordumuzun arsenalında peyda olacağına heç bir şübhə yeri yoxdur. Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da Azərbaycanın yaxın gələcəkdə yeni hərbi təyyarələr alacağını bildirib: “Azərbaycan ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var”. Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və digər məsələlər konseptual şəkildə yerinə yetirilir: “Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”. Mehman Novruzovun açıqlamaları göstərir ki, Azərbaycanın əsas seçimlərindən biri “Block 3” modifikasiyalı JF-17 qırıcısı olacaq.  Bir daha qeyd edək ki, çoxhədəfli yüngül “JF-17 Thunder” qırıcısı Çinin istehsal etdiyi J-7 qırıcısının modernləşdirilmiş versiyasıdır. Maraqlıdır ki, J-7 qırıcısı isə özlüyündə lokal müharibə və münaqişələrdə çox aktiv şəkildə istifadə edilən sovet istehsalı olan Miq-21 qırıcısının törəməsidir.
JF-17 qırıcısı 1990-cı illərin sonunda Çin-Pakistan əməkdaşlığı çərçivəsində yaradılıb. Miq-21 qırıcısını tam şəkildə modernləşdirilməyi planlaşıdran Çinin “Chengdu Aircraft Corporation” şirkəti bu tip qırıcıları dördüncü nəsil qırıcılar səviyyəsinə çatdırmaq yönündə işə başlayıb. Elə ilkin mərhələdə sözügedən layihəyə maraq göstərən İslamabad onun əhəmiyyətli hisəsini maliyyələşdirərək, texnologiyalara yiyələnmək, öz ərazisində bu qırıcıları istehsal etmək və satmaq hüququ qazanıb.
2007-ci ildə uçuş sınaqları yekunlaşdıqdan sonra JF-17 qırıcıları Pakistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub.  2019-cu ildə təyyarənin üçüncü versiyasının - “Block 3”ün təlim uçuşları həyata keçirilib. Gələn ildən isə qırıcının 4+ nəslinin kütləvi istehsalına başlanması nəzərdə tutulur.
Arsenalında “hava-hava” və “hava-yer” raketləri olan JF-17 qırıcısı 100 kilometr uzaqlıqda yerləşən hədəfləri vura bilir. Müasir qırıcılar orta və kiçik hündürlüklərdə kompüterləşmiş uçuşu idarə etmək və yüksək manevr bacarığına malikdir. Yaxın məsafəli döyüşlər üçün heç də pis xüsusiyyətlərə malik olmayan JF-17 kifayət qədər yüksək sürətlə hərəkət edə bilir və pilot üçün çox komfortludur. Xatırladaq ki, iki il əvvəl Pakistan-Hindistan qarşıdurması zamanı JF-17 110 kilometrlik məsafədə iki Hindistan "Su-30MKI" qırıcısını tapıb. Onu "SD-10" raketləri ilə vurmaq imkanı olsa da, bu barədə əmr almayıb. Bu da o deməkdir ki, JF-17 qırıcıları, xüsusən də onun “Block 3” modifikasiyası Rusiya istehsalı olan "Su-30MKI" qırıcısından da üstündür.

Lakin Azərbaycanı təkcə “JF-17 Thunder” qırıcıları maraqlandırmır. Azərbaycan Pakistandan digər hərbi texnologiya, silahlar və müdafiə təyinatlı digər məhsullar idxal etməkdə maraqlıdır. Məlumat üçün bildirək ki, Pakistan Asiya regionunda güclü hərbi sənaye kompleksinə malik ölkələrdən biridir. Bu hərbi sənaye kompleksi Pakistan ordusunun kiçik atıcı silahlardan tutmuş tanklara və artilleriya vasitələrinə, təyyarələrdən tutmuş ballistik raketlərə, ən müxtəlif döyüş sursatlarına qədər praktiki olaraq bütün ehtiyaclarını ödəyə bilir. Azərbaycan üçün isə Paksitanın uzaqmənzilli raketləri və hərbi təyyarələri daha çox maraq doğurur. Çünki Pakistan 2 min kilometrə qədər mənzilli ballistik raketlərə malikdir. Pakistanın hərbi sənayesi Çin texnologiyası əsasında 300 kilometrdən 3000 kilometrədək hədəfləri vura bilən ballistik raketlər istehsal edir. Bunlara “Xətf-1”, “Xətf-2”, “Xətf-1A”, “Xətf-4”, “Xətf-9” raketləri daxildir. Bundan əlavə, Pakistan hərbi sənayesi "Babur" və "Raad" qanadlı raketləri, yüksək dəqiqlikli H-2 qanadlı raketi istehsal edir. Bu raketlərin müəyyən növlərinin idxalı Azərbaycan üçün maraqlıdır. Pakistan istehsalı olan orta mənzilli “Şahin” ballistik raketləri də çoxdan Azərbaycanı maraqlandırır. Azərbaycan Pakistandan 750 kilometr mənzilli “Şahin-1" ballistik raketlərini almaqda maraqlı tərəf kimi çıxış edir. Qeyd edək ki, “Şahin” raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyilə istehsal edilən və Hindistanla qarşıdurmada Pakistanın əsas çəkindirici elementi olan “Şahin” ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kq ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ