Ermənilərin kütləvi olaraq “Bakı-Xəbər” TV-yə qarşı hücumları başlayıb. Belə ki, “Bakı-Xəbər” TV-nin hazırladığı verilişlər ermənilər tərəfindən şikayət edilir.
“Bakı-Xəbər” TV-nin hazırladığı və 10 aprel 2019-cu ildə “YouTube”də yerləşdirdiyi “Paşinyan aprelin 11-də AŞPA-da ölkəmizə qarşı “ksenofobiya və dözümsüzlük” iftiraları yağdırmağa hazırlaşır...” başlıqlı veriliş ermənilərin kütləvi şikayəti nəticəsində “YouTube”dən silinib.
Qeyd edək ki, “Bakı-Xəbər” TV öz proqramlarında kesnofobiya, dözümsüzlük, monoetniklik kimi antibəşəri məsələlərin hökm sürdüyü, dövlət siyasətinə çevirildiyi Ermənistanın əməllərini mütəmadi olaraq ifşa edir və bu ölkədə mövcud olan bu ziyanlı ab-havanı tənqid edir. Heç şübhəsiz, ermənilərin kütləvi olaraq verilişlərimizi şikayət etməsi də bundan qaynaqlanır.
Ülviyyə NAĞIYEVA