şənbə günü, 14 noyabr 2026
     

“Bakı-Xəbər” TV-nin populyar aparıcısı ermənilərin hədəfində... Mehman İsmayılov... - MÜSAHİBƏ

Image


“Biz artıq informasiya hücumuna keçmişik deyə ermənilərdən bu cür kəskin reaksiya gəlir”

Tanınmış politoloq Mehman İsmayılovun təqdimatında “Bakı-Xəbər” TV-nin efirində yayımlanan “Çoxluqdan 1-liyə” verilişinin rus dilində buraxılışı yalnız Azərbaycanda deyil, Rusiyada, Ermənistanda və başqa ölkələrdə də yaxından izlənilir.

M.İsmayılovun Ermənistanın məkrli siyasətini, işğalçılığını, terrorçuluğunu ifşa etməsi, ermənilərin ikiüzlü, ziyankar, başqa xalqlara qarşı daim təcavüzkar niyyətində olan bir toplum olaraq təqdim edilməsi erməniləri kəskin şəkildə qıcıqlandırır. Hətta M.İsmayılova müxtəlif təhdidlər, hədələr də ünvanlanır.

Politoloqun özünün məsələyə manasibətini öyrənmək üçün onunla söhbətləşdik:

- Mehman müəllim, “Bakı-Xəbər” TV-nin efirində Sizin müəllifliyinizlə yayımlanan “Çoxluqdan 1-liyə” proqramı tez bir zamanda nəinki Azərbaycanda, eləcə də keçmiş ittifaq məkanında böyük effekt yaratdı, özünə böyük tamaşaçı auditoriyası qazandı. Hər kəsin Azərbaycan dilində proqramlar hazırladığı bir zamanda necə oldu ki, “Bakı-Xəbər” TV rus dilində proqram təqdim etməyə maraq göstərdi?

- Biz həmişə çalışmışıq ki, həqiqətləri dünya anlasın. Təkcə Azərbaycan auditoriyası deyil, bütün əski Sovetlər Birliyi cumhuriyyətləri bilsinlər ki, erməni əslində nə ilə nəfəs alır, türk xalqlarının, yəhudi, gürcü xalqının başına hansı müsibətləri gətiriblər. Bilirsiniz ki, əski Sovetlər Birliyi ərazisində hər kəs rus dilini bilir və başa düşür. Bu gün də Rusiyanın ərazisində yaşayan ermənilərin hər gün bizə qarşı dezinformasiya sistemini işlətməsinin şahidi oluruq. Bütün Rusiya dövlət televizya kanallarında bizə qarşı aparılan erməni siyasəti, erməni propoqandası məcbur edir ki, biz onlara cavab verək.

- İnformasiya savaşı davam edir və ermənilər bizə qarşı daha çox böyük təxribat kampaniyaları aparır. Təbii ki, bunun da arxasında erməni lobbisi dayanır...Biz bu cür verilişlərlə informasiya müharibəsində hansısa nailiyyət əldə edə bilərik?

- Əgər istiqamətimizi doğru seçə bilsək, əlbəttə, nailiyyət əldə edəcəyik. Ermənilərin arxasında təkcə erməni lobbisi yox, dünyanı idarə edən böyük güclər dayanır. ABŞ, Fransa, Rusiya Federasiyası dayanır, Yunanıstan, müsəlman dünyasının bir neçə ölkəsi dünya erməniliyini müdafiə edir. İngiltərə bu məsələlərdə bizi müdafiə etdi, amma XIX, XX əsrlərdə ingilislər də onların tərəfində idi... Bu ölkələrin məqsədi erməniləri müdafiə etmək deyil, məqsəd ermənilərdən alət kimi istifadə edib dünya türklüyünə və islama qarşı mübarizə aparmaqdır.

- Ermənilər onsuz da müxtəlif dövlətlərin əlində bir alətdir ki, hər zaman istifadə olunur...

- Təbii ki, ermənilər beynəlxalq bir alətdir və bu alətdən bütün böyük güclər vaxtilə Osmanlı Türkiyəsinə, indi isə Azərbaycana və Türkiyəyə qarşı istifadə edirlər. Erməni bir çirkin alət kimi istifadə edilir. Onların arxasında, təbii, erməni lobbisi dayanır,  erməni lobbisinin özündən isə ərazisində yerləşdiyi hökümətlər, dövlətlər bizə qarşı istifadə edirlər. Ermənilərin apardığı bütün çirkli, saxta siyasətin, qara piarın arxasında Qriqorian kilsəsi dayanır. İndi biz onlara hər dildə cavab verməliyik. Bizim televiziya proqramları onların layiqli cavabını verir. Biz planlaşdırırıq ki, ingilis dilində filmlər çəkək və bunları tamaşaçılarımıza təqdim edək. Bu həqiqətləri daha böyük auditoriya bilsin. Çünki bizə tariximizi öyrənməyə imkan verməyiblər. Ermənilərin bizim başımıza açdığı müsibətlərin 90 faizindən Azərbaycan gəncliyinin xəbəri yoxdur. Bütün bunları çatdırmalıyıq cəmiyyət anlasın ki, bizim düşmənimiz nə qədər nadürüst, nə qədər qəddar və məkrlidir.

- Bu veriliş çox qısa bir zamanda ermənilərin daxilinə nüfuz etdi. Onlar öz etirazlarını müxtəlif formalarda bildirirlər, hətta Sizə zəng edənlər, Sizi təhdid və təhqir edənlər də az olmur. Necə oldu ki, bu verilişlər birbaşa hədəfə dəydi və bundan ermənilər çox möhkəm qıcıqlandılar?

- Təbii ki, biz erməniləri yaxşı tanıyırıq. Ermənilərin hansı sinir ucları, sinir nöqtələri varsa biz onlara qarşı apardığımız informasiya müharibəsində məhz həmin o sinir nöqtələrinə toxunuruq. O səbəbdən də ermənilər bizə çox kəskin reaksiya verirlər, mənə qarşı hədələr, təhqirlər ünvanlayırlar. Qorxutma, təhdid etmə kimi hərəkətlər ermənilərin xislətidir. Bizi Azərbaycan dövlətçiliyini, Azərbaycanı qorumaq, müdafiə etmək yolunda Allahdan başqa heç bir qüvvə dayandıra bilməz, dayandırmamalıdır da. Çünki biz Xocalı soyqırımını yaşadıq, Zəngəzur dəhşətlərini yaşamışıq, ermənilər 1 milyona yaxın azərbaycanlını zaman-zaman qətlə yetiriblər. Ona görə də bu informasiya savaşında biz aktiv iştirak etməliyik. İngilis, ərəb, fransız, rus, erməni, alman dilində bütün o cəmiyyətlərə biz fikirlərimizi yetirməliyik ki, onların bundan xəbəri olsun. Axı sadə almanın, sadə ingilisin, sadə fransızın, sadə amerikalının, sadə rusun özünün minlərlə problemi var. Ermənilər onlara bizim haqqımızda dezinformasiyanı çatdırır. Amma biz əsl informasiyanı çatdırmayanda bu o insanları bizim əleyhimizə  düşünməyə vadar edir. İndi baxın, Solovyov, Baqdasarov, Şahnazarov, Kurqenyan, Zatulin, Yevsayev, Jirinovski, bunlar bir sürü qara piarçıdır ki, ermənini müdafiə edir və Azərbaycana çirkab atırlar. Onlara necə cavab verməyək? Onların öz dillərində cavabı verilməlidir.

- Reaksiyalar daha çox Rusiyada yaşayan ermənilərdən gəlir, yoxsa Ermənistandan da reaksiyalar alırsınız? Hər halda verilişi bu ölkədə də izləyirlər...

- Hər yerdən reaksiya gəlir. Rusiyadan da, başqa yerlərdən də verilişlərə qıcıqla yanaşanlar çox olur.

- Sizi açıq şəkildə ölümlə hədələyirlər...

- Həm İrəvanda, həm də Rusiyada yaşayan ermənilər məni bu verilişlərə görə ölümlə hədələyirlər. Yəni bu hədə-qorxu, ölüm təhdidi müxtəlif yerlərdə yaşayan ermənilərdən gəlir. Mən onların hədələrini heç hesab edirəm. Təbii, onların verdiyi kəskin reaksiyalar göstərir ki, biz doğru yoldayıq...

- Bu, informasiya savaşıdır və biz düşmənə qarşı bu sahədə fəaliyyətimizi davam etdirməliyik...

- XXI əsr informasiya əsridir. XXI əsrdə tüfəngdən, topdan çox informasiya öldürür. İnsanları, cəmiyyətləri informasiya idarə edir, yönləndirir. Alman, ingilis, fransız cəmiyyəti, ərəb dünyası Qarabağ məsələsini necə anlayır ki, erməninin tərəfində dayanır? Mən imperialist güclərı çıxıram, çünki onlar əzbər bilirlər ki, ermənini nə üçün bizə qarşı istifadə edirlər. Amma sadə rus, sadə ərəb, sadə fransız bilirmi ki, erməni kimdir və niyə Suriya, Livan, İordaniya onu müdafiə edir? Bunu sadə ərəb bilirmi? Sizi yüz faiz əmin edirəm ki, onlar bu məsələnin mahiyyətini bilmirlər. Biz onlara çatdıra bilərik. Bunnla bizə qarşı aparılan informasiya savaşına müqavimət göstərmiş oluruq. Ancaq illər boyu biz yalnız müdafiə olunmuşuq. Ona görə də bizə heç zaman reaksiya verməyiblər. Erməni həmişə təşəbbüsdə olub, biz ona cavab vermişik. Biz artıq informasiya hücumuna keçmişik deyə ermənilərdən bu cür kəskin reaksiya gəlir. Bu o deməkdir ki, biz doğru istiqamətdə irəliləyirik. Biz ermənilərin informasiya cəbhəsində bizə qarşı düşündüyü, apardığı saxta kampaniyanın, qara piarın qarşısını aldığımız düşüncəsindəyik.

Söhbətləşdi: İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ