şənbə günü, 14 noyabr 2026
     

Postsovet məkanında daha bir qanlı savaş başlanır…

Image


Son günlərdə dünyanın diqqəti yenidən Ukrayna üzərində cəmləşib. Çünki bu ölkənin hər an Rusiya ilə qanlı qarşıdurmaya getməsi artıq an məsələsi hesab edilir.

Məsələ Ukrayna ordusunun Donbas separatçılarına qarşı “Bayraktar” PUA-nı tətbiq etməsindən sonra daha da qəlizləşib. Qeyd edək ki, Ukrayna ordusu ilk dəfə 26 oktyabrda “Bayraktar” PUA-sından istifadə edərək, atəş açan haubitsanı məhv edib. Buna Kremldə də qəzəbli reaksiya verilib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, Ukraynanın Donbasda “Bayraktar” PUA-sından istifadəsi olduqca təhlükəlidir. Kiyev bu addımının nəticəsini, ola bilsin ki, təsəvvür etmir: “Mən “Bayraktar” PUA-sının müqavimət güclərinin mövqelərinə hücumunu izlədim. Düşünürəm ki, bu, ukraynalıların olduqca təhlükəli bir oyunudur”. O qeyd edib ki, Ukrayna ordusunun komandanı Valeri Zalujnının Ukraynanın öz arsenalındakı silahlardan istifadə haqqının olması və bununla bağlı kimsədən icazə almayacağı barədə açıqlaması atəşkəs razılaşmasına ziddir: “Ancaq PUA ilə oyun Ukrayna tərəfinin ağlına belə gəlməyən nəticələrə səbəb ola bilər. Bu çox təhlükəli oyundur. Onlar bunu anlamalıdırlar, ancaq anlayacaqlarına əmin deyiləm”. Bundan sonra Rusiya Ukrayna sərhədlərinə doğru ordu cəmləşdirməyə başlayıb. Bəzi Rusiya nəşrləri də Ukrayna sərhədlərinə zirehli texnika eşelonlarını, “İsgəndər-M” operativ-taktiki raket komplekslərini cəmləşdirdiyi barədə məlumatlar, görüntülər yayıb. “The Washington Post” qəzeti yazır ki, Kremlin addımları Qərbdə ciddi narahatlığa səbəb olub. Məsələ ilə bağlı Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot bildirib: “Bizə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qeyri-adi fəallığı barədə məlumatlar daxil olub, amma biz Rusiyanın niyyətinin nədən ibarət olduğunu bilmirik. ABŞ regionda deeskalasiyanı və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla nizamlanmasını dəstəkləyir. Artıq bəyan etdiyimiz kimi, bizim Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır”.Ukrayna hökuməti bildirir ki, sentyabrda keçirilmiş “Qərb-2021” hərbi manevrlərindən sonra Rusiya qoşun hissələrinin bir çoxu daimi dislokasiya yerlərinə qaytarılmayıb və hazırda Ukrayna sərhədi boyunca 90 min Rusiya hərbçisi var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu vəziyyətdə Kiyev liderlərini Moskvanı Ukraynanın şərqindəki münaqişəyə çəkmək cəhdində ittiham edib: "Biz Rusiyanı hər hansı bir döyüşə cəlb etmək məqsədilə törədilən təxribatların, silahlıları reaksiya verməyə məcbur etmək cəhdlərini müşahidə edirik”. Bundan əvvəl Rusiya bildirmişdi ki, Donbasdakı separatçıların üzərinə hər hansı hərbi hücum Ukrayna dövlətinin varlığını sual altında qoya bilər. Bununla belə, Moskva Donbasdakı separatçılara dəstək verdiyini cidd-cəhdlə danır və Ukraynaya müdaxilə niyyətində olmadığını bildirir. Bununla belə, qondarma “Donetsk xalq respublikası”nın başçısı Denis Puşilin Rusiyadan onlara köməyə minlərlə “könüllünün” gələcəyini bildirib. Puşilinin sözlərinə görə, onda məlumat var ki, Rusiyadan böyük sayda “könüllü” Donbasa getməyə və “xalq respublikası” uğrunda vuruşmağa hazırdır: “Vəziyyət kəskinləşən kimi könüllülərdən kütləvi müraciətlər daxil olur”.

Bundan başqa, son peyk görüntüləri Rusiyanın Ukrayna sərhədlərinə yenidən hərbi texnika və qoşun hissələri cəmləşdirdiyini təsdiq edir. “Maxar Technologies” şirkətinin kommersiya peykinin çəkdiyi sensasion görüntüləri ABŞ-ın “polıtıco” nəşri yayıb. Bildirilir ki, Rusiya 2021-ci ilin yaz aylarında da Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirmişdi. Yeni təsvirlərdə isə Ukrayna sərhədlərinin bir neçə kilometrliyində, o cümlədən Belarus sərhədləri yaxınlığında yerləşən Yelni şəhəri ətrafında zirehli tank hissələrinin, özüyeriən artilleriya qurğularının və çoxsaylı digər hərbi texnikanın, o cümlədən avtomobil texnikasının cəmləşdirildiyi görünür. Bildirilir ki, həmin bölmələr, o cümlədən Rusiya ordusunun elit 1-ci qvardiya tank diviziyası sentyabrın sonlarından etibarən Ukrayna sərhədlərinə doğru hərəkət edib. “Jane’s İntelligence” nəşrinin apardığı analiz isə göstərib ki, Rusiya ordusunun 4-cü tank diviziyası da Ukraynanın şimal sərhədlərinin yaxınlığında yerləşən Bryansk və Kursk şəhərləri ətrafında cəmləşdirilib. Diviziya T-80U tankları və özüyeriyən artilleriya kompleksləri ilə təchiz edilib. Bildirilir ki, 1-ci qvardiya tank diviziyasının bəzi hissələri də həmin rayondadır. Nəşrin analizinə əsasən, həmin tank ordusu bütün səviyyələrdə döyüş əməliyyatlarının, o cümlədən irimiqyaslı hücumun aparılması üçün nəzərdə tutulub. Bu tank birləşməsi ən yeni texnika ilə təchiz edilib. Rusiya bir tərəfdən Ukrayna ilə sərhədə güclü texnikasını cəmləşdirməklə əzələ nümayişini həyata keçirir, digər tərəfdən, həyati vacib olan Ukrayna istiqamətində məğlub olmaq istəmir.

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə paralel olaraq Donbasda da gərginlik artıb, separatçıların Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutması intensivləşib. Ukrayna Silahlı Qüvvələri də bu təxribatlara cavab verir və təmas xəttinə qoşun hissələri cəmləşdirir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ