şənbə günü, 14 noyabr 2026
     

"6-lıqdan 4-lüyə" mahir keçid, növbəti çevik regional kombinasiya, Əliyevin incə "yatımına tumarlamaq" taktikası... - Aydın QULİYEV yazır...

Image


Son 15 ildə Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələrək reallaşan və bəzən bizdən asılı olmadan reallaşa bilməyən məqbul sayda beynəlxalq layihələr göstərə bilərik. İqtisadi, ticarət, logistika, enerji və başqa istiqamətlər üzrə tərtiblənən layihələr regionumuzda, eləcə də Avrasiyada mövcud mənzərələri dəyişməkdə öz sözünü deyib.

Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP,  Şərq-Qərb, Şimal-Cənub layihələrinin hər birinin yaranma tarixi və səmərəsi barədə bitməyən müzakirələr aparmaq olar. Vaxtilə məşhur olan "Nabukko" qaz kəməri layihəsinin də ideya müəllifi Azərbaycan  idi. Alınmadı, Azərbaycanın ucbatından yox, Qərb partnyorlarının "xərçəng, balıq, ördək" oyunu üzündən bu layihə reallaşmamış arxivə verildi. Həmin dövrlərdə bizim Prezidentin o qanadlı fikrini yəqin ki, siyasətlə bağlı adamlar unutmayıblar. Prezident dönə-dönə deyirdi ki, layihənin gerçəkləşməsi üçün qazın istehsalçısı və istehlakçısı olan ölkələr vahid siyasət aparmalıdır, əks halda məqbul nəticə olmayacaq. Sonradan hər kəs də gördü ki, Almaniyanın davranışları vahid kursun formalaşmasına mane oldu və nəticədə “Nabukko” alınmadı .

Cənub Qaz Dəhlizinin bu gün tam reallaşmasında öz təsirli rolunu oynamış Azərbaycan Prezidentinin ardıcıl kursu barədə isə təhlil və şərhlər lazımi qədər verilib .

44 günlük Vətən müharibəsinin uğurlu və qalibiyyətli bir Azərbaycan layihəsi olması barədə də kifayət qədər deyilib. Müharibədən sonrakı bir illik dövr üçün xarakterik olan bir neçə başqa Azərbaycan layihələri barədə də ayrıca danışmaq lazım gəlir.

Zəngəzur dəhlizinin layihəsinin kağız üzərində ilk eskizlərinin çəkildiyi andan etibarən sırf Azərbaycan layihəsi olduğuna kimsə şübhə etmir. Prezidentimiz özü deyib ki, 10 noyabr sənədinə bu barədə xüsusi maddə məhz onun təkidi və təklifi ilə salınıb. Mən hələ Qarabağda təkcə sosial deyil, həm də təhlükəsizlik, müdafiə, iqtisadi və hərbi mahiyyət kəsb edən yol, nəqliyyat layihələri barədə danışmıram. Halbuki danışılası şeylər çoxdur.

Prezident regionda hamının marağını çəkmiş məşhur "3+3" əməkdaşlıq formatının da  konturlarını ilk göstərənlərdən biri oldu. Əliyev məhz Zəngəzur dəhlizinin imkanları hesabına regionumuzda Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyənin hüdudlarında olmaqla geniş əməkdaşlıq coğrafiyasının yarana biləcəyini detallara qədər təhlil etdi. "Bu dövlətlərin hər birinin sonadək maraqlı və təşəbbüskar olması layihənin əsas uğur şərtlərindən olacaq" fikri də Prezidentimizin öncədən dediyi və gedərək özünü doğrultmaqda olan mülahizələrindən biridir. Son dövr olayları sübut etdi ki, İranın məlum səbəblər üzündən tam təşəbbüskar mövqe göstərməməsi məşhur "6- lıq" formatının gerçəkləşməsində təsirli maneələrdən birinə çevrilib. Azərbaycan Prezidenti bunu da çox aydın bir formada demişdi ki, Azərbaycan-Ermənistan-Gürcüstan üçtərəfli əməkdaşlığının başlaması üçün təşəbbüslər edilməlidir.Təbiidir ki, Əliyevin bu çağırışının ilk məqsədi üç Qafqaz ölkəsinin yenidən bir-birinə uyuşmasına nail olmaqdırsa, daha uzaq hədəfi məhz haqqında söhbət gedən "6-lıq" formatının tam işlək forma almasıdır. Prezidentimizin Gürcüstanı öncə üçtərəfli formatda mütərəqqi oyunun içinə almaqla ardınca onu daha geniş "6-lıq" formatına cəlb etmək kimi "yatımına tumarlamaq" taktikasının incə əlamətləri ortadadır. Həqiqətən, çox çəkmədi ki, Rusiya ilə bəlli problemlər üzündən Gürcüstanın "6-lıq" formatına qoşula bilməyəcəyi rəsmən deyildi. Hətta ABŞ rəsmisi açıq mətnlə "Gürcüstan ərazi bütövlüyü problemi yaşadığı vaxtda Rusiya ilə bir formatda necə ola bilər?! formasında hökmünü də ortaya qoydu. Məntiqi olaraq deyilməlidir ki, əgər Prezident Əliyevin "üç Qafqaz ölkəsinin əməkdaşlığını başlatmaq" çağırışına zamanında lazımi diqqət ayrılsaydı, "6-lıq" formatında Rusiya-Gürcüstan əməkdaşlığı bu qədər "ölü mövzuya" dönməzdi. Düzdür, Rusiya-Gürcüstan probleminin kökləri daha dərindir. Ancaq hətta dərin siyasi problemlərin olduğu şəraitdə iqtisadi-ticarət əlaqələrinin rəvan işlədiyinə dair faktlar  kifayət qədərdir. Bu da onlardan biri ola bilərdi...

Ancaq bu gün Gürcüstanın Rusiya ilə əməkdaşlıqdan çəkilməsi faktiki olaraq "6- lıq" formatını kəm-kəsirli layihə həddinə düşürüb. Zəngəzur dəhlizi üzərindən İranın da geniş əməkdaşlıq formatlarına ehtiyatlı yanaşdığını nəzərə alsaq bir zamanların çox cəlbedici "6- lıq" formatının əslində "4- lük" halına gəlməsinin əlamətlərini görməkdəyik. Regionun siyasi özəlliklərindən və dəyişən konyukturadan asılı olaraq prosesləri 6-dan "4-lüyə" transformasiya etmək çevikliyini də hamıdan əvvəl İlham Əliyev göstərdi. Lap son günlər bölgə səfərlərinin birində Türkiyə-Rusiya əməkdaşlığını regional təhlükəsizlik üçün çox əhəmiyyətli faktor adlandıran İlham Əliyev əslində bununla yeni şərait üçün 2 region + 2 qeyri-region ölkəsi olmaqla "3+3" əvəzinə "2+2" formatı barədə müzakirələrə yol açdı. Həqiqətən də İlham Əliyevin həmin bəyanatından sonra siyasi dairələrdə "2+2" ən çox müzakirə edilən layihələrdən birinə çevrilib. Beləliklə, İran və Gürcüstanın sırf öz mülahizələri ilə "6-lıqdan" kənar qalacaqları halda Azərbaycan Prezidentinin yeni təşəbbüsü olan "2+2"- nin yolu açıqdır…

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ