şənbə günü, 14 noyabr 2026
     

“Arsax kinosu” Kanada kino festivalçılarının tam erməni lobbisinə əsir olduğunu bir daha sübut etdi...

Image


Erməni saxtakarlığı, bütün sahələrdə olduğu kimi, beynəlxalq kino festivallarında da özünü göstərir. Bütün imkanlarından istifadə edib “Arsax” adını daha çox yerlərdə hallandırmağa can atan ermənilər bununla həm dünyanı, həm də özlərini aldadırlar. Amma öz yalanına özü inanan Ermənistan buna görə də heç cür yalanlardan yaxasını qurtara bilmir, onu açıq şəkildə dövlət siyasətinə çevirib.

Erməni mətbuatının yazdığına görə, Ermənistanın 2019-cu ildə “Artsax" müharibəsi” barədə çəkdiyi “Cənnətə aparan qapı” filmi Kanadada keçirilən Ontario beynəlxalq kino festivalında 4 nominasiya uzrə mükafat alıb.

Dramatik janrda çəkilmiş, “Artsax müharibəsinə” həsr olunan filmdə hadisələrin 2016-cı ildə baş verdiyi göstərilir. Filmin rejissoru Jivan Avetisyandır. Çəkilişlər Ermənistan, “Artsax” və Litvada aparılıb.

Maraqlıdır ki, Kanadada keçirilən kinofestival tərəfindən belə qondarma mövzuda çəkilən filmə mükafat verilir. Halbuki, tarixdə “Arsax müharibə”si deyilən bir müharibə baş verməyib, 2016-cı ildə şanlı Aprel döyüşləri bas verib. Aprel müharibəsində də əsas məqsəd erməni terroruna qarşı mübarizə və Azərbaycanın öz ərazilərini azad etməsi olub.

Burada diqqət çəkən əsas məqamlardan biri odur ki, beynəlxalq festivallarda Azərbaycana Qarabağ mövzusunda film təqdim etməyə imkan vermirlər. Deyirlər ki, biz siyasi mövzuda filmlər qəbul etmirik, amma ermənilərin qondarma movzuda cəkdiyi filmə mükafat verilir, özü də 4 nominasiya üzrə.

Ekspertlər deyir ki, bu məsələnin kökündə dayanan məqamlardan biri əksər festivallların, o cümlədən də Ontario beynəlxalq kino festivalının təşkilatçılarının erməni lobbisinin əlində oyuncaq olması dayanır. Bir sıra festivallar erməni lobbisinin pulunun girovuna çevirilib.

  • Şamil Əliyev: “Hansısa bir qondarma mövzuda çəkilən filmin ikinci dərəcəli kinofestivalda mükafat alması…”

Tanınmış kinorejissor, kino mütəxəssisi Şamil Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ geniş müzakirə, fikir mübadiləsi tələb edir.

“Əvvəla, aydın məsələdir ki, ermənilər mədəniyyətlərini də, məişətlərini də, bir sözlə hər şeylərini öz siyasətlərinə tabe etməyə çalışırlar. Yəni ermənilər üçün özgür mədəniyyət deyilən bir anlayış yoxdur ki, bir mədəniyyət nümunəsi olaraq ortaya qoyulsun və ondan müəyyən nəticə çıxarılsın. Hər bir şey qondarma “Böyük Ermənistan” ideyalarına qurban verilir. Burada da obyektiv heç nə ola bilməz. Hesab edirəm ki, ermənilərin bu davranışı xəstə, anormal bir düşüncənin məhsuludur, bu da onları yaxşı bir yerə aparıb çıxarmayacaq. 44 günlük Vətən müharibəsində biz bunun nəticəsini gördük. Bunun cavabını, başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqı, Azərbaycan ordusu çox yüksək səviyyədə verdi. Ermənilər indi hara istəyirlər, necə istəyirlər şikayət etsinlər, xeyri yoxdur. Bu, məsələnin bir tərəfi. İndi gələk Kanada festivalına. Bilirsiz, festivalların hamısı eyni deyil, onlar arasında fərq var. Tutaq ki, ermənilər lobbiçilikdən istifadə edib bütün dünyadakı məşhur adamlarını bu xəstə ideyaya xidmət etməyə çağırırlar. Bunların da əlində bir uydurma var, guya 1915-ci ildə “genosid” olub, Osmanlı “erməniləri genosid edib”. Bunun da cavabını zaman-zaman obyektiv tarixçilər verir. Hətta Türkiyə Prezidenti Ərdoğan jurnalistlə söhbətində bir fikir işlətdi ki, gəlin tarixi sənədləri ortaya qoyaq kim kimi genosid edib, bu məsələ ilə məşğul olmaq tarixçilərin işidir. Ermənistan heç vaxt öz arxivlərini açmır, aydın məsələdir ki, burada tarixi həqiqət üzə çıxacaq və bunun kimə xidmət etdiyi məlum olacaq. Amma istər Fransada, istər İngiltərədə, istər Amerikada, istərsə də Rusiyanın özündə  bir sıra alimlər, hətta siyasi xadimlər də ermənilərin çox səhv yolda olduğunu zaman-zaman göstərib, bu barədə kitablar, obyektiv araşdırmalar da var”.

Ş.Əliyevin qeyd etdiyinə görə, Atom Eqoyan adlı erməni əsilli bir ABŞ, Kanada rejissoru var, Hollivud platformasında çalışan bir şəxsdir. A.Eqoyan bir necə il əvvəl saxta, qondarma “genosid”ə həsr olunmuş bir film çəkmişdi: “Eqoyanın bu filmi Kann festivalında əsas proqramdan müsabiqəyə salınmışdı. Bilirsiz ki, Kann festivalı da dünyanın ən nüfuzlu festivallarından biridir. Türkiyə Cumhuriyyəti rəsmi şəkildə Eqoyanın filminə qarşı çıxdı və Türkiyə XİN-in xəttilə etiraz notası göndərdi. Fransada erməni lobbisinin təsirinin güclü olmasına baxmayaraq, Türkiyənin notasından sonra Kann festivalının təşkilat komitəsi elə şərait yaratdı ki, Eqoyan özü filmini müsabiqədən çıxardı və belə bir söz dedi: “Sənət əsərinin siyasi məqamlara tabe olaraq öz obyektivliyini itirməsi təhlükəsi olduğu üçün mən özüm filmi müsabiqədən geri çəkirəm”. Belə məsələlərdə tarixçilər öz sözünü deməlidir.

Çox tanınmayan bir erməni rejissoru o vaxtkı boşluqdan sui-istifadə edərək belə bir film çəkib və bu film Kanadada bir festivalda iştirak edib. Bu elə də nüfuzlu festival deyil. Hansısa bir qondarma mövzuda çəkilən filmin ikinci dərəcəli kinofestivalda mükafat alması bizi qıcıqlandırmamalıdır. Biz öz işimizi görməliyik, Qarabağa aid  filmlər də çəkəcəyik, çəkilir də, indi istehsalatda olan, hətta çəkilişi başa çatan filmlər də var. Bu filmlər də, yəqin ki, beynəlxalq festivallara çıxarılacaq… 

Sözsüz ki,  burada bizim Mədəniyyət Nazirliyinin keçmiş rəhbərliyinin fəaliyyətsizliyindən qalmış bəzi məqamlar var ki, indi də onun altını çəkirik. Anar Kərimov yeni təyin olunmuş nazirdi, islahatlar aparır. İslahatlar hələ başa çatmayıb. Beynəlxalq  festivallar barədə fakir bildirmək üçün Mədəniyyət Nazirliyində islahatlar başa çatmalıdır”.

Ş.Əliyev qeyd etdi ki, Kino Agentliyi yaranacaq, Agentlik yarandıqdan sonra AVROMAŞ-ın üzvü olmalıyıq. “AVROMAŞ-ın üzvü olandan sonra bizim sözümüz o festivallara müəyyən mənada tez çata bilər. Biz hələ ki, bu qurumun üzvü deyilik, amma yəqin ki, yaxınlarda olacağıq. Bizim qarşımızda duran məsələlərdən biri Qarabağı dirçəltmək, bərpa etmək, erməni vandalizmini dünyaya təqdim etməkdir…”

  • Qiymət Məhərrəmli: “…Ontario beynəlxalq kino festivalı da erməni lobbisinin girovuna çevrilib”

Filologiya üzrə fəsləfə doktoru Qiymət Məhərrəmlinin fikrincə isə, bu filmin Kanadaya gedib çıxmasında erməni lobbisinin xüsusi marağı olub. “Erməni lobbisi bütün beynəlxalq kino festivallarını ələ alıb onları maliyyələşdirir. Elə bir beynəlxalq kinofestival yoxdur ki, orada erməni lobbisinin sözü keçməsin. Qondarma mövzuda çəkilən filmin də Kanada festivalında bir neçə nominasiya üzrə mükafat alması onu göstərir ki, Ontario beynəlxalq kino festivalı da erməni lobbisinin girovuna çevrilib. Belə olmasaydı, qondarma mövzuda çəkilən uydurma bir filmə bu cür münasibət göstərməzdi”-deyə alim bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ