şənbə günü, 14 noyabr 2026
     

Litva ictimai baxışlarında Azərbaycan - diaspor problemi, lobbi problemi, ya...təxribat…

Image


Azərbaycanın dünyada aktiv təbliğatını aparmaq bir sıra qurumların üzərinə düşür. Onlar istəsələr də, bundan boyun qaçıra bilməzlər. İlk növbədə Azərbaycanın təmsil olunduğu ölkələrdəki səfirlikləri fəal olmalıdır.

Bununla yanaşı, həmin ölkələrdəki diaspor təmsilçilərimiz fəallıq göstərməlidir. Ancaq qeyd edək ki, bu həmin diaspor təşkilatlarının üzərinə düşən ictimai bir vəzifədir. Onların bu yöndəki effektiv fəaliyyəti Diaspor Komitəsi və səfirliklərimiz tərəfindən koordinasiya edilməlidir. Təəssüf ki, bəzən bunun ürəyimiz istədiyi kimi olmadığını görürük. Konkret misala keçək.

  • Litva cəmiyyəti indiyə qədər Qarabağ həqiqətlərindən xəbərsizdir...

Litvalı jurnalist, publisist Gintaras Visotskas “Caliber” analitik mərkəzinə müsahibəsində deyib ki, litvalıların böyük əksəriyyəti elə bilir “Daşnaksütyun”, “Hnçak”, ASALA “Azərbaycan terror təşkilatları”dır. “…Litvalılardan “Daşnaksütyun”, ASALA və ya “Hnçak” nədir deyə soruşsanız, çox vaxt cavab olaraq eşidəcəksiniz ki, bunlar “Azərbaycan terror təşkilatlarıdır”. Təbii, heç də bütün litvalılar bilmir ki, Ermənistanda hələ də Rusiya hərbi bazası var və erməni hərbi təlimatçıları bu il Litva sərhədində keçirilən “Qərb-2021” Rusiya-Belarus təlimlərində iştirak ediblər. Yalnız mənim portalımda Ermənistan-Azərbaycan münasibətlərinə dair məqalələr tapa bilərsiniz.

Litvada təkcə Ermənistanın deyil, Azərbaycanın da xeyrinə arqumentlər verən bir neçə kitab nəşr olunub. Bu, tarixçi Algimantas Lekisin “XX əsrdə Qafqazda xalqların köçü” əsəridir. Bir də “Qara bağın faciəsi” və “Qara bağın işi” məqalə toplularım…” – deyə litvalı jurnalist, publisist Gintaras Visotskas bildirib.

G.Visotskas da başqaları kimi bunun səbəbini erməni saxta təbliğat maşınının gecə-gündüz dayanmadan işləməsi ilə bağlayır. Bəli, ermənilər özlərinin terror təşkilatlarının Azərbaycana aid olduğuna dair yalan təbliğat aparır və bizim əleyhimizə kifayət qədər işlər görürlər. Ermənilərin bizə qarşı təbliğatının motivi bizə aydındır, informasiya savaşında bu, düşməndən gözlənilən haldır. Düşmən əlindəki bütün vasitələrdən bizə qarşı istifadə etmək üçün illərdir ki, dayanmadan fəaliyyət göstərir və günü-gündən fəaliyyətini daha da gücləndirir. Düşmən öz düşmənçiliyini harada olsa göstərir. Bəs Azərbaycanın Litvadaki səfirliyi, şəxsən səfir nə işə baxıb ki, Litva cəmiyyətinin Azərbaycan haqqında normal təsəvvürü yaranmayıb və çoxluq erməni terror təşkilatlarını “Azərbaycanın terror təşkilatları” sayır? Səfir orada erməni təbliğatına qarşı heç bir tədbir görə bilmir ki, Ermənistanla Litva arasında dostluq, əməkdaşlıq sürətlə irəliləyir. Bəs diaspor qurumlarımız? Onlar da səfirliyimiz kimi bir-iki tədbir keçirməklə işlərini bitmiş sayıblar? Litva cəmiyyəti indiyə qədər Qarabağ həqiqətlərini bilmir. Əlbəttə, bunun günahı yenə də səfirliyin boynundadır ki, heç bir iş görmür. Azərbaycanın Litvadakı səfirliyinin də Azərbaycanı təbliğ etməkdən başqa hər işlə məşğul olduğu aşkar ortadadır…

  • Jurnalist hardan bilir ki, Litvada mütləq əksəriyyət bu fikirdədir?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz Feysbuk hesabında məsələ ilə bağlı maraqlı yanaşma ortaya qoyub: “İllər boyu Litvada işləmiş səfirlərimizin, Diaspor Komitəsinin heç günahı yoxdur? Litvalılar kimi məlumatlı toplum belə səhvə yol verə bilərmi? Bir Litva jurnalisti Azərbaycan resurslarına müsahibə verib ki, Litva cəmiyyətinin əksəriyyəti “Hnçak”, “ASALA” və “Daşnaksütyun”u Azərbaycanın terror təşkilatları sayır. Bizim bəzi düşüncə sahiblərimiz isə burada birmənalı olaraq erməniləri qınamağa başlayıb. Doğrudur, işlər başı ermənilərdir. Ancaq bu məsələdə tək ermənini “qovmaqla” hara getmək olar? Erməni düşməndir, məlum, o çalışacaq ki, özünün bütün qəbahətlərini ya dansın, ya ört-basdır etsin, ya da Azərbaycanın adına yazsın.

Bəs bizim illərlə Litvada fəaliyyət göstərmiş səfirlərimizin, səfirliyimizin, Diaspor Komitəsinin heç bir günahı yoxdur? Bəlkə günahların ən böyüyü elə məhz bunlardadır?

Bəlkə həmin Litva jurnalisti təxribat aparır? Jurnalist hardan bilir ki, Litvada mütləq əksəriyyət bu fikirdədir? O ümumölkə miqyaslı rəy sorğusu aparıb? Görürsünüz, nə qədər suallar çıxdı?

Mən isə inanmıram ki, Litva kimi müasir, fəal, tarixən təşəbbüskar, məlumatlı və yaradıcı bir cəmiyyətdə mütləq əksəriyyət ASALA-nın və digər qaniçən qurumların kimə aid olduğunu bilməsin və səhv etsin”.

  • Xarici ölkələrin çoxunda diaspor təçkilatlarımız erməni təbliğatı ilə deyil, bir-biri ilə mübarizə aparır...

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, məsələyə müxtəlif rakurslardan yanaşmaq olar: “Əvvala qeyd edim ki, yalnız Litvada deyil, bütün ölkələrlə bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, səfirliklərimizin və diaspor təşkilatlarımızın işi qəndətbəxş deyil. Əksər ölkələrdə səfirliklərimizlə diaspor təşkilatlarımız arasında dərin ziddiyyət var. Xarici ölkələrin çoxunda diaspor təçkilatlarımız erməni təbliğatı ilə deyil, özləri bir-biri ilə mübarizə aparırlar. Bu da Diaspor Komitəsinin işi düzgün nizamlaya bilməməsindən qaynaqlanır. Baltikyanı ölkələrin bizə münasibəti hər zaman normal olub. Yəni onların erməniyə təəssüb çəkmək kimi məcburi öhdəliyi yoxdur. Bundan əlavə, bir qədər soyuqqanlı olan həmin millətlər məxsusi olaraq deyilən məsələni araşdırmaqda da maraqlı deyillər. Bunun üçün aktiv təbliğat lazımdır ki, beyinlərə yerisin. Görünür ki, ermənilər həmin ölkədə bizi qabaqlayırlar. Ancaq elə bir indikator da yoxdur ki, sadə vətəndaşların nə düşündüyünü müəyyən etsin. Siyasi aktiv olmayan vətəndaş heç öz ölkəsində baş verənlərə maraq göstərmir. Bu baxımdan maraqlıdır, litvalı jurnalist vətəbdaşlarının erməni terror təşkilatları ilə bağlı “qənaətini” nəyə əsasən bölüşür? Aydın şəkildə görünür ki, həmin jurnalist hər iki ölkənin diqqətini özünə cəlb etmək istəyir. Bir qədər də mövzu ilə spekulyasiya edir. Ancaq bu o anlama gəlmir ki, biz diasporumuzun və ya həmin ölkədəki səfirliyimizin fəaliyyətindən razıyıq. Bir çox hallarda Diaspor Komitəsi ilə təşkilatlar arasındakı münasibətlər formalizmdən o tərəfə keçmir. Elə tədbirlər keçirilir ki, orada yalnız fotolar yadda qalır. Heç bir faydalı iş əmsalı görmürük. Litva ilə bağlı isə fəaliyyət ümumiyyətlə zəifdir. Həmin ölkədə azərbaycanlıların da sayı azdır. Ona görə disporumuzun nəticələri ürəkaçan deyil. Ancaq səfirliyimiz bu yöndə mütləq iş aparmalı, həmin ölkəyə erməni terror təşkilatlatını yaxşı tanıtmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ