şənbə günü, 14 noyabr 2026
     

İrəvan sərhədlərin müəyyən edilməsində Bakının dediyi xəritələri əsas götürəcək

Image


Son günlərdə ən aktual məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında sərhədlərin sovet xəritələri əsasında müəyyən edilməsidir.

Elə bu günlərdə Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev sözügedən xüsusda maraqlı məqamlara diqqət çəkərək bildirib: "Biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, Çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır".

Bundan sonra Rusiya prezidenti Vladimir Putin bu fikri “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycan və Ermənistan sərhədi ilə bağlı mühüm nüanslar açıqladı: “İndi ən başlıca məqsəd sərhəddə vəziyyəti tənzimləməkdir. Əlbəttə, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil. Bizə iki tərəfdən və Rusiyadan başqa heç kəs lazım deyil. Adi praqmatik məsələlər var. Ona görə ki, Rusiya ordusunun baş qərargahında olan xəritələrdə sovet dövründə müttəfiq respublikalar arasında sərhədlərin necə keçdiyi göstərilib. Hər iki tərəf bu sənədlərə əsaslanaraq razılığa gələ bilər. Orada elə məqamlar var ki, onlar qarşılıqlı kompromis tələb edir”. Bütün bunlardan sonra Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın “RBK” telekanalına müsahibəsində  bildirib ki, Ermənistanla Azərbaycanın dövlət sərhədini Rusiyanın iştirakı olmadan müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, ötən il  İkinci Qarabağ müharibəsinin dayanmasından sonra elə ilk gündən iki ölkənin sərhədinin müəyyənləşdirilməsində problem çıxıb. Sarkisyan qeyd edir ki, əsl sərhəd sovet xəritələrinə əsasən müəyyən edilməlidir: “Hərbi əməliyyatlar dayandırılandan sonra mən də Vladimir Vladimiroviç Putinə məktubumda yazdım ki, problemin həlli məhz sovet xəritələri ilə mümkündür”.  Ermənistan prezidentinin fikrincə, proqramlaşdırma bacarığı olan istənilən şəxs istənilən yerdə sərhəd çəkə bilər: “Bunlar virtual xəritələrdir. Real xəritələrə gəlincə, axı bizim tariximiz var, Rusiya imperiyasına, Sovet ittifaqına bağlı ümumi tariximiz var”. Sarkisyanın sözlərinə görə, özəlliklə sərhəd kəndləri və şirkətlərə məxsus ərazilərdə sərhədlərin müəyyənləşdirilməsində çətinliklər yaranıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da bildirib ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsində sovet xəritələrindən istifadə oluna bilər. Onun bu fikrini Ermənistan müxalifəti etirazla qarşılayıb. Bir çoxları düşünür ki, Ermənistanın sovet xəritələri ilə razılaşması Qarabağdan əl çəkmək deməkdir. Məsələ ilə bağlı Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan oktyabrın 28-də deyib ki, sərhədlərin demarkasiyası zamanı hansı xəritələrin əsas götürləcəyi hələ məlum deyil. Amma o bildirib ki, əsas baza sənədi kimi 1920-ci ildə hazırlanmış xəritə götürülə bilər. Çünki sonrakı illərdə xəritələr 1920-ci ildəki xəritə əsasında hazırlanıb. Azərbaycan hökuməti də sərhədlərin müəyyənləşdirilməsində sovet xəritələrinin əsas götürülməsini istəyir. Müharibədən sonra  Azərbaycanın Ermənistandan tələbi onun ərazi bütövlüyünü tanımaq və sovet xəritələri əsasında dövlət sərhədlərinin ayrılması olub. Burada xatırlanır ki, 1991-ci il ilin sonlarında, Müstəqil Dövlətlər Birliyi yarananda bütün ölkələr bir-birinin ərazi bötövlüyünü, o cümlədən də sovet sosialist respublikalarının sərhədlərini tanımışdı. İndi də Bakının yanaşması budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və bunun da əsasında delmitasiya və demarkasiya prosesinə başlanmalıdır. İrəvandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosiyan iməsələ ilə bağlı bildirir: “Ermənistan  Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanımasından yayınmaq üçün əlindən gələni edəcək. Başqa sözlə, sərhədlərin qismən demarkasiyası, böyük ehtimalla, Qarabağın statusunun təyin edilməsi ilə əlaqələndiriləcək. Bu, özəlliklə Minsk Qrupunun prosesə yenidən qayıtması üçün önəmlidir. İkinci məsələ də var. Burada əsas əngəl Ermənistan deyil, Rusiyadır. Sərhəddə gərginliyin davam etməsində Rusiyanın rolu var. İndi də bu problemlərin həlli ilə bağlı təkliflər və ya hər iki tərəfin qəbul edəcəyi xəritələr təqdim edilməyib. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan üçün, Ermənistandan daha çox, Rusiya əsas əngəldir”.

ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş siyasi şərhçi Pol Qobl düşünür ki, sərhədlərin müəyyənləşdirilməsi prosesinə təkcə Rusiya vasitəçilik eləsə, bu problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər. O hesab edir ki, Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsini qısa müddətdə həll etmək istəyirlərsə, mütləq beynəlxalq ekspertlərin dəstəyindən yararlanmalıdırlar. Pol Qobl bildirir ki, tərəflər müraciət eləsə, bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər. Bu həm də tərəfləri gələcək təxribatlardan qoruya bilər.

Belə bir vaxtda bəlli olub ki, Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov İrəvanda səfərdədir. O, artıq Nikol Paşinyanla görüşüb. Rəsmi məlumata görə, görüşdə Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq, eyni zamanda regiondakı mövcud hərbi-siyasi situasiya barədə fikir mübadiləsi aparılıb. Qeyri-rəsmi olaraq isə bu görüşün əsas hədəfinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olduğu qeyd olunur. Onu da xatırladaq ki, 9 noyabrda Moskvada 3 ölkə liderinin görüşü gözlənilir. Görüşdə sərhədlərin demarkasiyası ilə bağlı hansısa ilkin sənədin imzalanacağı haqda politoloqlar ehtimallar irəli sürür.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ