şənbə günü, 14 noyabr 2026
     

Qadağan olunmuş qonşuluq... - Əkbər QOŞALI yazır...

Image


Qardaş kimi qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri yalnız bizdə və qardaş ölkədə gündəm deyil; Ermənistanda (yaxud hələlik Ermənistan adlanan ölkədə və onun qatı havadarları olan dövlətlərdə) daha çox diqqət mərkəzindədir.

Niyə? “Niyə”si aydındır: artıq ağlı başında olan ermənilər sosial mediada, müxtəlif platformalarda öz uğursuz (baş tutmuş, amma baş tutmamış) dövlətlərinin  nə qədər səbatsız, dardüşüncəli, yalan-palan dolu siyasət yeritdiyini car çəkir... Onlar anlamağa və anlatmağa başlayıb. Deyirlər, görün türklər bizim dağıtdığımız Qarabağı necə abad edir, necə şenləyir..? Yanır-yaxılırlar, öz başbilənlərinə suallar verir, sitəm edirlər. Dünya erməniliyi cənab Əliyevlə cənab Ərdoğanın atdığı təməlləri, kəsdiyi lentləri görür, bilir, hesablayır və təlaşa düşür. Bu təməlqoymalar, bu açılışlar Qafqazın aparıcı ölkəsinin, xalqının açıq-açığına ismarıcıdır: ara, haycım, ya adam olacaq adambalası kimi bizim böyür-başımızda yaşayacaqsan ya da dəf olub çox uzaqlara gedəcəksən!

Biz açan qapıdan keçməyə üzü olmayanlar, illa qapı­dalında qalacaq. Körpüsalanlarla körpü uçuranlar, yol çəkənlərlə yolsuzlar, ev tikənlərlə ev yıxanlar diametral şəkildə fərqli koordianatlardadır. Bizim düşüncə tezliyimiz, fikir alqoritmimiz uğursuz dövlətin hərbi-siyasi rəhbərliyinin düşüncəsizlik tezliyi və darfikir alqoritmi ilə təzaddadır. O üzdən bir-birimizi anlamaqda çətinlik çəkirik. Əgər biz ötən ilin bu günlərində, ondan da qabaqlar “Qarabağı azad edəcək, ora həyat, mədəniyyət, insanlıq qaytaracağıq, daha yaxşı şəhərlər, kəndlər tikəcəyik” deyirdiksə, ermənilər tam da bir il öncə Bərdəyə qadağan olunmuş raket atırdı. Görün, nə qədər zəkasız olasan ki, Gəncəyə, Mingəçevirə, Qəbələyə, Yevlaxa, Xızıya, Naxçıvana... ard-arda atılan raketlərdən sonra, Tərtərə atılan raketlərin sayı-hesabı itiriləndən sonra yolumuzdan dönmədiyimizi görə-görə, bir də Bərdəyə raket atmağı uyğun biləsən? Cəbhədən uzaq Bərdəyə - özü də, illa mülki insanları öldürməkçün bazarçevrəsinə raket atılmasının insanlıqdışı olması öz yerində,  axı, sən, haycım, bununla nə qazana bilərdin ki? Ən sonda,  Şuşaya, nə özünün nə havadarının hələ boynuna almadığı “İskəndər-M” raketinin atılması da ağılsızlığın daha bir “təntənə”siydi... 

Ağılsız işğalçı hər qadağanolunmuş raketlə qadağanolunmuş qonşuluq mühiti yaratdığının, öz gələcək  nəsilləri üçün çox vecsiz bir miras qoyduğunun fərqində olmadı.

Bəli, Azərbaycanın öz əzəli torpağı Qarabağda apardığı yüksək sürətli və keyfiyyətli tikinti-quruculuq işləri, qardaş Türkiyənin dövlət başçısının Azərbaycana unudulmaz səfəri erməni ictimai fikrində müzakirələrin baş mövzusudur. Artıq təbliğatın əsas  istiqamətlərini də itiriblər: bu gün bir, sabah başqa söz demək məcburiyyətindədirlər. Yalan – artıq yerimir, doğru – onlara sərf eləmir... Hayın biri hay...

Türkiyənin dövlət başçısının Azərbaycanın dövlət başçısının dəvəti və Ankara-Füzuli marşurutu ilə Azərbaycana səfərə gəlməsi, Azərbaycanlı həmkarı ilə birgə Füzuli və Zəngilanda mühüm açılışlarda iştirak etməsi, təməlqoymalara qatılması Qarabağda hava yolunun, torpaq yolunun, dəmir yolunun bütün yolsuzluqlara üstün gələrək irəlilədiyinin təcəssümüdür.

26 oktyabrdakı təməlqoymalar, açılışlar, Füzulidə, Zəngilanda verilən ismarıclar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyaniliyini, Türkiyə ilə Azərbaycan arasında işbirliyinin, sarsılmaz qardaşlığın bölgə və dünya çapında önəmli amilə çevrilməsini səciyyələndirir.

Ayda-ildə bir səfər, ayda-ildə bir deklarativ sənəddən danışmırıq: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq, strateji müttəfiqlik və bu istiqamətdə nə qədər yaxşı söz varsa hamısını əhatə edir, üfüq cızır və üfüqötəsi vəd edir...

Əlbəttə, dünyada dil, din, etnik mənsubiyyət birliyinə yaxud yüzilliklərə dayalı qonşuluğa, irimiqyaslı ticarət dövriyyəsinə malik ölkələr, xalqlar var – lakin onların neçəsi Azərbaycan-Türkiyə birliyinə yanaşa, uyğun səviyyə nümayiş etdirə bilir? Bu, bir başqa hadisədir – Tanrının lütfü, xalqlarımızın qarşılıqlı səmimiyyəti, aydınlarımızın qərinələri aşan uzaqgörən baxışları və əlbəttə, liderlərimizin cəsarəti Azərbaycan-Türkiyə birliyini dövlətlərin, ölkələrin, qardaşların, qonşu və dostların ən unikal modelinə çevirib. Biz doğrudan-doğruya bir ürəkdə iki canıq, Türkiyə-Azərbaycanıq!

Dost da, düşmən də idrak edir ki, cənab Əliyevlə cənab Ərdoğanın dostluğu, qardaşlığı və hər iki liderin öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutması, onların qətiyyəti xarüqələr yaradır. Hamı görür, bilir ki, iki qardaş ölkə bu gün öz liderləri sayəsində böyük uğurlar qazanır, daha böyük uğurların təməllərini atır: əcdadımızın ruhunu şad edib, gələcək nəsillərə yol göstərərək...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ