şənbə günü, 14 noyabr 2026
     

Ermənistanın dövlət siyasətində böyük dönüş - revanş sənədindən imtina edildi...

Image


“Sputnik Armenia”nın yaydığı məlumata görə, Ermənistan parlamentində keçirilən qapalı iclasda Qarabağla bağlı bəyanat qəbul edilməyib. Qeyd edilənə görə, bəyanat “Ermənistan” və “Şərəf duyuram” müxalifət fraksiyaları tərəfindən hazırlanıb.

Bəyanat yalnız xarici deyil, həm də daxili siyasətə aid olub. Eyni zamanda bəyanatda Azərbaycan və Türkiyə əleyhinə ifadələr yer alıb. Lakin Ermənistan parlamenti Azərbaycan və Türkiyə əleyhinə bəyanatı qəbul etməyib. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Kondjoryan bildirib ki, bəyanat qəbul edilməyib. İclasda əsasən Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası məsələsi də müzakirəyə çıxarılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan iclasda bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesi hüquqi əsası olan sovet xəritələri əsasında aparılmalıdır.

Görünən odur ki, Ermənistanda Azərbaycanla mümkün qədər sülh davranışlarının tərəfdarı olanların mövqeyi getdikcə güclənir. Azərbaycanla sülh davranışı tərəfdarlarının çoxalması nə ilə əlaqədardır, bu, Ermənistan cəmiyyətində gedən proseslərin, daxili ovqatın, erməni cəmiyyətinin təsirinin nəticəsidir, yoxsa xaricdən Ermənistana edilən təsirlərin, ya beynəlxalq miqyasda Ermənistanı Azərbaycana qarşı qızışdırmaq istəyənlərin mövqeyinin getdikcə zəifləməsinin göstəricisidir? Bəlkə erməni cəmiyyətinin özü artıq düzəlir, öz çirkin niyyətlərindən əl çəkir, baş verənlər də bunun nəticəsidir? Yaxud Ermənistanı Azərbaycana qarşı müharibəyə sövq edənlərin mövqeyi, təsir gücü artıq zəifləyir? Ermənistanı idarə edən dövlətlərin - məsələn, Rusiya kimi - təsirləri daha da güclənir və bu ölkəni yola gətirirlər, Ermənistanda Azərbaycanla sülh davranışı tərəfdarlarının artmasında bu variantların hansı daha çox rol oynayır? 

  • “...Bu məsələdən də belə qənaətə gəlmək olar ki, artıq saatların əqrəbləri İrəvana tərəf deyil, Bakıya tərəf işləyir”

Siyasi şərhçi Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, Nikol Paşinyan bir neçə dəfə müxalifətlə masa arxasına oturub müzakirə aparmağa hazır olduğunu desə də, “Hayastan” və “Şərəf duyuram” kimi bloklar yalnız onun istefa məsələsini müzakirə etmək üçün müzakirə masasına otura biləcəklərini bəyan edirlər. “Bu günlərdə isə Nikol Paşinyanın Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı fikirləri isə Qarabağ klanının üzvlərini daha da hiddətləndirib. Xatırladım ki, erməni baş nazir Azərbaycanla dövlət sərhədlərinin müəyyən edilməsi prosesinin məhz Rusiya prezidenti Vladimir Putinin 1920-ci illərin xəritəsi əsasında aparılması təklifini dəstəkləməsi və buna hazır olması ilə bağlı çıxış edib və bu çıxışdan sonra Qarabağın işğalında əsas rol oynamış revanşçı qüvvələr, xüsusilə Robert Köçəryan, Seyran Ohanyan və başqaları Paşinyanın bağlı qapılar arxasında dialoq təklifini yalnız o istefa verəcəyi halda dəyərləndirəcəklərini bəyan ediblər.

Lakin bəri başdan deyə bilərik ki, erməni baş nazir revanşçı Qarabağ klanının üzvlərinin onun təklifinə qarşı irəli sürdükləri şərtə öz şərti ilə cavab verib. “Müxalifət üçtərəfli bəyanatın geri çağırılması və ləğv edilməsi prosesini həyata keçirəcəklərini rəsmən bəyan edəcəksə, mən istefa verməyə hazıram”, deyən Paşinyan müxalifəti çıxılmaz vəziyyətə, hətta daha dəqiq desək, seytnota salıb. Çünki o yaxşı bilir ki, müxalifət Ermənistanı tamamilə məhv olmaqdan qurtaran üçtərəfli bəyanatın qüvvədən düşməsi istiqamətində hər hansı addım atmağa cürət etməyəcək. Sənəddə Azərbaycan Prezidenti ilə yanaşı, Rusiyanın dövlət başçısının da imzası var və Ermənistan nəyəsə cəhd edərsə, bu zaman həmin ölkənin bir dövlət olaraq xəritədə qalmaq şansları “0” həddinə düşəcək, yəni xəritədən silinəcək. Bütün bunlardan sonra Qarabağ klanının revanşçı qüvvələri gərəkli cavabı tapa bilməyib və görünür, bundan sonra da tapa bilməyəcəklər. Düzdür, hələlik nə Rusiya, nə də Ermənistan mümkün üçtərəfli görüşlə bağlı rəsmi məlumat verməyib, lakin bu yaxınlarda Vladimir Putinin 1920-ci ilin xəritəsinin Rusiya Müdafiə Nazirliyinin Baş qərargahında olduğunu deməsi, onun ardınca isə Nikol Paşinyanın həmin xəritə əsasında sərhədlərin müəyyən edilməsi ilə bağlı fikirlərini səsləndirməsi artıq dolayısı ilə sübut edir ki, Qarabağ məsələsi, demək olar ki, tamamilə həll edilib və növbə Xankəndinin sahibi olan Azərbaycanın yurusdiksiyası altına keçməsi məsələsindədir”. 

O, həmçinin qeyd etdi ki, habelə, üçtərəfli bəyanatda regiondakı bütün nəqliyyat və kommunikasiyaların açılması məsələsində də Paşinyan geriyə addım atır. R.Rəsulovun sözlərinə görə, onun parlamentdəki çıxışı zamanı irəli sürdüyü fikirləri də bu cür qənaətə gəlməyə zəmin yaradır. “ O deyib ki, vaxtilə mövcud olmuş dəmir və avtomobil yolları müəyyən növbəliliklə açılmalıdır və bu yollar region ölkələri üçün əlçatan olmalı, yükdaşımalara və sərnişindaşımalara xidmət etməlidir. İndi bu yolların marşrutları müzakirə olunur. Artıq bu reallıq da sübut edir ki, diqtə Azərbaycanındır və Paşinyan ona qarşı çıxan müxalifətin nə tələb etməsindən asılı olmayaraq, artıq mövcud qərarları icra edəcək, onun başqa yolu da yoxdur”- deyə R.Rəsulov qeyd etdi.

R.Rəsulov bildirdi ki, biz bu məsələdə Ermənistan parlamentindəki müxalifət bloklarının Azərbaycanın əleyhinə və ümumiyyətlə Qarabağla bağlı təşəbbüs sənədlərinin qəbul olunmaması amilinə də toxuna bilərik. “Həmçinin, Türkiyə ilə münasibətlərin normallaşdırılması kontekstini də buraya əlavə edə bilərik. Bu kimi faktorların təhlilini apararkən həm də bir nəticə hasil edə bilərik: yadınızdadırsa, bir müddət əvvəl Nikol Paşinyan “Artsaxsız Ermənistan yoxdur” tezisini ortaya ataraq Moskva səfərinə qədər vaxt udmağa çalışmışdı. Yəni hələ də ümid edirdi ki, Kremldə öz inadkarlığını nümayiş etdirməklə, ən azından, müəyyən üstünlüklər əldə edə bilər. Amma onun Rusiya ümidləri də doğrulmadı. Putin ona başa saldı ki, üçtərəfli bəyanat artıq imzalanıb və burada yaxasını kənara çəkə bilməz. O cümlədən, ortada Kremlin də imzalı reputasiyası var və Putin heç vaxt istəməz ki, Paşinyanın maraqlarına görə onu itirsin. Bax, bu məsələdən də belə qənaətə gəlmək olar ki, artıq saatların əqrəbləri İrəvana tərəf deyil, Bakıya tərəf işləyir. 

Bəli, ola bilsin ki, mümkün üçtərəfli görüşlərdə hər hansı bəyannamələr imzalansın, ya da hər hansı formatlı sənədlər hazırlansın və orada nəyin necə olacağı barədə qərarlardan da çox şey asılı ola bilər. Düşünürəm ki, Moskva İrəvana öncə daha əvvəlki öhdəlikləri yerinə yetirməyi tapşırıb, sonrakı iddiaları isə saxlayıb növbəti mərhələlərə, daha doğrusu, gözlənilən növbəti bəyanatdan gəlinəcək nəticələrə. Amma bir faktı da unutmaq olmaz ki, Bakı və eləcə də daim onun yanında dayanan Ankara qətiyyətini qoruyub-saxlayır. Təkcə Şərqi Zəngəzurdan başlayan dəhlizin açılması istiqamətində başadılan irimiqyaslı işlər də göstərir ki, bizim dayanmağa qətiyyən niyyətimiz yoxdur. İrəvan da bunu yaxşı bilir və dərk edir. Amma “bəlkə də...” utopiyasını təskinlik kimi əllərində saxlayırlar. Xəyal etmək isə ziyanlı deyil, sadəcə, həmin xəyalın gerçəkliyə çevrilib-çevrilməməsi sual altında qalır. Azərbaycan illərdir planlaşdırdığı, qarşısına qoyduğu məqsədlərinə nail olub və yerdə qalan planların da icrası üçün müəyyən zamanlara ehtiyac var. Bu faktdır və həmin faktın müqabilində Ermənistanın nəyəsə ümid etməsi xəyaldan başqa heç nə deyil. 

Bütün bunları Nikol da yaxşı başa düşür. Əgər parlamentdə ona ünvanlanan təklifləri qəbul edib müzkirələrə başlasaydı, anidən bütün proseslər dəyişə bilərdi, ona isə hakimiyyət lazımdır, ən azından, Qarabağ məğlubiyyətindən sonra adekvat düşünüb ölkəsinin çulunu sudan quru çıxarmaq üçün. Paşinyanın buna nə qədər nail olub-olmayacağını isə yaxınlarda zaman özü göstərəcək”- deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ