şənbə günü, 14 noyabr 2026
     

Füzuli hava limanı azad edilmiş ərazilərin inkişafını sürətləndirəcək…

Image


Azərbaycan və Türkiyə prezidentlərinin birgə açılışını etdiyi Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin daha sürətlə həyata keçirilməsinə imkan verəcək. Çünki bu hava limanı böyük yük təyyarələrini də qəbul edə bilməklə Azərbaycana yeni logistika imkanları qazandırır. Bununla da daha böyük həcmdə yükləri daha qısa müddətdə azad edilmiş ərazilərə çatdırmaq mümkün olacaq və bu da həmin yerlərdə bərpa, quruculuq işlərini sürətləndirmək baxımından yeni imkanlar yaradacaq.

Füzulidə hava limanının fəaliyyəti bölgənin nəqliyyat infrastrukturunun şaxələndirilməsi baxımından da böyük önəm kəsb edir. Hava limanının işə başlaması ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya daha tez çatmaq mümkün olacaq. Füzulidən Şuşaya çəkilən birinci dərəcəli yol da bu mənada böyük önəm kəsb edir. Beləliklə, Füzuli Beynəlxalq Hava Limanı sayəsində təkcə Azərbaycandan yox, həm də xaricdən gələnlərin Şuşaya və digər azad edilən ərazilərə daha tez çatması mümkün olacaq. Onu da bildirək ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Qeyd edildiyi kimi, hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə hesab edir ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı Qarabağın çiçəklənməsi üçün lazım olan investisiyaların cəlb edilməsinə də kömək edə bilər. Onun sözlərinə görə, Füzuli beynəlxalq hava limanı Azərbaycanın bu ərazilərinə iş adamlarının, investorların cəlb edilməsinə yol aça bilər: "Ümidvaram ki, bu, Xəzər dənizindən Qara və Aralıq dənizlərinə qədər uzanacaq mütəşəkkil sənaye zonalarına sərmayə yatırma prosesini asanlaşdıracaq. Füzuli hava limanı xəritədə strateji mövqedə yerləşir və hesab edirəm ki, bu infrastrukturdan praqmatik olaraq regionda rifahın bərpası və uzunmüddətli sabitliyin bərqərar olması üçün zəruri olan investisiyaların cəlb edilməsi istiqamətində istifadə oluna bilər". Metyu Brayza qeyd edib ki, Ərdoğanın Azərbaycanın Füzuli rayonuna səfəri simvolik, strateji və praktik xarakter daşıyır: "Azərbaycanın ən yaxın müttəfiq ölkəsinin liderinin Füzuliyə səfəri Azərbaycanın ötənilki 44 günlük müharibədə qazandığı qüdrətli qələbəni vurğulayır ki, bu da Azərbaycan tarixində ən böyük hərbi və diplomatik qələbədir. Prezident Ərdoğanın Füzuliyə səfəri bütün dünyaya göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün Cənubi Qafqaz regionunun reinteqrasiyasına kömək etmək üçün indi Füzulidə nəqliyyat qovşağı yaratmağa hazırdır". Bütün bunlar Ermənistanda da xüsusi diqqətlə izlənilir. Erməni siyasi şərhçi Tevos Arşakyan bununla bağlı “armenianreport” portalında qeyd edir: “Bu gün ermənilərin heç nəyi yoxdur – nə döyüş qabiliyyətli ordusu, nə "arsax”ı, nə də yaşamağın mümkün olmadığı Ermənistanı. Biz özümüz hər şeydə təqsirkarıq və bu gün də başımıza-dizimizə vurmaqdan başqa heç nə edə bilmərik. Bu gün bütün erməni xalqı Azərbaycana və onun Qarabağda etdiklərinə həsədlə baxır. Bəli, azərbaycanlılar qollarını çirmələyərək, yalnız paxıllıq edə biləcəyimiz güclü enerji ilə Qarabağı dirçəltməyə can atırlar. Artıq Füzulidə aeroport da hazırdır, onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Bir ildən bir qədər əvvəl heç bir erməni bunu təsəvvür belə edə bilməzdi. Ermənilərin kökündən yanlış yanaşması var idi. Hər şeydən əvvəl ermənilər özləri-özlərinə sual verməlidirlər: "arsax”ın çiçəklənməsi və dirçəlməsi naminə biz nə etmişik? Biz 30 il ərzində heç orada normal yollar belə qura bilməmişik. Bu illər ərzində heç bir iş görülməyib. Hər şey oğurlandı, talandı. Əvvəlcə Köçəryan və dəstəsi oğurladı, sonra Qukasyan və Saakyan, axırda da Arutyunyan bu işi tamamladı. Ermənistan isə Qarabağın boğulmasına sakitçə kənardan baxırdı. Əvvəllər 150 min nəfərə yaxın əhalisi olan yerlərdə 2020-ci ilin sentyabr ayında minimum insan yaşayırdı. İnsanlar sadəcə "artsax”dan qaçırdı. Çünki onlar aç idilər. Biz ermənilər hələ müharibədən əvvəl "artsax”ı itirmişdik. Çünki bizə Qarabağ lazım deyildi. İndi biz paxıllıqla azərbaycanlıların Qarabağda etdiklərinə baxırıq”.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, bərpa, yenidənqurma tədbirləri dünya miqyasında, o cümlədən Ermənistanda da xüsusi diqqətlə izlənilir. Qısa zaman kəsiyində Azərbaycanın azad olunmuş yerlərdə gördüyü işlər beynəlxalq miqyasda həm təqdir edilir, həm də uğurlu nümunə qismində qəbul olunur. Füzuli, Zəngilan və Laçında inşa edilən hava limanları, çəkilən yollar, qurulan infrastruktur azad olunmuş əraziləri abadlıq-quruculuq işləri ilə yanaşı, tranzit-logistika baxımından da cəlbedici məkanlara çevirir. Bu həm də onun təsdiqidir ki, azad edilən rayonlar sayəsində ölkəmiz regionda transmilli nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində yeni imkanlar əldə edib. Azad edilən ərazilərdə abadlıq-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışına xidmət etməklə yanaşı, bu yerlərdə, ümumiyyətlə isə regionda uzunmüddətli iqtisadi və siyasi sabitliyin təmin edilməsi baxımından böyük önəm kəsb edir. Ermənistanda heyrət və qısqanclıqla qarşılanan daha bir məqam azad edilmiş ərazilərin yenidən qurulması prosesində Azərbaycanın çoxsaylı xarici şirkətlər və ölkələrlə əməkdaşlıq etməsidir. İşğal dövründə Ermənistan bu yerlərdə müxtəlif xarici şirkətlər, ölkələrlə əməkdaşlıq qurmaq istəsə də məqsədinə çata bilməyib. Azad olunmuş ərazilərdə həyata keçirilən işlər Azərbaycan iqtisadiyyatının daha da güclənməsi, məşğulluq səviyyəsinin yüksəlməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bu prosesi daha da tezləşdirəcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ