şənbə günü, 14 noyabr 2026
     

Erməni mənşəli ABŞ vətəndaşı Ceyms ifşa faktlarını açdı - VOMA tərkibində Qarabağda Azərbaycana qarşı vuruşdum...

Image


Özünü Ceyms kimi təqdim edən ABŞ vətəndaşı olan erməni Ermənistan mətbuatına bildirib ki, başqa ölkənin vətəndaşı olmasına baxmayaraq VOMA-nın tərkibində Qarabağda Azərbaycan ordusuna qarşı döyüşüb.

Başqa muzdlular kimi o da Ermənistana gələndə ona “Ermənistan vətəndaşı” olduğuna dair  saxta  pasport verilib. O, qeyd edib ki, İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün evini və maşınını satıb, bilet alaraq Ermənistana gəlib. Ceymsin sözlərinə görə, onunla yanaşı digər xarici ölkə vətəndaşları da Qarabağda döyüşmək üçün Ermənistana gəliblər və VOMA-nın tərkibində təlim keçiblər.

Məlumata görə, İrəvanda rəsmi qeydiyyata alınmış VOMA ictimai təşkilatının uzvləri “yalnız ermənilər və erməni diasporunun mənsubları”dır, burada onlara təlimlər keçilir.

Artıq xarici vətəndaşlar özləri açıq şəkildə etiraf edirlər ki, muzdlu kimi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusuna qarşı vuruşublar. Onlar bunu açıq şəkildə KİV-də bəyan edirlər. Adam açıq səkildə etiraf edir ki, xarici vətəndaş olsa da Ermənistana gəlib və VOMA-nın tərkibində İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusuna qarşı döyüşüb...

Azərbaycana qarşı muzdlu döyüşçü ittihamı irəli sürən bəzi dünya ölkələri və beynəlxalq təşkilatlar bəs bu faktlar üzərində niyə dayanmırlar?

  • “...Ermənistanın müharibədə muzdlulardan istifadə etməsi faktına göz yumsalar da, Azərbaycan özü gücünə, öz imkanları hesabına həqiqətləri aşkara çıxartdı, onları dünya birliyinə də, Ermənistana da sübut etdi”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, hələ müharibənin əvvəlində də, gedişində də Azərbaycan Ermənistanın silahlı birləşmələrinin tərkibində muzdlu döyüşçülərin döyüşdüyünü, onların əsasən terror qruplaşmalarının üzvləri olduqlarını bəyan edir və ortaya konkret faktlar qoyurdu, amma onda da indiki kimi dünya birliyi bu faktları görməzdən gəlirdi. “Biz bunu faktlarla dünyaya sübut edirdik, amma buna əhəmiyyət vermək istəmirdilər. Bildirirdilər ki, Ermənistan vətəndaşı olan insanlar xaricdən gəlib öz “vətən”ləri üçün döyüşürlər. Amma biz bilirdik ki, “erməni” adı altında xaricdən muzdlular, terror qruplaşmaların üzvləri pul qarşılığında gəlib Qarabağda Azərbaycan ordusuna qarşı döyüşüblər. Bunların da əksəriyyəti İraqda, Suriyada, Əfqansıtanda döyüşən terrorçulardır. Ermənistan onların əksəriyyətinə saxta vətəndaşlıq verməklə, onları “erməni” adlandırmaqla həm Azərbaycanı, həm də dünya ictimaiyyətini aldatmağa çalışırdı. Eyni zamanda bununla sanki dünya ermənilərinin “Qarabağ uğurunda”, Ermənistan uğurunda və sair istiqamətində vətənpərvərlik göstərdiklərini nümayiş etdirmək istəyirdi. Amma Ermənistanın bu saxta təbliğatı işləmədi, iflasa uğradı və Azərbaycan tərəf erməni tərəfin saxtakarlığını faktlarla, əsaslarla ifşa etdi və yalançı erməni təbliğatını darmadağın etdi”.

M.Göyüşlünün sözlərinə görə, artıq ermənilər özləri də öz əməllərini etiraf etməyə başlayırlar. Muzdlu döyüşçülərin öz etirafları ilə Ermənistanı ifşa etdiklərini deyən M.Göyüşlü qeyd edir ki, onlar Azərbaycanın haqlı olduğunu təsdiqləyirlər: “Xarici vətəndaş olan muzdlu döyüşçülər etiraf edirlər ki, saxta “Ermənistan vətəndaşı” pasportu ilə Azərbaycan ordusuna qarşı döyüşüblər. Bütün bunlar göstərir ki, Ermənistanın bütün fəaliyyəti, çalışmaları saxtakarlıq üzərində qurulub. Xarici ölkə vətəndaşı olan muzdlu döyüşçünün dilə gəlib həqiqəti etiraf etməsi Azərbaycanın təqdim etdiyi faktların bir daha təsdiq edilməsdir. Azərbaycan onsuz da həqiqəti deyirdi, bu etiraflar da bizim haqlı olduğumuzu bir daha sübut etdi”.

M.Göyüşlünün qeyd etdiyinə görə, bütün sahələrdə, o cümlədən də diaspor fəaliyyətində, “vətənpərvərlik” təbliğatı və başqa məsələlərdə  aparılan təbliğat saxtadır, saxta olduğuna görə də fiaskoya uğrayacaq. “Beynəlxalq təşkilatlar  faktların üzərində ona görə dayanmaq istəmirlər ki, onlar bizə ikili standartlarla yanaşırlar. Azərbaycan, türk, müsəlman adı gələndə ikili standartlarla yanaşma mexanizmini işə salırlar. Onlar üçün erməni məsələsi, Ermənistanın güclü və qonşu dövlətlərə qarşı aqressiv olması, əsassız ərazi iddiaları irəli sürməsi daha önəmlidir, nəiniki reallıqlar. Həmin o dünya dövlətləri, beynəlxalq təşkilatları Ermənistanın müharibədə muzdlulardan istifadə etməsi faktına göz yumsalar da, Azərbaycan özü gücünə, öz imkanları hesabına həqiqətləri aşkara çıxartdı, onları dünya birliyinə də, Ermənistana da sübut etdi. Bununla da Ermənistanın və onun havadarlarının anti-Azərbaycan fəaliyyətini darmadağın etdi. Biz 44 günlük müharibənin çox şeyin dəyişdiyini görürük, bu situasiya bundan sonra da dəyişməkdə davam edəcək. Bu dəyişikliyi də, bu situasiyanı da Azərbaycan edib, bu diqtəni də Azərbaycan edir” - deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ