şənbə günü, 14 noyabr 2026
     

“Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı” - Vüqar Rəhimzadə

Image


«Möhkəm təmələ, ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlər daim yüksələn xətlə inkişaf edir, yeni-yeni prioritetlərin müəyyənləşdirilməsinə stimul olur. Bu gün dünyaya nümunə olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı məhz bu prinsiplərə əsaslanır. Artıq bu əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib.

Bu mütəffiqlik sənədinə şahidlik edən Qarabağın tacı, musiqi beşiyimiz Şuşa oldu. Bu ilin 15 iyununda - Milli Qurtuluş Günündə  bu unikal şəhərdə Türkiyə və Azərbaycan bayraqlarının yan-yana dalğalanması fonunda dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı olan Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Bu sənəd iki dost ölkənin münasibətlərində yeni mərhələnin əsası oldu. Dövlət başçısı İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında da bu məqama, bu tarixi hadisəyə xüsusi diqqət yönəldərək bildirdi ki, Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş  torpaqlarımıza ikinci səfəri hazırda bütün dünyanın diqqətində olan mühüm siyasi hadisədir: «Bu səfər bir daha göstərir ki, 44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi ilə tarixi Qələbəmizə əldə olunmasına necə nail olduqsa, bu gün də Prezident Rəcəb Tayyib Ərdoğan  işğaldan azad edilmiş əraziərimizə səfəri ilə  soydaşlarımızın Böyük Qayıdışına yönələn addımların reallaşmasına öz töhfələrini vermək istəyini nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün regional məsələlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Öz milli ləyaqətini, xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli amillərdən biridir.»

«Qardaş ölkənin Prezidentinin səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü,  dövlətlərimiz arasında dostluğun, əməkdaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çoxluğu fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır: «Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluğu və liderliyi yalnız iki ölkənin  münasibətlərində deyil, regionda və dünyada cərəyan edən proseslərə təsirində də özünü göstərir. Hər iki Lider öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar qazanır, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.» 

Vüqar Rəhimzadə diqqəti Azərbaycanın gələn ay Türk Şurasında sədrliyini Türkiyəyə təhvil verəcəyinə  yönəldərək bildirib ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində reallığa çevrilən layihələr, irəli sürülən təşəbbüslər bütün türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edir: «Buna əmin olmaq üçün təkcə son illər   dünyanı cənginə almış  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı vaxtlarda Azərbaycanın  dünyaya etdiyi birlik, həmrəylik çağırışlarına diqqət yetirmək kifayətdir. Bu təşəbbüslər  beynəlxalq dəstək qazanaraq reallığa çevrildi. Belə ki, öncə türk dünyasının birliyinə, həmrəyliyinə nail olmaq üçün Türk Şurasının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib onu reallığa çevirən Azərbaycan daha  sonra dünyanı bir araya gətirdi. Ölkəmizin Türk Şurasında fəaliyyəti, ən əsası bu təşkilata  sədrliyi dövründə atdığı addımlar daim təqdir olunub. Sədrliyin Türkiyə kimi qüdrətli, beynəlxalq hüququ və ədaləti  müdafiə edən bir dövlətə təhvil verilməsi təbii ki, hədəflərin reallığa çevrilməsinə böyük dəstəkdir. Beynəlxalq hüququn zamana və məkana görə tətbiq olunduğu, dünyanın əksər ölkələri arasında etimad  mühitinin qorunmadığı bir zamanda Azərbaycan-Türkiyə birilyinin yüksələn xətlə inkişafı, həmçinin Türk Şurasına sədrliyin iki qardaş ölkədən bir-birinə təhlvil verilməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq.»

YAP Xətai rayon təşkilatının sədri diqqəti həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyənin qlobal güc amilinə çevrilməsinə, Türkiyə Prezidentinin BMT-də ikili standartı tənqid edərkən söylədiyi «Dünya 5-dən böyükdür” fikrinə yönəldərək Azərbaycanın 30 illik işğal dövründə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin, ən əsası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün – Rusiya, ABŞ və Fransanın Ermənistana havadarlğının sonda hansı vəziyyətə gətirib çıxarmasından bəhs edib: «30 il imitasiya naminə danışıqlara dəstək olmaq münaqişənin həlli prosesinin uzanması ilə Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarına yol açdı.  Ermənistan silahlı qüvvələrinin ötən ilin sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Zəfər yürüşünə başlayan Azərbayan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Qələbəyə imza atdı. Hadisələr bir daha bu reallığı təsdiqlədi ki, beynəlxalq münasibətlərdə güc və hüquq əsas amildir. Azərbaycanın gücü, qüdrəti, ən əsası müstəqil siyasəti hər bir uğurunun əsasıdır. İstər Azərbaycanın, istərsə də qardaş Türkiyənin timsalında bu fikri xüsusi qeyd edə bilərik ki, dünya həqiqətən də beşdən böyükdür.»




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ