şənbə günü, 14 noyabr 2026
     

Ermənistanda bu gedişlə adam qalmayacaq – əhalinin xaricə köçü qarşısıalınmaz prosesə çevrilir…

Image


Ermənistanın üzləşdiyi sosial-iqtisadi problemlər bu ölkədən əhalinin xaricə köçünün daha sürətli xarakter almasına səbəb olub. Bu proses İkinci Qarabağ müharibəsindən sonra özünü daha qabarıq büruzə verir. Məsələn, son araşdırmalardan bəlli olub ki, 2021-ci ilin ilk 6 ayında 22 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb. Bu, son dörd ilin müvafiq dövlrləri ilə müqayisədə rekord rəqəmdir. Məsələn, 2017-ci ilin ilk yarısında Rusiya pasportu alanların sayı 11 min 500 nəfər idi.

Ermənistan, vətəndaşları Rusiya pasportu alan ölkələrin arasında saya görə Ukrayna, Qazaxıstan və Tacikistandan sonra 4-cü yeri tutur. Lakin ölkə əhalisinin sayına nisbətdə Rusiya vətəndaşlığı alan vətəndaşlarının faizinə görə Ermənistan bütün ölkələr arasında birincidir.  “Azatutyun” radiosu bildirir ki, bundan əvvəl mühacirətə əsas səbəb iqtisadi problemlər idisə, indi buna müharibədən sonrakı qorxular da əlavə olunub. Moskvada mənzillənmiş ARMROST Rusiya-Ermənistan hüquqşünaslar assosiasiyasının miqrasiya məsələləri üzrə eksperti Ruben Kirakosyan bununla bağlı bildirib: “Problem bundadır ki, bu gün Ermənistanda müharibə sonrası depressiv mühit hakimdir. Bu da, əlbəttə ki, adamların gündəlik həyatına təsir edir. Və təəssüf ki, bəziləri müvəqqəti də olsa, Rusiyaya köçmək qərarı qəbul edir. Çünki bu regionda yaxın vaxtlarda hansı üfüqlərin açılacağı naməlumdur. Bütün hallarda belə qərarlar çətin qəbul edilir. Amma belə bir meyl var ki, köçənlər burada, Rusiyada həmişəlik qalırlar”. Koronavirus pandemiyası məhdudiyyətlərinə baxmayaraq Rusiya Miqrasiya Xidmətində qeydiyyata düşən və Rusiya vətəndaşlığı almaq üçün hüquqi prosesə başlayan Ermənistan vətəndaşlarının sayı bu il də artıb. Rusiya Miqrasiya Xidmətində qeydiyyatdan keçən Ermənistan vətəndaşlarının sayı bu ilin ilk altı ayında 300 min nəfər olub. Ötən ilin analoji dövründə bu rəqəm 200 min nəfər idi. Başqa sözlə, 2021-ci ilin birinci yarısı üçün Ermənistan əhalisinin 10 faizi Rusiyada qeydiyyata düşüb. Həm də söhbət müstəsna olaraq leqal miqrantlardan gedir. Halbuki, Rusiyada qeyri-leqal statusda yaşayan və işləyənlər də çoxdur. Bu rekord miqrasiya göstəricilərinə Rusiya hakimiyyətinin miqrasiya sahəsində həyata keçirdiyi siyasətin də təsiri olub. Hazırda Rusiyada əcnəbilər daha tez hüquqi status ala bilir. Ruben Kirakosyan bu xüsusda qeyd edir: “Rusiya qanunvericiliyi bu gün ölkədə leqallaşma qaydasını liberallaşdırıb və sadələşdirib. Çünki Rusiyanın ciddi demoqrafik problemləri var. Rusiya başqa ölkələrin, xüsusilə də Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin vətəndaşlarına vətəndaşlıq verməkdə maraqlıdır. Bu ölkələr, şərti desək, eyni mədəniyyət və dil məkanında yaşayırlar, bir çoxlarında hələ sovet dövrünün genetik yaddaşı qalıb. Bu mexanizm bu gün yaxşı işləyir. Rusiyada miqrasiya xidməti öz işini son dərəcə asanlaşdırıb”.

Hüquqşünas bildirib ki, 2018-ci ilin “Məxməri inqilabı”ndan sonra çoxları Ermənistana qayıtmaq barədə danışırdı, lakin indi, xüsusilə də müharibədən sonra belə meyllər müşahidə olunmur:  “İndi statistika belədir ki, miqrasiya yüksəlib, biz bu faktı öz işimizdə qeyd edirik. Ermənistanda bir çoxlarının sosial, əmək və başqa problemləri var. Odur ki, bura gələnlərin böyük qismi daha Ermənistana qayıtmır”. Ermənilər, bir qayda olaraq, Rusiya pasportu alandan sonra da Ermənistan pasportundan imtina etmirlər. Rusiya qanunverciliyi də buna yol verir.

Demoqraf Artak Markosyan isə, miqrasiya ilə yanaşı, təbii artım məsələsinin də ciddi problem olduğunu bildirir: “Əgər Ermənistanın müstəqilliyinin ilk ilində - 1991-ci ildə 78 min uşaq doğulmuşsa, 2020-ci ildə bu rəqəm 36 min 448-ə enib. 2020-ci ildə, epidemiya və müharibə ilə bağlı ölüm sayı çox olduğundan, bu rəqəm doğuşlarla demək olar eyniləşib. Amma Ermənistanda doğumun azalması artıq 1990-cı illərdən başlamışdı. O vaxt doğum və ölüm rəqəmlərinə Birinci Qarabağ müharibəsi, ağır sosial-iqtisadi vəziyyət və zəlzələ ciddi təsir göstərmişdi”. Ekspert əlavə edib ki, burada ciddi fəsadlardan biri də ölkədən kütləvi miqrasiyanın güclənməsi olub. Onun sözlərinə görə, miqrasiya 1992-1994-cü illərdə özünün pik səviyyəsinə yüksəlib: “Məhz həmin illərdəki güclü miqrasiya sonrakı demoqrafik proseslərə ciddi təsir edib. Əhali artımı və ya azalması əvvəlki nəslin payına düşən doğum faizindən asılı olur”. Onun sözlərinə görə, 1980-ci illərdə əhalinin sıçrayışlı artımı 1950-1960-cı illərin “uşaq bumu” ilə bağlı idi. Ekspert bildirir ki, 1980-ci illərdə doğulanlar 25-30 yaşlarında nikaha girərək yüksək doğum faizini təmin etməli idi, amma 1990-cı ilin hadisələri bu təbii artımı əngəlləyib: “Bizdə doğumların tədrici yox, kəskin enişi baş verib. 2002-ci ildə 1992-ci illə müqayisədə doğuşların sayı 60 faiz azalıb. Bu, bütün keçmiş sovet respublikaları arasında doğumların ən böyük azalması idi. 1980-ci illərdə doğulanlar müstəqillik nəsli sayılır. Onların reproduktiv dövrü məhz 2000-ci illərə təsadüf edirdi. Lakin məhz həmin illərdə demoqrafik siyasət yürüdülməyib, doğuşlar mükafatlandırılmayıb və stimullaşdırılmayıb”. Ekspert bildirir ki, Ermənistan müstəqillik əldə etdikdən 30 il sonra reproduktiv fazaya artıq 1990-cı, 2000-ci illərdə doğulanlar daxil olmuşdu. Bu nəslin sayı isə çox deyildi. Markosyan bildirib ki, 2000-2002-ci illərdə doğulmuş minlərlə gəncin həyatına müharibə son qoyub: “Bizim hələ 2025-2026-ci illər üçün imkan pəncərəmiz var. Bu həm də onunla bağlıdır ki, 1980-lərin sonlarında doğulanlar hələ də reproduktiv yaşdadırlar. Onların hələ artım potensialı var”. Demoqrafın fikirncə, bu imkandan istifadə etməklə Ermənistan 2025-2026-cı illərdə heç olmasa təbii artıma nail ola bilər.

Lakin ekspert xəbərdarlıq edib ki, hazırda daha bir müharibədən sonra yaşadıqları mühitin təhlükəsizliyi adamlar üçün prioritet olub və bu, ölkədən daha bir kütləvi axına təkan verə bilər.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ