şənbə günü, 14 noyabr 2026
     

Yeni üçtərəfli Moskva görüşü Ermənistanı çalxalayır…

Image


Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü yenidən erməni xalqı üçün biabırçılıqla nəticələnəcək. Azərbaycan lideri Nikolu bu dəfə də “sındıracaq”.

Bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan səsləndirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın İlham Əliyevlə hər görüşündə Azərbaycan lideri elə faktlar gətirir ki, “varçapet” pat vəziyyətinə düşür və sərsəmləyərək biabır olur: “Hər dəfə bunu görən erməni xalqı utanc içində olur. İndi isə vəziyyət əvvəlkindən daha təhlükəlidir. Çünki bu dəfə söhbət konkret olaraq Ermənistanın gələcəyindən gedəcək. Ümumiyyətlə, bu görüşün yaxın vaxtlarda keçiriləcəyi bu günlərdə bəlli oldu. Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bazar günü bildirdi ki, hazırda görüş barədə heç nə deyə bilmərəm. Erməni mətbuatı dərhal bu “hazırda” sözünü əsas götürərək, görüşün yaxın vaxtlarda anons olunacağını yazdılar. Bu onu göstərir ki, tərəflər görüşə hazırlaşır və yaxın vaxtlarda biz detalları öyrənəcəyik”. Xatırladaq ki, gələn ay Moskvada Azərbaycan, Rusiya, Ermənistn liderlərinin görüşünün olacağı, burada bir sıra vacib sənədlərin imzalanacağı haqda məlumatlar yayılıb. Ermənistan mediası “Alik Media” saytına istinadən noyabrın 9-da Moskvada Ermənistan və Azərbaycan arasında Vladimir Putinin vasitəçiliyi ilə iki yeni sənədin imzalanacağını xəbər verib. Xəbərdə deyilir: “Birinci sənəd Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyasına aiddir. Bu sənədə görə, İrəvan və Bakı Sovet İttifaqı Baş qərargahının 1920-ci illərə aid xəritəsi əsasında bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanımalıdır”. İkinci sənədin regionda kommunikasiyaların açılması barədə olacağı xəbər verilir. Sözügedən xəbərin müəllifi Tatul Akopyan bildirib: “Mən istisna etmirəm ki, son anda hansısa detala görə görüş baş tutmaya bilər. Mən Ermənistan tərəfində bu sənədə “yox” deyilməsi üçün nə qədər müqavimət gücü qaldığını bilmirəm”. “Şərəf duyuram” müxalifət fraksiyasından Tiqran Abramyan deyib ki, 1920-ci illərin xəritələrini öyrəniblər. Müxalifət deputatı düşünür ki, bu məsələdə tələskənliyə yol verilməməlidir: “Biri var ad, yəni sülhə dair şərti sənədin necə adlanması, bir də var onun içindəki məzmun. Ona görə də bizim əsas vəzifəmiz müzakirələrlə hökumətin əsl yanaşmasını, onun rəhbər tutduğu prinsipləri və onların əsasında duran hesablamanın nə olduğunu başa düşməkdir”. Müxalifət güc nazirliklərinin iştirakı ilə qapalı iclasın keçirilməsini mühüm hesab edir. Bu fonda “Azatutyun” radiosu bildirir ki, baş nazir Nikol Paşinyan oktyabrın 25-də parlamentdə 2022-ci il üçün büdcənin müzakirəsi zamanı geniş çıxış edib, lakin noyabr ayında Moskvada Əliyev-Putin-Paşinyan görüşünün keçiriləcəyinə dair Rusiya və yerli mediada dolaşan şayiələrlə bağlı suallara cavab verməyib. O da xəbər verilir ki, Paşinyan parlamentə jurnalistlərin girişi olmayan qapıdan gəlib və oradan da çıxıb gedib, hətta  deputatların da sullarına cavab verməyib. Onun mətbuat katibi Mane Gevorkyan  da hər hansı şərh verməkdən boyun qaçırıb. Gevorkyan bir daha Ermənistan Xarici İşlər  Nazirliyinin ötən şənbə verdiyi bəyanatı xatırladıb. Bəyanatda deyilirdi ki, hazırda Əliyev-Paşinyan görüşü planlaşdırılmır, amma müxtəlif görüş təklifləri müzakirə olunur. “Azatutyun” yazır ki, iqtidaryönlü deputatlar da bu barədə ya danışmaqdan imtina edir, ya da məlumatları olmadığını deyirlər. “Vətəndaş müqaviləsi” hakim fraksiyasından deputat Qraçya Akopyan rəsmi məlumatı gözləməyə çağırıb: “Hansı sənəddən söhbət getdiyini mən hazırkı vaxtda bilmirəm. Amma müzakirələr davam etdirilir”. Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin son üçtərəfli danışıqlarında hansı razılaşmaların əldə edildiyinə dair suala Akopyan belə cavab verib: “Məndə bu barədə informasiya yoxdur. Çünki Mqer Qriqoryan bizim fraksiya ilə görüşəndə üçtərəfli iclas hələ keçirilməmişdi. Bundan sonra isə fraksiyamızın görüşüb bu məsələni müzakirə etmək imkanı olmayıb. Odur ki, hazırda mənim bu barədə məlumatım yoxdur”. Onu “hökumətin deputatlara heç bir məlumat vermədən belə bir miqyaslı sənədi imzalayacağı narahat etmirmi” sualına Qraçya Akopyan belə cavab verib: “Narahat etmir, çünki biz hökumət üzvlərinə daim suallar verir və bizi narahat edən məsələlər barədə cavablar alırıq. İndiyədək bu sualların cavabları bizi qane edib. Bizə verilən cavablardan görünür ki, narahatlıq üçün əsas yoxdur. Biz hökumətin bizə təqdim edəcəyi sənədin məzmununu gözləyirik. Odur ki, mən indi medianın, başqa ölkələrin KİV-inin yazdığını şərh etmək istəmirəm”. “Azatutyun” yazır ki, müxalifət mümkün sənəd barədə xəbəri mediadan alıb və iqtidar deputatlarından fərqli olaraq, bu xəbərlər onları narahat edir.

Sabiq prezident Robert Köçəryanın “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan bildirir ki, onlar rəsmi məlumatı gözləməyəcək, onu postfaktum tənqid etmək yox, qarşısını almaq yolu ilə gedəcəklər: “Əgər lap hər hansı danışıq prosesi gedirsə də, o açıq olmalıdır, heç olmasa, əsas siyasi oyunçuların, cəmiyyətin və diasporun əsas fiqurlarının cəlb olunması ilə aparılmalıdır. Hakimiyyət özünün gizli fəaliyyət tərzini davam etdirə bilməz”.  

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ