Bazar günü günü, 15 noyabr 2026
     

Su-35, MiQ-35, M-346 – Azərbaycan ordusunu yeni döyüş təyyarələri ilə təchiz edir

Image


Postmüharibə dövründə Azərbaycan üçün əsas məsələlərdən biri ordusunun yüksək döyüş hazırlığını qorumaq, onu yeni hərbi texnika ilə təmin etməkdir. Bu istiqamətdə hərbi hava qüvvələrinin modern döyüş təyyarləri ilə təchiz edilməsi xüsusi diqqət mərkəzində yer alır.

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov qeyd edilən xüsusda maraqlı açıqlamalar verib: “Azərbaycan ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var”. Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və digər məsələlər konseptual şəkildə yerinə yetirilir: “Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.

Zaman-zaman mediada Azərbaycanın yeni qırıcı təyyarələr alacağına dair məlumatlar yayılır. Mediada alınacaq təyyarələrin Pakistan-Çin birgə istehsalı olan “JF-17 Thunder” olacağı bildirilsə də, hələ də bu məsələdə konkretlik yoxdur. Lakin komandanın son açıqlaması Azərbaycan Hərbi Hava Qüvvələri üçün yeni təyyarənin alınması prosesinin artıq yekunlaşmaq üzrə olduğunu göstərir. Bəs Azərbaycan haradan və hansı qırıcı təyyarələri alacaq? Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri nümayəndələri ötən il  Rusiyanın döyüş təyyarələri istehsal edən hərbi-sənaye müəssisələrinə səfər edib. Həmin vaxt Su-35 və MiQ-35 təyyarələrinin Azərbaycana tədarükü barədə danışıqlar  aparılıb. Hər iki tip çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların “4++” nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq onların müəyyən imkanları artırılırdı. Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici Su-35-də 4500 kilometr, MiQ-35-də isə 3500 kilometrdir. Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir. Ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən Su-35 təyyarəsi “hava-hava” sinfinə aid yeni R-37M səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir. Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan Su-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir. Azərbaycan ordusunun bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara ordumuzun qoşun növləri və qisimlərini havadan dəstəkləməklə yanaşı, düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verə bilər. Bu səbəbdən həmin təyyarələrin alınması istisna olunmur. Bununla yanaşı, hərbi ekspert Ədalət Verdiyev “sputnik” portalına açıqlamasında qeyd edib ki, böyük ehtimalla, Azərbaycan yaxın perspektivdə İtaliyadan M-346 tipli təlim-döyüş təyyarələri alacaq: “Hələ 2018-ci ildə III “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində “Leonardo” şirkətinin satış üzrə təmsilçisi Françesko Molinari söhbət zamanı mənə şirkətin Azərbaycan Hərbi Hava Qüvvələri ilə M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqlar apardığını bildirmişdi. Daha sonra bu şirkətin rəsmiləri ilə Azərbaycan prezidenti arasında görüşlər baş tutmuşdu”.

Ekspert bildirib ki, azərbaycanlı pilotlar daha əvvəl iki dəfə İtaliyada yerləşən aviabazada bu qırıcıları sınaqdan keçiriblər: “Bu təlim-döyüş təyyarələri öz texniki uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür. Onların qənaətcil və daha yüksək sürətə malik olması əsas üstün keyfiyyətlərdən biri hesab edilir. Bəzən M-346 təyyarələrini öz sinfinin “Səma Ferrari”si də adlandırırlar”. Ədalət Verdiyev bildirib ki, İtaliyanın “Leonardo” şirkəti 30 ədəd M-346 qırıcısını İsrailə satıb: “İsrail ordusunun hər hansı bir hərbi texniki vasitəni əldə edərkən ona qarşı irəli sürdüyü tələblərin nə qədər ciddi olduğu hər kəsə məlumdur. Əgər davamlı olaraq müharibə şəraitində olan İsrail “Leonardo” istehsalı təyyarəyə üstünlük veribsə, deməli, ondan üstün ola biləcək digərini tapa bilməyiblər”. Hərbi ekspert bildirib ki, Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan “JF-17 Thunder” təyyarələri ilə də maraqlanıb: “Bu təyyarələrin alınıb gətirilməsi, müqavilənin imzalanacağına dair məlumatlar həmişə olub. Lakin M-346-dan fərqli olaraq, Pakistan tərəfi ilə belə bir müqavilə imzalanmayıb. İtaliya ilə isə M-346-nın alınmasına dair müqavilə imzalanıb və onların Azərbaycana çatdırılması üçün istehsal prosesi davam edib”. Ədalət Verdiyev vurğulayıb ki, qırıcıların alınması uzun müddət davam edən təhqiqatlar, araşdırmalar tələb edən bir prosesdir və sıradan bir addım deyil. Bu, istehsalçı və idxalçı arasında ən azı yaxın 30 ildə münasibətlərin perspektivi nəzərə alınmaqla həyata keçirilir.

İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “Alenia Aermacchi M-346 Master” hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın “Yakovlev” şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti adlanır. Qırıcının ekipajı iki nəfərdir. Təyyarə xarici asmalarda 3000 kiloqarm ağırlığında raket və ya aviabomba daşıya bilər. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ