"Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır" - Türkiyə PA

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

Administrasiyadan qeyd olunub ki, R.T.Ərdoğanın bugünkü səfəri Azərbaycana son bir il ərzində üçüncü səfəridir:

“Məlum olduğu kimi, Prezident R.T.Ərdoğan bölgənin iqtisadi inkişafı üçün çox önəmli olan Füzuli hava limanının açılışında da iştirak edəcək. Azərbaycan və Türkiyə bu günə qədər bölgənin rifahı və iqtisadi baxımdan güclənməsi üçün birgə çalışıblar”.

Bildirilib ki, Türkiyə bundan əvvəl Azərbaycana göstərdiyi dəstəyi, bundan sonra da davam etdirəcək.

Son xəbərlər