Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ zəfəri Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinin prinsiplərini və dəyərini xeyli artırdı...

Image


30 il əvvəl öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu dövr ərzində dünyanın və regionun önəmli dövlətlərindən biri kimi özünü təsdiqləyib. Dövlət müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan dünya ölkələri, beynəlxalq təşkilatlatlarla, başlıcası isə region dövlətləri ilə daha yaxından sıx əməkdaşlıq etməyə başlayıb.

Məlum olduğu kimi, Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası, həmçinin, GUAM regional qrupunun təsisçilərindən biridir.

Rəsmi məlumatlara görə, Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri BMT-dir. Ekspertlərə görə, Azərbaycanın xarici siyasətində onun 1992-ci ildən üzv olduğu BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşılır. Yuxarıda adı çəkilən BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımını da qeyd etmək lazımdır. Azərbaycan-BMT münasibətləri çərçivəsində ölkəyə müxtəlif layihələrlə bağlı yardım göstərən BMT-nin İnkişaf Proqramının oynadığı mühüm rolu da misal gətirmək olar. Bundan əlavə, UNESCO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatlarının fəaliyyəti də məlumdur.

  • Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığı...

Gördüyümüz kimi, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq edir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, bütün sahələrdə humanitar dəstəyini əsirgəmir. Dünya dövlətləri ilə də geniş siyasi, diplomatik, iqtisadi-mədəni əlaqələrə malik olan Azərbaycan öz dostluq və əməldaşlıq münasibətini davam etdirir. Müstəqil siyasət yürüdən Azərbaycan bütün ölkələrlə qarşılıqlı əməkdaşlıqda çox maraqlıdır.

Beynəlxalq aləmdə günü-gündən nüfuzu artan dövlətimiz 30 il Ermənistanın təcavüzündən əziyyət çəkib. Üzv olduğu beynəlxalq təşkilatların da demək olar, böyük əksəriyyəti Azərbaycanın öz ərazilərini işaldan azad etməsinə nəinki dəstək verməyib, hətta Ermənistanın arxasında dayanıb ki, Azərbaycanın torpaqlarını qaytarmasın. Azərbaycan öz vəzifəsini, öhtəliklərini tam olaraq yerinə yetirir, amma qarşılıqlı olaraq beynəlxalq təşkilatlar da öz öhtəlik və vəzifələrini unutmamalıdır. Onlar  44  günlük müharibədə Azərbaycanın qazandığı şəksiz qələbəni birmənalı olaraq qəbul etməli və Ermənistana təzyiqlərini davam etdirməlidir ki Azərbaycanin tələblərini yerinə yetirsin, mina xəritələrini versin, bütün sahələrdə Azərbaycana vurduğu zərəri ödəsin. Bu beynəlxalq təşkilatlar Qarabağ probleminin həllində heç bir iş görə bilmədilər, nəticədə Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. O zaman heç bir iş görməyən beynəlxalq təşkilatlar heç olmasa indi bir iş görsünlər, Ermənistana təzyiq göstərsinlər.

  • “Biz beynəlxalq təşkilatların, sanki öz vəzifə və öhdəliklərini unutduqlarını görürük...”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dünya birliyinə inteqrasiya etməklə və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə həm bölgədə, həm də dünyada böyük uğurlara imza atıb.

M.Göyüşlünün sözlərinə görə, Azərbaycan Respublikası istər beynəlxalq təşkilatlar qarşısında, istər götürdüyü öhtəliklərə, qonşu və dünya dövlətləri ilə dostluq, əməkdaşlıq əlaqələrinə hər zaman sadiq qalıb. “Azərbaycan həm beynəlxalq təşkilatlarla, həm bizə sərhəd qonşusu olan və olmayan dövlətlərlə hər zaman etibarlı tərəfdaş rolunu oynayıb.  Yəni öz üzərinə düşən öhtəlikləri beynəlxalq hüquq, qanun çərçivəsində yerinə yetiribdi. Azərbaycan istər üzvlük haqlarını ödəmək, istər beynəlxalq təşkilatların formatına uyğun olaraq təşəbbüslərlə çıxış etmək, qurumların fəaliyyətinin genişləndirilməsinə maliyə, kadr və sair baxımlardan dəstək vermək olsun, digər bu kimi istiqamətdə olan fəaliyyətlərdə daim aktiv iştirak edib. Məsələn, nümunə olaraq Qoşulmama Hərəkatı örnəyini göstərmək olar. Azərbaycan çox yüksək səviyyədə bu təşkilatda sədrliyini yerinə yetirir və öz üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirir. Fikir verirsinizsə, orada pandemiya bağlı toplantının keçirilməsi, BMT çərçivəsində müəyyən fəallıqlar göstərilməsi və sair istiqamətlərdə Azərbaycan öz çalışmalarını həyata keçirir. Amma biz beynəlxalq təşkilatların sanki öz vəzifə və öhtəliklərini unutduqlarını görürük.  Təbii ki, Azərbaycana münasibətdə”.

  • “...Aparıcı beynəlxalq təşkilatların bu münasibəti...”

M.Göyüşlünün sözlərinə görə, istər Avropa Şurası, istər ATƏT, istər Avropa Birliyi, istər BMT olsun, qətnamə, qərar qəbul edirlər, amma onun icra mexanizmi ilə bağlı heç bir addım atılmır. M.Göyüşlünün bildirdiyinə görə, dünya bunun ən acı nümunəsini Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və 30 ilə yaxın bir müddətdə tapdaq altında saxlamasına həmin beynəlxalq qurumların sərgilədiyi münasibətdə görüb. Siyasi şərhçi qeyd edir ki, digər acı nümunə isə İkinci Qarabağ Müharibəsində Ermənistanın terrorçu silahlı dəstələrinin Azərbaycanın mülkü əhalisini qadağan olunmuş silahlardan atəşə tutmasına, uşaqlar da daxil olmaqla dinc əhalini qətlə yetirməsinə, şəhərlərimizə, kəndlərimizə raketlər atıb dağıntılar törətməsinə, insanlıq əleyhinə müharibə cinayətləri törətməsinə də dünyanın əksər beynəlxalq təşkilatlarının laqeyd yanaşması oldu. “Bundan sonra da onların hanısa bir formadasa Azərbaycanın haqq işinə dəstək verəcəklərini elə də gözləməyə dəyməz. Hesab edirəm ki, aparıcı beynəlxalq təşkilatların bu münasibəti xristian həmrəyliyindən, türk, islam dünyasına ikili standatlardan irəli gəlir. Onların bölgədə bir türk, müsəlman dövlətinin formalaşması, güclü inkişafı onların maraqlarına cavab vermir, ona görə belə mövqe tuturlar. Bu baxımdan, düşünürəm ki, bu təşkilatlara əhəmiyyət vermədən yolumuzu davam etdirməliyik, təbii ki, öz sözümüzü də deməliyik, mövqeyimizi bildirməliyik, çıxışlarımızı edib, tələblərimizi irəli sürməliyik, haqqımıza qovuşmalıyıq. Eyni  zamanda bizi dəstəkləyən türk Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi təşkilatlarla, Türkiyə, Pakistan, Orta Asiya kimi dost, qardaş ölkələrlə bir yerdə öz çalışmalarımızı, əməkdaşlıqlarımızı davam etdirməliyik, inkişafımızı daha da yüksəltməliyik. Heç şübhəsiz, Azərbaycanın Qarabağ zəfərini qazanması və Ermənistana ağır zərbə vurması dövlətimizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltdi. Bu gün Azərbaycan o gücdədir ki, bütün beynəlxalq qurumlar ədalətsizliyi buraxıb Azərbaycanın yanında olmalıdır. Güclünün, həm də yanında olmaq o beynəlxalq təşkilatların nüfuzunu artırar. Onsuz da 44 günlük müharibədə bütün dünya Azərbaycanı gücünü gördü, bu güclə hesablaşmaqdan başqa yol yoxdur ”-deyə M.Göyüşlü vurğuladı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ