Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan və Ermənistan Moskvada vacib sənəd imzalayacaq, erməni müxalifəti əndişə içində...

Image


Sabiq prezident  Robert Köçəryanın rəhbəri olduğu  "Ermənistan" bloku hakimiyyətə qarşı aksiyalarını yeniləməyə qərar verib. Məsələ ilə bağlı “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan İrəvan meriyasına xəbərdarlıq məktubu ünvanlayıb. Mitinqlər 9 və 10 noyabr tarixlərində, saat 18-dən 20:30-a qədər Azadlıq meydanında keçiriləcək.

Qeyd edək ki, 44 günlük savaşın nəticəsi olaraq Ermənistan Baş naziri ötən ilin 10 noyabrında kapitulyasiyaya imza atıb. Erməni müxalifətinin İrəvanın kapitulyasiyasının ildönümündə mitinqlərə başlaması təsadüf hesab edilmir. Ermənistanın “Qraparak” qəzetinin yazdığına əsasən, noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq: "Gözlənilir ki, son anda fors-major hal baş verməzsə, sənədləri Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayacaq”. Qeyd olunur ki, sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilə dəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir. Məlumatda bildirilib ki, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 2020-ci ilin məhz bu günü Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Rusiya prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalanıb.

Elə bu günlərdə Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında sərhədlərlə bağlı konkret açıqlamalar verib: “İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə edilə bilməz. Burada, bəlkə də, hər iki tərəfdən başqa heç kimə ehtiyacımız yoxdur. Niyə? Çox sadə praqmatik məsələlər var. Xəritələr Rusiya ordusunun Baş Qərargahındadır. Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr. Bu sənədlərə əsaslanaraq hər iki tərəf sakitçə oturmalıdır... Orada da qarşılıqlı güzəşt tələb edən məsələlər var. Bunu etmək olar, ya yox? Mümkündür. Ancaq əlbəttə ki, biz çoxtərəfli bir format tapmağın tərəfdarıyıq. Minsk Qrupunun işini gücləndirmək də daxil olmaqla. Biz tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik”. Xatırladaq ki, Azərbaycan da sərhədlərin məhz Rusiya ordusunun Baş Qərargahında olan sovet xəritələri əsasında müəyyən edilməsini istəyir. Lakin Azərbaycan və Ermənistan arasında sərhəd və ərazi bütövlüyünü tanımaq kimi mühüm məsələnin həll edildiyi bir vaxtda erməni müxalifəti buna əngəl olmaq istəyir. Yuxarıda qeyd edildiyi kimi, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku mitinqə hazırlaşır. Blok hesab edir ki, indiki hakimiyyət xalqa xidmət etmir. Müxalifətin mitinq keçirmək istəyi baş nazir Nikol Paşinyanın Azərbaycanla bağlı tutduğu mövqe ilə bağlıdır. Blokun planlarını “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan təqdim edib: “Aşkar və hansısa kölgə prosesləri gedir, onun qarşısını almaq bizim ümumi işimiz olmalıdır. Bu hakimiyyət erməni xalqının və dövlətçiliyimizin maraqlarına xidmət etmir”. Blokun sədr müavini İşxan Saqatelyan isə hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edib. Onun sözlərinə görə, Paşinyanın vəd etdiyi sülh erası Ermənistanın həyati maraqlarının ziyanına başa çatacaq və onlar Zəngəzur dəhlizini "başqa mətləblə" qəbul edəcəklər: “Biz inanırıq ki, baş verənlər yeni təslim sazişi olacaq, yəni Ermənistan yeni güzəştlərə gedəcək. Bunun qarşısını almaq üçün ümumerməni qüvvələr tərəfindən milli müqavimət formalaşdırılmalıdır ki, bütün dünyaya, o cümlədən indiki şər hakimiyyətinə ölkəmizdə müqavimət olduğunu, xalqımızın bu proseslə razılaşmadığını və mübarizəyə çıxdığını göstərək".  Blok nümayəndəsi bildirib ki, mitinq ərəfəsində ölkədə siyasi qüvvələr, ekspertlər və politoloqlarla müzakirələrə başlayıblar. Onlar “türkləşməyə yox, ermənilərin Qarabağdan qovulmasına yox!” şüarları altında milli müqavimət təşkil edirlər. Müxalifətin Ermənistanın dövlətçiliyi üçün ölümcül hesab etdiyi Paşinyanın planlarına qarşı necə çıxacaqlarını soruşan jurnalistə cavab olaraq Saqatelyan deyib ki, xalqa təhlükələr barədə danışıb, onun həlli yollarını təklif edəcəklər: “Biz insanlara hökumətin bu yolla getdiyini izah edəcəyik və biz bu yolu təklif edirik, hörmətli Ermənistan Respublikasının vətəndaşları. Biz həm də insanlara bu adamın (Nikol Paşinyan) növbəti dəfə onları aldatdığını başa salmaq vəzifəsi ilə üz-üzəyik”.

Onun sözlərinə görə, müxtəlif qüvvələrlə müzakirələrə başlayıblar, artıq Karin Tonoyanın rəhbərlik etdiyi qüvvə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası və “Ata Vətən” partiyasının lideri Artur Vanetsyanın nümayəndələri ilə görüşüblər. Görüşlərin siyahısında Vətəni Xilasetmə Hərəkatına qoşulan, müharibədən sonra hakimiyyətə qarşı küçə mübarizəsi aparan qüvvələr də var: “Ölkəmizdəki vəziyyəti müzakirə etmək və mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qüvvələrlə görüşlərə açığıq”. Saqatelyan Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsinin də onların gündəmində olduğunu bildirib. Hakim fraksiya üzvü Qaqik Melkonyan isə deyib ki, Nikol Paşinyan öz komandasını ərazi güzəştlərinə getmək niyyətində olmadığına inandırıb: “Biz dünən baş nazirlə görüşdük, belə bir qorxu yoxdur, heç kim yeni ərazilərdən imtina etmək fikrində deyil. Əgər biz sülh istəyiriksə, bu o deməkdirmi ki, biz ərazilərdən imtina edirik? Müharibə istəyiriksə, əraziləri alırıqmı? Sadəcə maraqlıdır, onlar müharibə istəyirlər, yoxsa sülh?”. “Ermənistan” blokunun qarşıdan gələn mitinqinə gəlincə, iqtidaryönlü deputat bildirib ki, onun heç bir qorxusu yoxdur, müxalifət hakimiyyəti ələ keçirmək istəyir, amma bacarmayacaq, parlamentdə uğur qazana bilməyib, indi yenidən küçələrə qayıdır: “Onların yeri küçədir, qoy küçələrə çıxıb küçələrdə döyüşsünlər, heç kim onların yanında durmayacaq, güc istəyirlər, güc onların əlində deyil”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayza da hesab edir ki, erməni müxalifəti heç nəyə nail ola bilməyəcək: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında Moskvada bir araya gələcəyini öyrənmək məni çox sevindirdi. Çünki 10 noyabr atəşkəs bəyanatının vacib elementi - Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasındakı nəqliyyat əlaqələrinin yenidən açılması hələ ki, reallaşmayıb”. Brayzanın sözlərinə görə, erməni xalqı 10 noyabr bəyannaməsinin gətirəcəyi infrastruktur faydalardan əsasən xəbərsizdir: “Bəyannamənin icrası yeni iş yerləri yaradacaq, iqtisadi artımı təmin edəcək, Ermənistanın Azərbaycan və Türkiyə ilə yeni əlaqələr qurması bu ölkənin regional iqtisadiyyata yenidən inteqrasiya etməsinə imkan yaradacaq, nəqliyyat infrastrukturu və investisiyalar böyük faydalar gətirəcək. Amma Ermənistan siyasəti son vaxtlara qədər erməni siyasi liderin bölgədəki bütün tranzit əlaqələrinin yenidən açılmasını tələb edən 10 noyabr atəşkəs bəyanatının son bəndindən faydalanmasına və ya onu qəbul etməsinə mane olurdu”. Diplomatın fikrincə, Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra özünü daha aydın ifadə edir: “O, artıq Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsinin və Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının vaxtı çatdığını dilə gətirir. Düşünürəm, bu çox vacib irəliləyişlər toplusudur və ümid edirəm ki, Moskvada prezident Putinlə görüş zamanı baş nazir Paşinyan bu müsbət mövqeyini daha da möhkəmləndirəcək. Bilirəm, prezident Əliyev bu nəqliyyat əlaqələrini bərpa etmək və təkcə Azərbaycana deyil, Ermənistana da investisiyaların yatırılması ilə məşğul olmaq istəyir ki, azərbaycanlılar və ermənilər bir daha qonşu kimi normal yaşaya bilsinlər”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ