Bu günlərdə Rusiya prezidenti V.Putin Valday klubunun toplantısında post-Qarabağ məsələləri ilə bağlı müəyyən fikirlər səsləndirib.Putin deyib ki, indi vacib məsələlərdən biri iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasıdır: "Bu proses iki ölkənin və Rusiyanın iştirakı ilə aparılmalıdır. Başqa heç kimin".
Qeyd edək ki, indiyə qədər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar bu məsələdə özlərinin vasitəçilik rolunu təklif ediblər. Fransa, ABŞ, Avropa Birliyi, ATƏT, hətta BMT rəsmiləri belə bəyanatlarla çıxış ediblər. Şübhə yoxdur ki, Putin aşkar acıqlı tonda məhz bu bəyanatlara cavab verdi. Doğrudur, Putin bunun zəruriliyini Rusiyanın baş qərargahında hələ sovet dövründən saxlanan xəritələrlə əsaslandırmağa çalışdı. Ancaq onun acıqlı və sərt tərzi onu göstərdi ki, Rusiya bu bölgənin ən ciddi problemlərindən biri olan sərhəd delimitasiyasına qeyri-region qüvvələrini buraxmaq fikrində deyil.
Ramil QULİYEV