Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Ermənistanın İranla birgə yaratmaq istədiyi Qafqaz dəhlizinin üzərindən xətt çəkdi

Image


Son günlərdə İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər Ermənistanda da xüsusi diqqətlə izlənilir. Bu haqda danışmazdan öncə xatırladaq ki, İranın öz vətəndaşlarının və sürücülərin Dağlıq Qarabağ və Laçın bölgələrinə Ermənistan ərazisindən keçməklə girməsini qadağan etməsindən bir gün sonra Azərbaycan saxladığı iki iranlı sürücünü ölkəsinə qaytarıb. 

Qeyd edək ki, Azərbaycan haqlı olaraq İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qanunsuz əlaqələrə son qoymağı tələb etmişdi. Bu məqsədlə ilk növbədə diplomatik kanallarla müvafiq mesajlar göndərildi. Daha sonra isə dövlət bu məsələ ilə bağlı qarşı tərəfə nota təqdim etdi. Bütün bunlara adekvat reaksiya olmadığı halda dövlət zəruri tədbirlərə əl ataraq qəti addımlar atdı. Azərbaycan tərəfi Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində, yəni ölkənin suveren ərazisində polis postu yerləşdirdi və Ermənistana keçən yük maşınlarından tranzit yükdaşımalar haqda müvafiq qanunun tələblərinə əsasən yol vergisi tutulmağa başladı. Ardınca Qarabağa qanunsuz daxil olmuş iki iranlı sürücü geri qayıdarkən həmin postda saxlanıldı. İran tərəfi isə, öz yük maşınlarının Qarabağa qanunsuz daxil olmasını dayandırmaq əvəzinə, Azərbaycan tərəfinin bu addımlarına aqressiv reaksiya göstərdi, iranlı rəsmilər bir-birinin ardınca Azərbaycanın ünvanına əsası olmayan iddialar, böhtanlar səsləndirdilər. İş o yerə çatdı ki, İran son 30 ildə ilk dəfə Azərbaycanla sərhəddə irimiqyaslı “Xeybər fatehləri” təlimləri keçirdi. Guya bu təlimlər “sionist rejimin bölgədəki varlığına” qarşı yönəlmişdi. Lakin bütün bu təhdidlər, aparılan təbliğat və İran rəsmilərinin əsassız bəyanatları Azərbaycanın mövqeyini dəyişdirə bilmədi, çünki bu gərginliyi başladan tərəf Azərbaycan deyildi. Azərbaycan sadəcə olaraq öz qonşusundan onun ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edirdi, heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini bəyan etmişdi və öz mövqeyində qəti olduğunu bir daha nümayiş etdirirdi. Nəticədə Tehranda, görünür bunu aydın dərk etdilər ki, Azərbaycanla davam edən gərginlik ilk növbədə İranın özünün maraqlarına ziddir və yükdaşıma şirkətlərinə Laçın dəhlizindən keçməklə Azərbaycan ərazilərinə daxil olmaq qadağan edildi. Azərbaycan da saxladığı iki iranlı sürücünü ölkəsinə qaytardı.

İki qonşu ölkənin münasibətlərini izləyən təhlilçilərə görə, bu qarşılıqlı addımlar münasibətlərin normal mərhələyə keçdiyini göstərir. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə məsələ ilə bağlı bildirir: "İran mediasında bu iki sürücünün saxlanması məsələsi xüsusi vurğulanırdı, amma nə səbəbdən saxlanması İran vətəndaşlarına açıqlanmırdı. İranın son qərarından sonra mehriban qonşuluq münasibətlərinə uyğun olaraq Azərbaycan da qarşılıqlı addım atdı, iki sürücü buraxıldı, baxmayaraq ki, onlar Azərbaycan ərazisinə qeyri-qanuni keçmişdi və istintaq işini aparmaq mümkün idi". O əlavə edir ki, Azərbaycan bundan sonra da ölkə ərazisinə qanunsuz daxilolmaların qarşısını alacaq: "İran tərəfindən təkcə bəyanatın verilməsini deyil, real həyatda işləməsini də çox arzulayırıq. Nə İranın, nə Azərbaycanın bu bölgədən köçüb getmək imkanı olmadığı üçün iki dövlətin bir-birilə yaxşı münasibət saxlamasından savayı başqa variantı yoxdur. Bütün gərginlik diplomatik gərginlikdən o yana keçmədi, keçə də bilməzdi". Beləliklə, Azərbaycan sübut etdi ki, regionda yersiz gərginlik əbəsdir. Bu niyyətdə olanların qarşısında duracağını da rəsmi Bakı təsdiqlədi. Bütün bunlar Prezident İlham Əliyevin cəsarətli, prinsipial, milli maraqların qorunmasına yönəlmiş addımlarının məntiqi nəticəsi hesab edilir. Eyni zamanda, baş verənlər bir daha onu nümayiş etdirdi ki, heç kim Azərbaycanla diqtə ilə danışa bilməz. Artıq hər kəs bilir ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqların müəllifi olan Azərbaycanla heç kim hədə-qorxu ilə danışa bilməz.  Yeni şəraitdə ölkəmiz özünün bütün hüquqlarını qorumaq, dost və tərəfdaşları ilə qarşılıqlı maraqlar müstəvisində münasibətlər qurmaqda maraqlıdır. Amma heç bir ölkənin Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyi də birmənalıdır.

İndi İran-Azərbaycan münasibətlərində müşahidə olunan yumşalma Ermənistana böyük zərbə olub. Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğrayıb. İran nəzərə alır ki, Azərbaycan regionun nəqliyyat mərkəzidir və iştirakçısı olduğu “Şimal-Cənub” dəhlizi yenə Azərbaycan olmadan səmərəli fəaliyyət göstərə bilməz. Milli Məclisin deputatı Vüqar Bayramov da məsələyə bu prizmadan yanaşır: “İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Tehranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştiraka hazır olduqlarını bildirib. Bu, ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyəcək. Söhbət İran və Ermənistanın Qafqaz dəhlizi adlandırdığı dəhlizin salınmasından gedir. İran Qafqaz dəhlizi ilə Ermənistan, daha sonra Gürcüstan ərazisi ilə Rusiya və Avropaya çıxmağı hədəfləyir. Amma bu dəhliz nə dərəcədə səmərəlidir? Əvvəla, regionda yeni alternativ dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir və mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyuluşu həyata keçirmək gücündə deyil. Uzun müddət sanksiyalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur. İkincisi, İran və Ermənistanın bəhs etdiyi ərazinin relyefi yeni dəhliz formalaşdırmaq baxımından cəlbedici deyil. Hətta buna cəhd olunsa belə, bu, müəyyən zaman alacaq. Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Qərb və Şərqin Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarını artıracağı gözlənilir. “Şərq-Qərb” nəqlıyyat dəhlızının genişlənməsi digər potensial alternativlərin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq. Qərb, eləcə də Şərq sanksiyaların tətbiq olunduğu dövlətin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizindən daha geniş şəkildə istifadədə maraqlı deyil. Eyni zamanda, bir istiqamətdə yükdaşımalar dəhlizlərin iqtisadi səmərəliliyini azaldır. Nəhayət, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə digər infrastruktur, o cümlədən yeni beynəlxalq hava limanları və Bakı-Tiflis-Qars kimi dəmir yolu şəbəkəsi ilə inteqrasiya olunur və bu da ölkəmizin regionda nəqliyyat habına çevrilməsinə imkan verir”. Bütün bunları nəzərə alan İran Azərbaycanla münasibətləri normal məcraya qaytardıqdan sonra daha Ermənistanla nəqliyyat dəhlizi barədə düşünmür. Bundan ən çox məyus olan tərəf də elə Ermənistandır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ