Bazar günü günü, 15 noyabr 2026
     

Zəngəzur dəhlizi, Ermənistanla sərhəd məsələsində Rusiyadan Azərbaycana ən yüksək səviyyədə dəstək verildi

Image


“Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq.

Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq”. Bu fikirləri Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev səsləndirib.

Xatırladaq ki, Vətən müharibəsi başa çatdıqdan sonra regionda kommunikasiya xətlərinin bərpası və yenilərinin yaradılması Azərbaycan xarici siyasətində prioritet məsələlərdən biri kimi çıxış edir. Bu kontekstdə rəsmi Bakı ötən il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən, nəqliyyat marşrutlarının bərpası, o cümlədən də Zəngəzur dəhlizinin istifadəyə verilməsinə xüsusi diqqət yetirir. Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat marşrutlarının bərpası və yenilərinin yaradılmasının Azərbaycan üçün strateji əhəmiyyəti olduqca böyükdür. Bu, ilk növbədə Azərbaycan üzərindən tranzit yükdaşımaların artmasına, beləliklə də ölkə iqtisadiyyaında qeyri-neft sektorunun daha dinamik inkişafına təkan verəcək. Postmüharibə dövründə regionda nəqliyyat marşrutlarının nəzərdə tutulan qaydada fəaliyyətə başlaması üçün Zəngəzur dəhlizinin işə düşməsinə Ermənistan tərəfindən müvafiq şərait yaradılmasının vacibliyi də Azərbaycan tərəfindən dəfələrlə gündəmə gətirilb. Dəhliz ölkəmizin əsas hissəsini Naxçıvan, daha sonra Türkiyə ilə birləşdirəcək. Digər tərəfdən, Zəngəzur dəhlizinin reallaşması ilə regionda yaranacaq yeni nəqliyyat imkanları Avropa və Asiyanın daha sıx birləşməsinə gətirib çıxaracaq. Regionda sovetlər dönəmində mövcud olmuş kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsində, Azərbaycanla yanaşı, Rusiya da maraqlı tərəflərdən biri kimi çıxış edir. Bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasındakı çıxışında bir daha təsdiq edib.

Öncə müharibənin dayandırıalması haqda danışan Putin bildirib: “Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, bütün çətinliklərə baxmayaraq, Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər. Birincisi, həm Azərbaycan prezidentinin, həm də Ermənistan baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar. Yenə də prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər. İndi Azərbaycan Naxçıvanla normal əlaqə qurmaqda, eləcə də kommunikasiyaların açılmasında maraqlıdır, bu, Ermənistanın qarşısında duran ən vacib vəzifələrdən biridir. Ermənistan regionda effektiv iqtisadi həyat qurmaq, qarşılıqlı əlaqə yaratmaqda, o cümlədən gələcəkdə Azərbaycanla münasibətlərin qurulması, Türkiyə ilə dondurulmuş münasibətlərin açılmasında prinsipcə maraqlıdır”.

Moskvanın mövqeyi bundan ibarətdir ki, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması iştirakçı ölkələrin, o cümlədən də Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq. Bununla Rusiya kommunikasiya xətlərinin bərpasında maraqlı tərəf olduğunu bir daha nümayiş etdirir. Rusiyanın sərgilədiyi bu yanaşma postmüharibə dövründə Azərbaycanın mövqeləri ilə üst-üstə düşür. Zəngəzur dəhlizinin və  digər nəqliyyat marşrutlarının işə düşməsi Azərbaycanın regionda geosiyasi, geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Azərbaycan və Rusiyanın yanaşması göstırir ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının icrası qarşısıalınmaz prosesdir. Postmüharibə dövründə regionda kommunikasiya xətlərinin bərpası ilə bağlı Azərbaycanın mövqeyi digər ölkələr, o cümlədən region dövlətləri tərəfindən də təqdir edilir.  Bunu şərtləndirən səbəblərdən biri həm də odur ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risqlərinin sıfıra endirilməsi üçün nəqliyyat layihələri xüsusi rol oynayır.  Sözügedən nəqliyyat layihələrini həyata keçirməsi Azərbaycanın sülhə verdiyi vacib töhfələrdəndir və bu, dünya miqyasında da yüksək qiymətləndirilir. Bu mənada, Ermənistanda istər revanşist, istərsə də digər qüvvələrin kommunikasiya xətlərinin bərpasına, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsinə maneə yaratması mümkünsüz hesab edilir.

Zəngəzur dəhlizi ilə yanaşı, Rusiya sərhədlərin müəyyən olunması məsələsində də Azərbaycanla eyni yanaşma sərgiləyir. Bunu Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında xüsusi qeyd edib: "İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə edilə bilməz. Burada, bəlkə də, hər iki tərəfdən başqa heç kimə ehtiyacımız yoxdur. Niyə? Çox sadə praqmatik məsələlər var. Xəritələr Rusiya ordusunun Baş Qərargahındadır. Sovet respublikaları arasındakı sərhədlərin sovet dövründə necə olduğunu göstərən xəritələr. Bu sənədlərə əsaslanaraq hər iki tərəf sakitçə oturmalıdır... Orada da qarşılıqlı güzəşt tələb edən məsələlər var. Bunu etmək olar, ya yox? Mümkündür. Ancaq əlbəttə ki, biz çoxtərəfli bir format tapmağın tərəfdarıyıq. Minsk Qrupunun işini gücləndirmək də daxil olmaqla. Biz tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik". Xatırladaq ki, Azərbaycan da sərhədlərin məhz Rusiya ordusunun Baş Qərargahında olan sovet xətitələri əsasında müəyyən edilməsini istəyir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ