Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın postmüharibə haqlarını qəbul etməyənlərlə mübarizədə diasporumuzun fəallıq problemləri…

Image


Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, diaspor və lobbiçilik istiqamətində gələcək fəaliyyət planları ilə bağlı xaricdə yaşayan ziyalılarımızın təklifləri maraqlıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin saytında yer alan materiallardan görünür ki, soydaşlarımız bu dönəmdə fəallıqlarını daha da artırıb. Yaponiyada yaşayan azərbaycanlı alim, Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər hesab edir ki, diaspor işi davamlı bir prosesdir. Hər bir mərhələdə yeni məqsədlərlə fəaliyyətə başlayıb nəticələrə nail olmaq lazımdır: “Amma Ermənistan məsələsi proses deyil və başa çatmayan fəaliyyətdir, ona görə də bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik. Ölkədə elm, mədəniyyət, iqtisadiyyat, texnologiya, süni zəka xalqımızın təhlükəsizliyi və Azərbaycanın uğurlu gələcəyi naminə inkişaf etdirilməlidir. Bu istiqamətdə diaspor daha yaxşı vasitə ola bilər. Bu o deməkdir ki, siz hər hansı bir sənədi hazırlayaraq diasporun rəyini aldıqdan sonra onu yenidən işləyib həyata keçirmək üçün təkrar diaspora göndərirsiniz. Diaspor isə bizim haqq səsimizi çatdırmaq üçün hər bir ölkədə yerli media mənbələri ilə əlaqələr qurulmasını davam etdirir. Bütün bu fəaliyyətlər dünyadakı diasporumuz tərəfindən, eyni zamanda, reallaşmalıdır. Bu işdə sosial şəbəkələrdə fəal olan diaspor üzvlərinin dəstəyindən də istifadə etmək olar”.

  • Azərbaycan dövləti həm də dünyada yaşayan 50 milyondan artıq soydaşımızın vətəni sayılır

ABŞ-ın Men ştatının "Qaçqınların Məskunlaşması Federal Proqramı"nın əlaqələndiricisi, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikrincə, Vətən müharibəsindən sonra başlayan yeni dövrdə diasporun qarşısındakı əsas vəzifə yenə də siyasi dairələrlə işləyərək təsir imkanlarımızı artırmaqdır: “Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) olaraq lobbiçilik istiqamətində işimizi gücləndirməliyik. Bundan başqa, ikinci mərhələ diasporun yaxından iştirakı ilə lobbiçiliyin koordinasiyalı şəkildə aparılmasıdır. Üçüncüsü, hesab edirəm ki, akademik sahədə fəaliyyətimizi gücləndirib seminarlar, elmi konfranslar keçirməli, tədqiqatlar aparmalı, universitetlərdə güclü təbliğat işi qurmalıyıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq siyasətimizi fərqli qurmalıyıq. Güclü təmsilçilik üçün akademik sahədə də ciddi işlər görülməlidir. Mədəni təbliğatı davam etdirərək mütəmadi şəkildə tədbirlərin keçirilməsini təmin etməli və bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Biz, ABŞ-da yeni bir proqramla - burada yaşayan azərbaycanlıların ermənilərin təsir etdiyi mərkəzlərlə hansısa formada dialoq qurması istiqamətində işləməyi düşünürük. Amma qarşıdakı 5 il ərzində bizə qarşı nifrətin azalması üçün nəticələr əldə etmək məqsədilə iş mexanizmini indidən düşünməliyik…”

Qeyd edək ki, postmüharibə dönəmində bizim ölkə olaraq rastlaşdığımız təzyiqlərdən biri də İrandan oldu. Həmin ölkə bütün varlığı ilə bizə təzyiqlər göstərməyə çalışdı. Çünki Azərbyacanın öz gücünə yaratdığı reallıqlar onları qane etmirdi. Bu istiqamətdə də biz dünyada yaşayan soydaşlarımızın aktiv dəstəyini gördük. Xüsusilə də İranın daxilindəki soydaşlarımız İran rejiminin təzyiqlərindən çəkinməyərək, Azərbaycan dövlətinə qarşı təzyiqlərə son qoyulmasını tələb etdilər. Biz, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan əslən Cənubi Azərbaycandan olan soydaşlarımızın bu yöndə dövlətimizə verdiyi aktiv dəstəyi müşahidə etdik. Azərbaycan dövləti həm də dünyada yaşayan 50 milyondan artıq soydaşımızın vətəni sayılır. Çünki dünyanın müxtəlif ölkələrinə səpələnmiş  əslən azərbaycanlı olan söydaşlarımızın bir müstəqil dövləti var, o da Azərbaycan Respublikasıdır. Dövlətimiz əhəmiyyətli sayda olan soydaşlarımızın diaspor halında təşkilatlanması, inkişaf etməsi istiqamətində əlindən gələn nə varsa edir.

  • Uğurlarımızın bol olması üçün hər birimizin ilk növbədə vətəni və milləti təmənnasız sevməsi lazımdır

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim diaspor və lobbiçilik sahəsində uğurlarımızın bol olması  üçün hər birimizin ilk növbədə vətəni və milləti təmənnasız sevməsi lazımdır: “Burada düşüncəni, yanaşmanı dəyişmək lazımdır. Ermənilərin xaricdə yaşayan istənilən  ixtisas sahibi olan diaspor fəalları öz  aktivliklərini yerə qoymurlar. Bunun səbəbi bəllidir. Onların diasporla bağlı formalaşmış ideologiyaları dövlətdən nəsə qoparmaq yox, dövlətə, millətə xidmət etməkdən ibarətdir. Buna ideoloji vətənpərvərik deyillər. Onlar bu istiqamətdə çoxdan işləyirlər. Bizdə bu sahədə axsama var. Çalışmalıyıq ki, yanaşma şəxslərə, hansısa qurumlara uyğun yox, vətənə xidmət üzərində formalaşsın. Ermənilərə heç diaspor komitəsi lazım deyildi. Həmin dövlət qurumu ləğv edildi, amma vəziyyət dəyişmədi. Çünki onların erməniçilik ideologiyasının başında hər zaman kilsə dayanıb və bu gün də həmin iş aparılır. Düşmən olmaqlarına baxmayaraq, biz onların bu istiqamətdəki uğurlarını ciddi tədqiq etməliyik. Bizim diasporun təmsil olunduğu ölkələrin həyatına yaxından inteqrasiya etmək problemi də mövcuddur. Sovet dönəmində Heydər Əliyev çoxlu sayda azərbaycanlını Rusiyanın müxtəlif şəhərlərinə ali təhsil almağa göndərirdi. Bu onun uzaqgörən siyasəti idi. Həmin tələbələrinin əksəriyyəti ora inteqrasiya olunmaq əvəzinə, ali təhsili başa vuran kimi qaçıb gəlirdilər Azərbaycana. Ermənilər isə bacardıqları qədər düşdükləri ölkədə möhkəmlənməyə çalışırdı. İkincisi isə bizim mentalitlə bağlı məsələdi. Ermənilər xristian toplum olduqları üçün  öz qızlarının, həyat yoldaşlarının həmin cəmiyyətdə işləmələrinə adi hal kimi baxıblar. Biz isə buna icazə verməmişik. Müstəqillikdən sonrakı dönəmdə  xaricdə təhsil almış 10 minlərlə  gəncimiz var ki, onları biz lazımi qurumlara yerləşdirə bilməmişik. Təbiidir ki, belə dəstəyi  diasporumuz verməlidir. Bu da bizim inteqrasiya prosesimizi zəiflədir. Bizim diaspor nümayəndəlirində mənəm-mənəmlik, pul qazanmaq hərisliyi həddən artıq çoxdur. Liderlik uğrunda daim mübarizə gedir. Bu da diaspor təşkilatlarımızın parçalanması ilə nəticələnir. Hesab edirəm ki, güclü lobbi təşkilatlarımızın formalaşmasının bir yolu da yaşadığımız yerlərdə kompaktlığı təmin etməkdən keçir. Ermənilər harda yaşayırlarsa, ətraflarına həmyerlilərini yığırlar. Biz bütün bu çatışmazlıqları düzətmək istiqamətində hərəkətə keçməliyik. Əks təqdirdə, bizi istməyən qüvvələr bundan daha məharətlə istifadə edəcəklər”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ