çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Heydər Əliyevin Nizami Gəncəvi təəssübkeşliyi

Image


Azərbaycanın intibah ədəbiyyatının zirvəsi hesab edilən klassik şair Nizami Gəncəvinin 880 illik yubiley ilini başa vurmaq üzrəyik. İl ərzində şairin yaradıcılığının çalarları və yaşadığı dovrün ictimai-siyasi vəziyyəti haqqında bir çox məqalələrlə tanış olduq. Bu məqalədə Nizami Gəncəvinin yaradıcılığına Ümummilli liderimiz Heydər Əliyevin verdiyi dəyəri təhlil etməyə çalışacağıq. Azərbaycan xalqının mədəniyyətinin hamisi Heydər Əliyevin təəssübkeş fəaliyyətini məhz bu aspektdən oxuculara çatdırmaq yerinə düşər.

XX əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin siyasi xadim kimi fəaliyyətə başlaması Azərbaycanın tarixində növbəti mədəni intibahın başlanğıcını qoydu. İqtisadi-siyasi həyatında baş verən dirçəliş respublikanın mədəni həyatına da öz təsirini göstərdi. Çoxşaxəli Azərbaycan mədəniyyəti XX əsrdə ən yüksək mərhələsinə məhz Ümummilli liderimiz Heydər Əliyevin dövründə çatmışdır. Heydər Əliyevin fəaliyyətində mədəniyyətə qayğı, mədəni irsimizi qoruyub gələcək nəsillərə ötürmək, tarixi və mədəni irsimizi öz yaradıcılığında ifadə edən şəxsiyyətləri yüksək şəkildə dəyərləndirmək mühüm yer tuturdu.

2020-ci il Azərbaycanın tarixində Zəfər ili oldu. 30 ilə yaxın işğal altında qalan tarixi-hüquqi Azərbaycan torpaqları azad edildi. Ölkə başçısı cənab İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etdi və bu, özünü sözün bütün mənalarında doğrultdu. Qürurverici məqamlardan biri odur ki, dünyanın dörd bir tərəfinə səpələnmiş əlli milyonluq Azərbaycan türkləri, Türkiyə Cümhuriyyəti xalqı və ümumilikdə türk dünyası xalqları Azərbaycan Respublikasının haqlı mübarizəsinə həmrəylik nümayiş etdirdi.

Ənənəvi olaraq, növbəti ilin ölkə başçıcı tərəfindən hansı mövzuya həsr ediləcəyi maraq doğurduğu halda, 2021-ci il “Nizami Gəncəvi ili” elan edildi. Yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. 

Prezident  İlham Əliyevin bu sərəncamı Ümumilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasətinin davamı kimi qiymətləndirilir. Heydər Əliyevin siyasi varisi kimi ölkə başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinə hamilik edilməsi, klassik və müasir mədəni irsin harmoniyasına münbit şərait yaradılması baxımından davamlı siyasət yeridir.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar  bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində milli mədəniyyətə aid təntənəli tədbirlər mərkəz Moskvada razılaşdırılmalı idi. Bu isə çox zaman əngəllərlə, müxtəlif bəhanələrlə təxirə salınırdı. Məhz N.Gəncəvinin 840 illik yubileyinin keçirilməsi də bəzi bəhanələrə məruz qalsa da, Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev maneələri özünəməxsus siyasi incəliklə dəf etmiş və yubileyin təntənəli şəkildə qeyd edilməsinə nail olmuşdur. 2000-ci ilin may ayında Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən Heydər Əliyev bu prosesi belə xatırlayır: “Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələni qaldıranda, çünki onlarsız bu işi görə bilməzdik, dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illik də ola bilər. Amma 840 olmaz, Çünki sonra deyəcəksiniz ki, 845, nə bilim, 847 və s... Xatirimdədir, Mərkəzi Komitənin ikinci katibi var idi - Suslov, Brejnevin dövründə ikinci katib idi, mənə dedi ki, bu, mümkün deyildir. Mən isə dedim ki, siz Nizami Gəncəvini tanıyırsınızmı? Dedi ki, tanıyıram, yaxşı tanıyıram. Suslov keçmiş işçi idi, Stalinin yanında da işləmişdi, 1948-ci ildə onun yubileyinin keçirilməsindən də xəbərim var. Dedim, yəqin ki, tamam xəbəriniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik.”

Ümummilli liderimiz  göstərilənlərlə kifaytələnməyib Nizami irsinin daha yaxsı öyrənilməsi üçün AMEA-da xüsusi Nizamişünaslıq  şöbəsi yaratmış, respublikanın görkəmli nizamişünas alimlərini oraya cəlb etməyə nail olmuşdur. Heydər  Əliyev Nizaminin vətəni Gəncə  şəhərində olarkən AMEA-nın Gəncə Elmi Mərkəzində  də Nizamişünaslıq  şöbəsinin açılması  təşəbbüsündə bulunmuşdur.

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.

Məlum məsələdir ki, Nizami Gəncəvinin fars şairi olması iddiaları uzun illərdir ki, ədəbiyyatımızın mübarizə mövzusudur. Əlbətdə, Nizami türk, fars və ərəb dillərini mükəmməl bildiyi üçün böyük poliqlot kimi bu xalqların ədəbiyyatı, tarixi ilə yaxından tanış idi. İlk olaraq biz, Nizamini araşdırmaqla onun türk olduğunu bir daha sübut etmiş oluruq ki, bu da Nizamini özünküləşdirməyə çalışanlara  ən tutarlı  cavabdır. Digər  tərəfdən tədqiqatın predmeti Nizaminin  əsərlərində farsca yazmasına baxmayaraq türkcə sözlər, idiomlar, atalar  sözləri və Azərbaycan zərbi-məsələlərini sıx-sıx işlətməsidir. Fars dilli şairlərin  ən məşhurlarından  sayılan Firdovsi, Xəyyam, Hafiz, Sədidən fərqli olaraq Nizamidə türklük  və ona bağlılıq vardır.

Nizamiyə qədərki şairlər ancaq Şərqdən yazmış  və ondan kənara çıxmamışlar.  İlk dəfə  məhz Nizami bu tilsimi sındıraraq Qərbə çıxmışdır. Bunun nəticəsi olaraq o, Makedoniyalı İskəndərdən söhbət açmışdır. Elmi araşdırmalar onu göstərir ki, klassik yunan fəlsəfə  və tarixini bilmədən bu haqda danışmaq mümkün deyildi. Nizami demək olar ki, Çin, Rusiya, Gürcüstan, Ərəb ölkələri,  İran, Azərbaycan və Rumdan bəhs edib bu ölkələrin adət-ənənələri və məşğuliyyətlərindən danışırsa, bir daha biz bu mütəfəkkir insanın nə qədər yüksək bilik potensialı  və fövqəladə  zəka sahibi olduğunu görürük. Elə bunun nəticəsidir ki, Nizaminin “Xəmsə”sindəki hər bir poemasından bütün dünya şairlərinin  ən yüksək məqamında dayananların on nəfəri çıxar. Elə bu səbəbdən də Azərbaycanın klassik ədəbiyyatının zirvəsi sayılan Nizami yaradıcılığının öyrənilməsi, təbliği Heydər Əliyev üçün dövlətin mədəniyyət siyasətinin bir hissəsinə çevrilmişdir.

1993-cü ildə ikinci dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyev ölkənin gərgin siyasi vəziyyətinə rağmən mədəni, mənəvi irsin qorunması, tədqiqi və təbliği üçün təxirəsalınmaz işlər gördü. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda  və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

2002-ci ildə Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində Heydər Əliyev dahi şairin yaradıcılığını belə qiymətləndirmişdir: “Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sirləri haqqında yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır. Onun poemalarının xüsusiyyətləri və yaratdığı poetik obrazların dərinliyi Qərbin dahi Höte kimi mütəfəkkirlərini heyran qoymuşdur. Zənnimcə, məhz Nizaminin bütün əsərlərində bəşər övladının misilsiz qüdrətinin tərənnüm edilməsi sayəsində Azərbaycan xalqının dahi oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin ayrılmaz hissəsinə çevrilmək şərəfı qismət olmuşdur.”

Yubiley tədbirlərində, müxtəlif məzmunlu, məqsədli görüşlərdə, ədəbi–ictimai yığıncaqlarda çıxışları, verilən suallara təmkinli cavabları Heydər Əliyevin həyata baxışının fəlsəfiliyi heyranlıq doğurur, Azərbaycan və dünya ədəbiyyatına, eləcə  də  mədəniyyətinə dair fikirləri insanı düşündürürdü. O, ən qüdrətli söz ustaları haqqında fikir söyləyəndə istər-istəməz özünün də nəhəngliyini nümayiş etdirirdi. Elə buna görə də demək olar ki, Heydər  Əliyevin  tariiximiz, ədəbiyyatımız və  mənəviyyatımız haqqında fikirlərini nəzəri cəhətdən öyrənmək və onu hər hansı bədii əsərin təhlilinə tədbiq etmək elmi cəhətdən mühüm əhəmiyyət kəsb edir. 

Leyla HÜSEYNOVA
AMEA A.A.Bakıxanov ad. Tarix institutu

“Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ