Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ üzərində tam nəzarət bərpa edilir, Ermənistanın sərhəddə ələ keçirdiyi ərazilər Azərbaycana qaytarılır...

Image


Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan ermənilərin böyük problemlər məngənəsində boğulması heç kimə sirr deyil. Rusiya media orqanlarının bu yaxınlarda Xankəndidə keçirdiyi rəy sorğusu da burada yaşayan ermənilərin böyük ümidsizlik içərisində olduğu reallığını bir daha ortaya qoydu.

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti Ermənistanın onlara ümid yeri olmadığını ifadə etdi. Sosial-iqtisadi problemlər içərisində boğulan Xankəndi erməniləri Ermənistana da pənah gətirməyin mənasız olduğunu etiraf edirlər, çünki orada da ağır sosial-iqtisadi problemlər hökm sürməkdədir.

Son vaxtlar sosial şəbəkələrin erməni seqmentində dolaşan məlumatlardan bəlli olur ki, Xankəndi erməniləri yeganə çıxış yolunu bu torpaqları birdəfəlik tərk edib xarici ölkələrə sığınmaqda görürlər. Belə fikirlər səslənir ki, İrəvandan təyyarələrə minib müxtəlif ölkələrə miqrasiya edən ermənilərin böyük bir qismi də müharibəyə qədər Qarabağda yaşayanlardır. Müharibədən sonra sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki erməni əhalinin sayının sürətlə azalması da bu həqiqəti təsdiq edir. Təbii ki, Qarabağ ermənilərinin hazırkı səfalətdən çıxış yolu Azərbaycan vətəndaşlığını qəbul edib arzu etdikləri layiqli həyatla təmin olunmaqdan keçir. Bu seçimin alternativi yoxdur. Qarabağ ermənilərini mövcud ağır vəziyyətdən yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək xilas edə bilər. Bütün bunlar o deməkdir ki, Azərbaycan yaxın tezlikdə Qarabağ üzərində nəzarəti tam ələ alacaq. Ermənistan parlamentinin “Şərəf duyuram” blokundan olan deputatı Tiqran Abramyan bu fonda bildirib ki, yaxın vaxtlarda Şuşanın ətraf kəndləri və Laçın şəhəri Azərbaycana veriləcək. O, sərhədlərin delimitasiya və demarkasiya prosesindən danışarkən qeyd edib ki, bu məsələlər toponimlə deyil, xəritələrlə həllini tapır. Deputat əsas problemin Azərbaycan-Ermənistan sərhədi ilə yox, Qarabağla bağlı olduğunu bildirib: “Ermənistan hökuməti yaxın üç ildə aparılacaq danışıqlarda təminat verə bilmir ki, hansı əraziləri güzəştə gedəcək və ya getməyəcək. Bununla bağlı prinsipial mövqeyi də yoxdur. Azərbaycan-Ermənistan sərhədini müəyyən etmək əsas problem deyil. Əsas məsələ Şuşaətrafı kəndlər və Laçın şəhəridir. Belə davam edərsə, yaxın zamanlarda Şuşanın ətrafındakı kəndlər və Laçın şəhəri Azərbaycana veriləcək”. Deputat daha sonra əlavə edib ki, Ermənistan hakimiyyəti artıq Qarabağla bağlı heç bir iş görmür: “Ermənistan hökuməti bizə deyir ki, Qarabağla bağlı sualları onlara ünvanlamayaq. Açıq şəkildə deyirlər ki, Qarabağla bağlı məsələləri onlardan soruşmayaq. Onlar artıq bu problemlə bağlı heç bir iş görmək istəmirlər və sakitcə əllərini hər şeydən çəkiblər. Humanitar yardım məsələsindən başqa heç bir mövzuda məsuliyyəti üzərlərinə götürmürlər”.

Amma Ermənistanda indi diqqət ona yönəldilir ki, Qarabağla yanaşı, Azərbaycan sərhəd zonasında da sovet xəritələrinə əsasən özünün hesab etdiyi əraziləri geri qaytaracaq və əslində, bu prosesə srart verilib. Bu ölkə parlamentində müxalif “Ermənistan” fraksiyasından millət vəkili Vage Akopyan qeyd edilən məsələ ilə bağlı maraqlı açıqlama verib: “Artıq Şikaox (Şıxovuz) kəndi yaxınlığındakı yüksəklik də tezliklə Azərbaycana təhvil veriləcək”. O bildirib ki, kənd yaxınlığındakı yüksəkliyin yaxın vaxtlarda Azərbaycana təhvil veriləcəyi barədə səhih məlumatlara malikdir. Erməni politoloq Armen Baqdasaryan isə xatırladır ki, Azərbaycan rəhbəri qalib mövqeyindən çıxış edir və istədiyini alır. Baqdasaryan Azərbaycan prezidentinin regional məsələləri MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından və ümumiyyətlə, İlham Əliyevin müxtəlif platformalardan maksimum istifadə etməsindən narahatlığını da dilə gətirib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında problemi üçtərəfli bəyanat tənzimləyir: “Ancaq məsələ ondadır ki, Paşinyanın təklif etdikləri Azərbaycana lazım deyil. Paşinyan mina xəritələrini verməyi, delimitasiya və demarkasiya prosesini başlatmağı, kommunikasiyaları açmağı və atəşkəs rejiminin qorunması üçün nəzarəti gücləndirməyi təklif edir. Bakının isə ilk növbədə hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir”. Baqdasaryan deyib ki, 44 günlük müharibədən bəri heç nə dəyişməyib, Bakının mövqeyi də ciddi şəkildə müttəfiqləri tərəfindən dəstəklənir: “Xüsusilə yada salın ki, müharibə vaxtı heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanı ittiham etmədi. Bakı bilir ki, ərazi bütövlüyü məsələsində beynəlxalq aləm onu dəstəkləyir və bundan “status” məsələsində istifadə edir”. Bu vəziyyətdə “Azatutyun” radiosu isə yenidən Zəngəzur vilayətindən Ağdağın Azərbaycanın nəzarətinə keçməsinə dair məsələni gündəmə gətirib: “Ağdağın Azərbaycanın nəzarətinə keçməsinə dair rəsmən təsdiqlənmiş məlumatların yoxluğuna baxmayaraq, “Azatutyun” radiosunun kameraları həmin yüksəklikdə Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı, Rusiya bayrağının da olduğunu qeydə alıb.

Həmin yüksəkliyə ən yaxın məntəqə olan Aqarakdan çəkilmiş videoda orada hərbçilərin olub-olmaması, bayraqlar arasında nə qədər məsafənin olması bilinmir. Ermənilərin Pela adlandırdığı Ağdağ yüksəkliyinin 2 kilometrliyində yerləşən kəndin sakinləri “Azatutyun”a deyiblər ki, yüksəklikdə Azərbaycan mövqeləri hələ dekabr ayından görünüb. Sakinlər bundan sonra hər hansı mövqe dəyişikliyinin olub-olmadığını bilmədiklərini deyiblər. Amma sakinlər bunu da bildiriblər ki, bu aylar ərzində burada hər hansı insidentin şahidi olmayıblar. Sakinlərdən biri deyib: “Atəş səsləri olur. Atırlar, amma bizə yox. Hardan biləsən niyə atırlar”.

Başqa bir kənd sakini isə bildirib: “Narahatlıq həmişə var. Gəlib “burnumuzun ucunda” dayanıblar. Təhlükəsizlik təminatı olsa, yaxşı olardı. Mən deyə bilmərəm ki, atəş səsləri eşitmişəm...Heç bir dəyişiklik olmayıb. Hər şey 25 dekabrdan bəri olduğu

kimidir. Biz üç ay postda idik. Sonra bizi əvəz etdilər. Heç bir səs-səmir eşitməmişəm”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ