Bazar günü günü, 15 noyabr 2026
     

1-ci müharibədə ermənilərin oğurladığı rəsm əsərlərimiz - separatçı nazir mübadilə təklifi ilə bilmədən Ermənistanı ifşa etdi..

Image


Məhv olmuş “Arsax”ın sözdə “elm, təhsil və mədəniyyət naziri” Lusine Karaxanyan öz separatçılığından əl çəkmək bilmir, Azərbaycana qarşı əsassız iddialar irəli sürməkdə davam edir.

Həddini aşaraq Azərbaycanın öz tarixi irsinə, mədəni dəyərlərinə “qiymət vermədiyini” iddia edən Karaxanyan deyib ki, Azərbaycan nə “onların mədəni irsini” qaytarır, nə də hazırda ermənilərin əlində olan Azərbaycan rəssamlarının əsərlərini geri qaytarmaq istəyir. Qondarma “nazir” deyib ki, Azərbaycana mədəni dəyərlərin mübadiləsi təklif edilib, amma Azərbaycan razılaşmayıb. Karaxanyan deyib ki, Birinci Qarabağ müharibəsindən sonra erməni tərəfində azərbaycanlı rəssamların çoxlu rəsm əsərləri qalıb və onlar o əsərləri saxlayırlar. Karaxanyan deyir ki, erməni tərəfində qalan azərbaycanlı rəssamların rəsmlərinin “işğal olunmuş ərazilərdə qalan erməni mədəni dəyərləri“ ilə mübadiləsinə Azərbaycan razılıq verməyib.

Həyasızlığın dərəcəsinə baxın ki, separatçılar belə iddialar irəli sürür, bizim Qarabağdakı rəsm qalereyalarımızdakı əsərləri öz sərvətimizlə mübadilə etmək istəyirlər. “Arsax” adlı separatçı qurumun artıq çoxdan tarixin zibilliyində canı çıxıb. Karaxanyan kimdir ki, durub ərazisində yaşadıqları Azərbaycan dövlətinə belə təklif etsin? Qarabağda olan bütün irs Azərbaycan dövlətinindir, Azərbaycan xalqınındır. Məsələ burasındadır ki, qondarma “nazir” Azərbaycanın böyük maddi-mədəni irsinin ermənilərin əlində, Ermənistanda olduğunu açıqlayıb, bununla da Ermənistanın cinayətlərini ifşa edib.

  • “Erməni “nazir” öz cəfəngiyyatları ilə əslində Ermənistanın və ermənilərin oğurluğunu ifşa və bizim maddi irs nümunələrimizi mənimsədiklərini etiraf edib”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, vaxtaşırı olaraq özünü məhv olmuş separatçı tör-töküntülərinin “elm, təhsil və mədəniyyət naziri” adlandıran bu şəxsin cəfəng bəyanatlarını erməni KİV-indən oxuyur. “Özünü qanunsuz olaraq “nazir” adlandıran bu şəxs anlamır ki, beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinə təcavüz edən Ermənistan onun 20 faiz ərazisini 28 il işğal altında saxlayıb. “Arsax” adlı qurum yoxdur, burada Azərbaycanın “Dağlıq Qarabağ” və ətraf ərazilərindən söhbət gedir. Ümumiyyətlə, separatçıların dediyi rəsm əsərləri, şəkillər məsələsinə gəlincə, Birinci Qarabağ müharibəsi dövründə bizim dörd şəkil qalereyamız, 23 tarix-diyarşünaslıq muzeyimiz ermənilər tərəfindən qəsb olunaraq talan edilmişdi. Bizim o dörd qalereyada saxladığımız 376 ədəd rəsm əsəri ermənilər tərəfindən mənimsənilmişdi. Eyni zamanda daşınan tarix-mədəniyyət abidələri, muzey eksponatları hardasa yüz min, yüz yeddi min civarında idi. Hardasa 50 min sayda da vətəndaşların mülküyyətində olan, evlərində saxladıqları ata-baba yadigarı olan xalçalar, fərməşlər, ov əşyaları və sairlər ermənilər tərəfindən mənimsənilib, qarət edilib”.

Ermənilərin bizimlə nəyi, hansı haqla, hansı əsasla mübadilə etmək istəyinə gəlincə, F.İsmayılov bildirdi ki, uzun illər Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında saxlanılıb və bizim bu ərazilərdəki mədəni irsimiz ermənilər tərəfindən vandalizmə, mənimsəməyə məruz qalıb: “Ermənilər saxladıqları, mənimsədikləri həm muzey eksponatlarını, həm rəsm əsərlərini, həm də digər irs nümunələrimizi qeyd-şərtsiz olaraq bizə qaytarmalıdırlar. Onlar qaytarmalıdırlar, özümüzə təhvil verməlidirlər, burada heç bir mübadilədən söhbət gedə bilməz. Əlimizdə təkzibolunmaz faktlar var ki, işğal dövründə ərazilərimizdən aparılan muzey eksponatları Ermənistanda saxlanılmaqla yanaşı, həm də bir çox dövlətlərdə satılıb. Konkret olaraq İngiltərədə gümüş işləmələrlə hazırlanan bir qadın əl çantası satışa çıxarılıb. Laçın rayon tarix-diyarşünaslıq muzeyindən aparılan bu eksponat 16 min avroya satılıb. Erməni “nazir” öz cəfəngiyyatları ilə əslində Ermənistanın və ermənilərin oğurluğunu ifşa və bizim maddi irs nümunələrimizi mənimsədiklərini etiraf edib.

Yəni ermənilərin bizə təklif etdiyi “mübadilə mexanizmi”ni qətiyyən anlamıram. Ermənilərin bizdə nəyi var ki? Onların nə Qarabağda, nə də ətraf ərazilərdə bir dənə də olsun daşınmaz maddi-mədəniyyət abidələri, hətta kilsələri belə yoxdur. İkincisi də, orada onlara aid heç bir mədəni irs qalıqları yoxdur. Biz ərazilərimizi İkinci Qarabağ müharibəsində işğaldan azad etdikdə həmin ərazilər artıq boşalmışdı, ermənilər onları söküb aparmışdı. Ermənilərin özlərinin çəkdikləri videolarda da görünürdü ki, Şahbulaqdakı eksponatları necə qablaşdırıb aparırlar. Dədəvəng-Xudavəng monastrının əşyalarını daşıyıb apardıqları da faktdır. Bütün bunlar hamısı baş verib, gerçəklikdir. Ermənilərin danışdıqları öz etdikləri cinayətlərdən boyun qaçırmağa xidmət edir, onların iddiaları tamamilə yersiz və əsassızdır. Onlar qeyd-şərtsiz, heç bir danışıqsız, tələbsiz qarət etdikləri, oğurladıqları bütün irs nümunələrimizi Azərbaycana qaytarmalıdırlar” - deyə F.İsmayılov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ