Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Qarabağ erməniləri ilə İranın bütün əlaqələrini kəsdi

Image


Son günlərin ən çox diqqət çəkən hadisəsi, heç şübhəsiz, İran yük maşınlarının Ermənistandan Qarabağa getməsinə qadağa qoyulmasıdır. Xatırladaq ki, Azərbaycan uzun müddət İran maşınlarının Qarabağa yük daşımasına etiraz edib. Ötən aydan Bakı İran maşınlarının hərəkət etdiyi Gorus-Qafan yoluna nəzarət etməyə və İrana məxsus yük maşınlarına gömrük rüsumu tətbiq etməyə başlayıb. İran əvvəl buna etiraz etsə də, indi Bakının dedikləri ilə razılaşmalı olub.

Artıq İran rəsmən bildirib ki, Azərbaycan ərazisinə rəsmi sərhəd keçidlərindən başqa yerlərdən daxil olunması Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. İranın Yollar və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat şirkətlərinə göndərdiyi təlimatda İran sürücülərinin və vətəndaşlarının Azərbaycanın Qarabağ və Laçın rayonlarının ərazisinə daxil olmasının qadağan olunduğunu bildirir. İranın “Mehr” xəbər agentliyinin məlumatında deyilir ki, ölkənin Beynəlxalq Nəqliyyat və Tranzit Yollar Təşkilatının direktoru Məhəmməd Cavad Hidayəti bu barədə beynəlxalq yük daşımaları şirkətlərinin həmkarlar təşkilatlarına sərəncam məktubu göndərib. Məktubda İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən bildirilir ki, Azərbaycanın ərazisinə rəsmi sərhəd keçidlərindən başqa yerlərdən daxil olunması Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. Yollar və Nəqliyyat Nazirliyinin sərəncamında İran yük daşımaları şirkətlərinə xatırladılır ki, Azərbaycanın Qarabağ və Laçın rayonlarına Ermənistan ərazisindən giriş qadağan edilir. Nazirlik bunu da əlavə edir ki, Qarabağ regionu ilə hər hansı ticarət razılaşmalarının imzalanmasına və ya bu regiona yük daşımaları üçün yol sənədlərinin verilməsinə də qadağa qoyulub. Londondan yayımlanan “Iran International” telekanalının saytında İran xəbər agentliklərinə istinadən dərc olunmuş məlumatda deyilir ki, nazirlik bu qadağanı Azərbaycan tərəfinin etirazlarına görə qoyub. Xəbərdə xatırladılır ki, İrandan Ermənistana gedən yük maşınlarının böyük əksəriyyəti bir hissəsi Azərbaycanın nəzarətində olan avtomobil yolundan istifadə edir. “Iran International” bildirir ki, Tehran və İrəvan yük maşınlarının maneəsiz hərəkəti üçün alternativ yolun çəkilməsi barədə razılığa gəlib. Amma o da etiraf edilir ki, bu yol həm bahalıdır, həm də onun işləyə bilcəyinə zəmanət yoxdur. Çünki yolun keçdiyi ərazi böyük yük maşınları üçün ciddi əngəl yaradır.

Xatırladaq ki, Azərbaycan torpaqları işğal altında olarkən də hazır sistem üzrə işləyən İran hakimiyyəti burada qanunsuz əməllər törədib. Bu, 44 günlük müharibədən sonra tam çılpaqlığı ilə ortaya çıxdı. Məlum oldu ki, İran Azərbaycan torpaqlarında narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və onun ixracı ilə məşğul olub. Eyni zamanda o da sirr deyil ki, Azərbaycan şəhər, rayon və kəndləri işğal olunandan sonra talan edilib. 44 günlük müharibədən sonra məlum oldu ki, bu bölgələrdə daş daş üstə qalmayıb. Məscidlər, dini ibadətgahlar təhqir olunub, sökülüb, xaraba hala salınıb. İnsanların illər uzunu diş-dırnağı ilə çətinliklə, min bir zəhmətlə tikdiyi evlər dağıdılıb, yerlə bir edilib. Azərbaycanın Qarabağ və ətraf rayonları işğal altında olan zaman oralarda qanunsuz fəaliyyət göstərən xarici dövlətlərin şirkətlərinin adları məlum idi. Ancaq torpaqlar azad edildikdən sonra bu, açıq-aşkar və çoxsaylı dəlillərlə təsdiqləndi. İşğaldan sonra o da bir daha təsdiqlənib ki, bu cinayəti Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçıları tək törətməyib. Onlar bunu İrana məxsus şirkətlərlə birlikdə ediblər. Azərbaycan işğala son qoyandan sonra həm burada fəaliyyət göstərən iri şirkətlərin ayağını kəsdi, həm də İrana məxsus 100-ə qədər şirkətin fəaliyyətini dayandırdı.

Burada bir məsələni də qeyd edək ki, İslam Respublikası Konstitusiyasının 152-ci maddəsinə əsasən, bütün müsəlmanların hüquqlarının müdafiəsi ölkənin xarici siyasətinin əsas prinsiplərindəndir. Əsas Qanunun 154-cü maddəsi isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsini nəzərdə tutur. Ancaq bu maddələr Azərbaycan torpaqları işğala məruz qalanda da, işğaldan azad ediləndə də işləmədi. Belə çıxır, İran müsəlmanların darda qalması və onların bu vəziyyətindən sui-istifadə edib siyasi oyunbazlıq üçün bu maddəni konstitusiyaya daxil edib. Amma Azərbaycanın işğala son qoyması vəziyyəti dəyişib. İran həm də qarşısında daha güclü Azərbaycan görür. Elə bu səbəbdəndir ki, İran artıq Azərbaycanın dedikləri ilə razılaşır. Bu vəziyyət artıq Ermənistanda narazılıqla qarşılanır. Burada belə hesab edilir ki, Azərbaycan Ermənistana təzyiq üçün yeni imkanlar əldə edib. Erməni iranşünas Emma Beqicanyan bildirir ki, son günlərə qədər İran Zəngəzur dəhlizinin həyata keçirilməməsi üçün hər şey edirdi, amma indi vəziyyət dəyişir: “İran göstərirdi ki, bunun olmaması üçün hər şeyə hazırdır. Lakin yük maşınları məsələsi İranın dəhlizlə bağlı mövqeyinin dəyişəcəyini göstərir. Azərbaycan istəyinə nail olacaq. Bütün hallarda, biz türklərə qarşı özümüzü çox zəif və səbrli aparırıq”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ