Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib

img

Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

Rusiya hökumətinin saytında yerləşdirilən məlumata deyilir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun iclasını keçiriblər.

Oktyabrın 20 -də Moskvada tərəflər Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsini keçiriblər. İclas zamanı Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini və Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 yanvar 2021 -ci il tarixli Bəyanatının çərçivəsində həyata keçirilən işlərin gedişatı müzakirə edilib.

Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.

Son xəbərlər