Bazar günü günü, 15 noyabr 2026
     

İranın Azərbaycandan böyük asılılığı üzə çıxdı

Image


Regionda cərəyan edən son proseslər İranın Ermənistanla müqayisədə Azərbaycana daha çox ehtiyac duyduğunu getdikcə daha açıq şəkildə nümayiş etdirir. Xüsusən də iqtisadi, nəqliyyat-logistika baxımından Azərbaycan İran üçün əsl nəfəslik rolunu oynayır. Bunu Astarada Azərbaycan-İran sərhəd-keçid məntəqəsində baş verən proseslər də təsdiq edir.

İran-Rusiya Birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin son açıqlamaları bu müstəvidə olduqca diqqət cəlb edir. O bildirib ki, İran yük maşınlarının Astara sərhəd-keçid məntəqəsinin o tayında böyük sıxlığı yaranıb: “İranın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı 80 faizdən çoxdur və bu yüklərin də əksəri Azərbaycan ərazisindən keçir. Hazırda isə sərhəd-keçid məntəqəsindən maşınların buraxılmasında ləngimələr var”. O iddia edib ki, bunu, guya Azərbaycan tərəfi İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən edir: “Azərbaycan tərəfi heç nə demir və sərhədləri də bağlamayıb. Sadəcə, hər gün bəhanələr tapırlar: gah işıq sönür, gah rentgen aparatı xarab olur, gah da axtarış itləri (narkotik axtaran xüsusi itlər) yoxa çıxır”. Cəlalifər bildirib ki, bu ləngimələrə görə Astara gömrük-keçid məntəqəsində yük maşınlarının keçid sürəti azalıb və hazırda İran tərəfdə 10 kilometrə qədər böyük növbə yaranıb.

Qeyd edək ki, Astara gömrük-keçid məntəqəsində hər hansı problemlə bağlı rəsmi heç bir məlumat yoxdur. Sadəcə, Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarəti bərpa etməsindən sonra İranın sərhədsiz ərazilərdən narkotranzit kimi istifadə imkanları məhdudlaşıb və hazırda narkotikləri yük maşınlarının gizli yerlərində keçirməyə cəhd edirlər. Bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra İrandan gələn maşınlarda tapılan narkotiklərin həcmi 2 dəfə artıb. Türkiyədən olan hərbi ekspert Həsən Məsud Öndərin də sözlərinə görə, embarqo səbəbindən ciddi bir iqtisadi çətinlik yaşayan İran narkotik ticarəti ilə iqtisadi cəhətdən nəfəs almağa çalışır: “İran kəşfiyyatı isə bu missiyanı mafiya təşkilatlarına yol göstərməklə həyata keçirir. Bu mafiya qruplarını idarə edən elementlər arasında “Bəsic” yaraqlıları da var. İran narkotik ticarəti sahəsində Ermənistan kimi ölkələrlə də işləyir. Əslində o bu ticarəti Ermənistansız da apara bilər. Ermənistanı bu ticarətdə tərəfdaş etməsində əsas məqsəd İrəvanda özünə qruplar cəlb etməkdir. Ermənistanda narkotik ticarəti ilə məşğul olan qruplar İranın bu ölkədəki “5-ci kolon”una çevrilir. Yəni İran maraq ortaqlıqları quraraq Ermənistan dövlətinə təsir edir”. Türkiyəli ekspertin fikrincə, İranın İkinci Qarabağ savaşında Ermənistana gizli dəstək verməsinin səbəbləri sırasında narkotik ticarəti də dayanır: “Bu sahədəki “dövriyyə” milyard dollarla ifadə olunur. İranın son vaxtlar Azərbaycana qarşı qəzəblənməsinin səbəblərindən biri də Ermənistanla qurduğu narkotik dövriyyəsinin məhv olmasıdır”. Lakin xarici siyasət və enerji geosiyasəti üzrə ekspert Umud Şükri bildirir ki, İranın Azərbaycana qarşı addımları daha çox Tehranın öz əleyhinə işləyir:“İkinci Qarabağ müharibəsinin nəticələri Qafqazda həm yeni koalisiyalar, həm də yeni bir güc tənliyi ortaya çıxardı. Bir sıra ölkələrin gücü artdı, bir sıra ölkələrin də bölgədəki gücünün azalmasına şahid olduq, Ermənistan və İran kimi. Bugünün gərginlikləri də son vaxtlar yük maşınları olayı ilə deyil, bölgədəki yeni geosiyasətin ortaya çıxması ilə başladı”. O xatırladır ki, İslam Respublikası rəsmiləri Azərbaycan-İsrail münasibətlərinin İran üçün milli təhlükəsizlik məsələsi olduğunu önə çəkirlər. Umud Şükrinin dediyinə görə, İran Azərbaycana, İsraillə münasibətlərinin necə olmasından asılı olmayaraq, bir milli təhlükəsizlik məsələsi kimi baxır: “Azərbaycanın İkinci Qarabağ savaşından sonra daha güclü hala gəlməsi istər-istəməz İran Azərbaycanına da təsir edir. Savaş zamanında da İran Azərbaycanında təşkil olunan aksiyalarda onlarla insan nəzarət altına alındı. İranda milli kimlik fars kimliyi üzərində qurulub. Buna görə, indiki vəziyyət fars milliyyətçiliyi və milli güvənlik baxımından İranın işinə yaramır. Bu kontekstdən, Azərbaycanın İsraillə əlaqəsi olmasa da, İran hər zaman Azərbaycana bir milli güvənlik təhlükəsi kimi baxar”.

Ekspert əlavə edir ki, İsrailin Azərbaycanla münasibətlərinin dərinləşməsi də İran üçün milli təhlükəsizlik məsələsinə çevrilə bilər: “Bu da ilk başda İran hakimiyyətinin ideologiyasından qaynaqlanan bir problemdir. İranın İsraillə davam edən 42 illik düşmənliyini nəzərə alanda, bu, İran üçün heç yaxşı bir durum deyil”. İran rəsmiləri açıqlamalarında bölgədə hər hansı bir sərhəd dəyişikliyinə qarşı olduqlarını vurğulayırlar. Umud Şükrinin sözlərinə görə, sərhədlərin dəyişdirilməsi kimi bir mövzu ola bilməz: “Çünki nə Azərbaycanın gərginliyi davam etməyə niyyəti var, nə də Ermənistanın. Ermənistan rəsmiləri, özəlliklə də baş nazir Nikol Paşinyan keçən həftə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını istədiklərini neçə dəfə qeyd edib”. Ekspert İranın Türkiyənin bölgədəki nüfuzunun artmasından narahat olduğuna diqqət çəkərək deyir:  “İkinci Qarabağ savaşından sonra Türkiyənin nüfuzu artdı. Qafqaz və Orta Asiyada iqtisadi və təhlükəsizlik baxımından daha çox etibar qazandı. Türkiyənin etibar qazanması, istər-istəməz, rəqibi olan İranın bölgədəki etibarının azalmasına səbəb oldu. İran Türkiyənin Azərbaycanla əlaqələrinin çoxalmasından, Türkiyənin Qafqazdakı varlığı və Türkiyə şirkətlərinin Qarabağın yenidən inşasında daha çox rol almasından rahatsızdır”. Umud Şükri, həmçinin, İran mediası və rəsmilərinin açıqlamalarındakı millətçi mesajları da dəyərləndirir. Onun sözlərinə görə, Azərbaycanla olan gərginlik İranda millətçiliyi dirçəldir: “Buna da həm hakimiyyət, həm də media daxildi və xaric də dəstək verir ki, İranın əsas problemləri bir müddət unudulsun. Məncə, İran dövləti bilərək bunun üzərinə gedir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ