Etnik-milli ayrıseçkiliyin, etnik nifrətin müasir ünvanlarından olan Ermənistan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia ilə çıxış edib. 14-15 oktyabrda keçirilmiş dinləmələrdə Ermənistan Azərbaycan hakimiyyətini “ermənilərə qarşı etnik ayrıseçkilik siyasəti” həyata keçirməkdə ittiham edir.
Azərbaycanı “etnik nifrət yaymaqda” suçlayan Ermənistan rəhbərliyi heç olmasa bircə dəfə gücgüyə baxıb öz əməllərinə tamaşa edirmi?
Etnik nifrət yaradan Ermənistanın özüdür ki, bağçadan tutmuş ali məktəbə qədər bütün təlim-tərbiyə, tədris vasaitələri Azərbaycana, türkə nifrət ruhundadır. Bu ölkədə njdeizm adlı fənn belə keçilir ki, bu da başqa xalqlara nifrət ruhunu təbliğ edir. Hətta bir neçə il əvvəl bəzi beynəlxalq təşkilatlar buna görə Ermənistanı ittiham da etmişdi ki dərsliklərinizdə türklərə nifrət, dini, milli, irqi ayrıseçkilik var. Bu azmış kimi, Ermənistanın konstitusiyasında və hərbi doktrinasında belə başqa dövlətlərə qarşı ərazi iddiaları irəli sürülür.
Bir sözlə, revanşist, daşnak və terrorçu Ermənistan öz eyibini başqasına yaxmaq istəyir, amma nə qədər çalışsa da heç nəyə nail ola bilməyəcək, qazdığı quyuya özü düşəcək.
“Ermənistan BMT-nin ədalətindən kömək umacaqdısa, bəs onda nə üçün BMT-nin qəbul etdiyi qərarları, qətnamələri heçə sayırdı?”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi, ermənişünas Aynur Əzimzadə bizimlə söhbətində bildirdi ki, 30 ildə BMT-nin Qarabağla bağlı çıxardığı qətnamələrin tələblərinə əməl etməyən, o qətnamələri saymayan Ermənistanın indi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əsassız iddia qaldırması yolverilməzdir. A.Əzimzadə hesab edir ki, Ermənistanın buna nə siyasi, nə hüquqi, nə də mənəvu baxımdan haqqı var. A.Əzimzadə vurğuladı ki, BMT-ni saymayan bir ölkə indi öz çirkin məqsədlərini həyata keçirmək üçün BMT-nin ətəyindən yapışır. “ Əvvəlcə onu demək istəyirəm ki, Ermənistan BMT-nin ədalətindən kömək umacaqdısa, bəs onda nə üçün BMT-nin qəbul etdiyi qərarları, qətnamələri heçə sayırdı? Nə üçün o zaman BMT-nin qəbul etdiyi qətnamələrə əməl edib Azərbaycan torpaqlarından, Qarabağdan çıxmırdı? Ermənistan haqsız olduğu halda bu gün BMT-nin məhkəməsinə qaçıb əsassız olaraq Azərbaycanı ittiham edir. BMT-nin ədalətinə bu qədər güvənirdisə bəs niyə 30 ildə onun qəbul etdiyi sənədlərin, qətnamələrin birinə də olsun əhəmiyyət vermədi? Ermənistan üçün BMT-nin qəbul etdiyi qərarlar belə önəmlidirsə zamanında bu qərarların əhəmiyyətini dərk edib Qarabağ ərazisini tərk etməli idi. Yəni Ermənistan vaxtilə BMT-nin qəbul etdiyi qətnamələrə əməl etmədiyi halda indi öz məkrli niyyətlərinin yerinə yetməsi üçün ondan nicat gözləyir. Ermənistanın haqsız olduğu halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə üz tutub Azərbaycana qarşı gülünc ittihamlar irəli sürməsi onun öz zərərinə işləyəcək. Etnik nifrət yaradan, bunu rəsmən təbliğ və tədris edən edən, öyrədən, yayan Ermənistan özüdür. Buna minlərlə nümunə göstərmək olar”.
A.Əzimzadənin sözlərinə görə, Ermənistan bu əməli ilə özünün bugününü və dünənini, etnik zəmində törətdiyi soyqırım cinayətlərini, deportasiyaları, od-ocağını söndürdüyü minlərlə, onminlərlə insanın başına gətirdiklərini unudur və özünü “süddən çıxmış ağ qaşıq” kimi qələmə verməyə cəhdlər edir. “Etnik nifrət məsələsində Ermənistanın, ermənilərin dünyada bənzəri yoxdur. Ermənistanın tərkibində yaşayan etnik azlıqlara, təbii, onların sayı cüzidir, bu ölkənin hakimiyyətinin və xalqının bəslədiyi nifrət hissi hər kəsə məlumdur. Ermənistanın həm keçmiş, həm də indiki siyasi hakimiyyəti başqa xalqlara qarşı dözümsüzlük və nifrət nümayiş etdirib. Ermənistan başqa xalqalara, etnik milli qruplara qarşı bəslədiyi total nifrəti, ayrıseçkiliyi nə tez unudur, unutmasın. Ermənistanda yaşayan çox az sayda yəhudiyə və yezidilərə qarşı münasibətdə bu nifrət aydın şəkildə görsənir. Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı İsrailinin Azərbaycanı dəstəklədiyinə görə Holokost qurbanlarının abidəsinə zərər yetirən hərəkətlərə yol verilmişdi. Hətta bu haqda xəbər İsrail mediasında da öz əksini tapmışdı. Bunu ki biz demirdik? İsrail mediası ozu deyirdi. İrəvan yaxınlığındakı kiçik bir ərazidə yerləşən yəhudi qəbiristanlığı həmin ərazidə obyekt tikilməsi bəhanəsilə sökülmək təhlükəsində qalmışdı. Bu kimi amillər Ermənistanda etnik azliqlara nə səviyyədə münasibət göstərildiyini ortaya qoyur.
Etnik nifrət məsələsində onu da qeyd etmək olar ki, yezidilər din baxımından erməni xalqı ilə eynilik təşkil etmir, lakin ölkənin bir çox bölgələrində yezidi uşaqlarının əksəriyyətini təşkil etdiyi məktəblərdə “erməni kilsəsi tarixi” dərsi keçilir. Bunun da bir cox məqsədi var. Əsas məqsəd yezidi usaqlarda oz dininə nifrət yaramaq, gələcək yezidi nəslini ölkədə tamamilə assimiliasiya etməkdir. Yezidi usaqlar məktəblərdən məcburi səkildə Qriqorian dininə yönəldilir. Bu tamamilə başqa xalqalara qarşı nifrət hissini qanuni şəkildə ifadə etmək, göstərməkdən başqa bir şey deyil. Tərkibində yasayan heç bir xalqın mədəniyyətinə, adət-ənənəsinə hörmət bəsləməyən bir ölkədən söhbət gedir, Ermənistandan”-deyə A.Əzimzadə qeyd etdi.
O, həmçinin vurğuladı ki, 1988-ci ildə Ermənistan tərəfindən soydaşlarımız öz ata-baba yurdlarından, tarixi vətənlərindən qovularaq deportasiya ediliblər. Bu gün Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü olmadığını deyən ekspertin sözlərinə görə, amma Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisində çoxlu sayda etnik erməni yaşayır.
İradə SARIYEVA