Bazar günü günü, 15 noyabr 2026
     

Qafqazda neçə kvadratmetr hay torpağı var? - Əkbər QOŞALI yazır...

Image


Azərbaycanın dövlət başçısı Füzuli şəhərinin Ermənistan işğalından azad edilməsinin birinci ildönümündə şəhərin təməl daşını qoydu! Çünki şəhərin adı, xatirəsi, yeri vardı, özü yoxdur... Çünki “buradan elə bil vəhşi qəbilə keçib” getmiş kimidir və şəhər sıfırdan qurulmalıdır.

Bu gün o gündür! Keçən ilin bu günü azadlıq günüydüsə, 2021-ci ilin 17 oktyabrı təməlqoyma günüdür. Biz daha yaxşı şəhər quracayıq. Füzuli Ermənistanın paytaxtının belə həsəd aparacağı bir şəhər olacaq. Füzuli ulu şairin adına, müstəqil Azərbaycanın, Müzəffər Ordumuzun və onun Ali Baş Komandanının adına, zövqünə, dövlət-xalq birliyinin təntənəsinə uyğun çağdaş şəhər olacaq! Bununla belə, Füzuli unutmayacaq, Füzuli unutdurmayacaq! Füzuliyə dəymiş ziyan, ümumən işğal illərinin maddi ziyanı “uğursuz və baş tutmamış dövlət” (Ermənistan) tərəfindən ödəniləcək. Ödəyə biləcəkmi? – Bu başqa məsələdir və zəhmət çəkib, natural formada ödəyəcəklər! O ödəniş də bizim ürəyimizi tam soyutmayacaq – çünki işğal illərində Azərbaycana vurulmuş maddi ziyan qarşılığında ödəməli olacaqları vəsaitin yerinə, məsələn Zəngəzuru bizə qaytarmalı olacaqlarsa, zatən Zəngəzur da bizim tarixi torpağımızdır. 100 il öncə haqsızca “Ermənistan”laşdırılıb, “erməniləşdirilib”...

Ermənistan Xocalı Soyqırımını rəsmən tanımalıdır

Bəyəm, Ermənistan adlanan ölkənin ərazisində, ümumən Qafqazlarda bircə kvadrat metr belə hay torpağımı var? Əsla! Ona görə də, Ermənistanda ağlı iddiasından, məntiqi həvəsindən üstün kimsələr varsa, Azərbaycanla ciddi, dərin, geridönməz barışıq yolu tutmalı, bağışlanmaq diləməli, rəsmən üzr istəməli, Xocalı soyqırımını tanımalı və bu qəbildən digər məsuliyyətli addımalr atmalıdır!

Məhz Füzulinin azad olunması...

Bəli, şanlı Ordumuz düz bir il öncə Füzuli şəhərini (və bir neçə kəndi) işğalçılardan azad etdi, oralarda müqəddəs Azərbaycan bayrağını  qaldırdı. Beləliklə, 27 ildən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini bərpa etdi.

Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə bugünkü görüşündə önəmli ismarıclar verdi: “Bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi”.

Baxmayaraq ki, bir xeyli kənd, qəsəbə, o cümlədən Cəbrayıl şəhəri, Ağoğlan (Hadrut), Suqovuşan azad edilmişdi, lakin məhz Füzulinin azad olunması çox böyük önəm daşıyırdı. Ərzisi böyük, strateji mövqeyi önəmli, qazandırdığı psixoloji üstünlük əvəzsizdir! – Bizim Ordu yeni qələbələrə ruhlanarkən işğalçı ordunun çözülməsi daha da sürətlənmiş oldu. Təsadüfi deyil ki, Füzuli əks hücumun 21-ci günündə azad olunduğu kimi, Şuşamız da Füzulidən sonrakı döyüşlərin 21-ci günündə azad olundu. 21-ci yüzilliyin 21-ci ili ərəfəsində bu 21-lər təsadüf deyildi. Hər biri 3 həftə edən bu döyüş günləri 1918-ci, 1991-94-cü illərdəki irimiqyaslı qanlı döyüşlərdən sonra Qarabağ uğrunda ən böyük döyüşümüz idi və sanki “atalar üçdən deyib” kəlamının doğruluğu da sınağa çəkilirdi... Atalar yenə haqlı çıxdı. Atalarımızın ruhunu şad edən, gələcək nəsillərə şan-şərəf vəd edən döyüşlərdə şəhid olan hərbçilərimizin əziz ruhu qarşsında dərin ehtiramla baş əyir, yaralı qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı diləyirik!

Füzulinin azad edilməsi tarixi Zəfərimizin, demək olar, 50 faiz təmin edilməsi oldu. Füzuli çətinliklə azad edildi. İşğalçılar və havadarları Füzulini əldən verməmək üçün nə mümkünsə etdi. – Buraya Gəncəyə atılan qadağanolunmuş raketlər və Nizami yurdunundakı dağıntılar, insan tələfatı da daxildir. Füzuli şəhər çevrəsində işğalçı ordunun uzun illər boyu işləyib hazırladığı 3-5 qat “keçilməz sədd”lər, topdağıtmaz bunkerlər və s. də nəzərə alınsa, Füzuli uğrunda aparılmış döyüşlərin məsuliyyəti və mübarək qələbənin necə fədakarlıqlarla təmin edildiyi daha da anlaşıqlı olar. 

“Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”. – Dövlət başçısı bugün Füzulidə belə dedi.

Bəs bu gün – Füzulinin azadlığının birinci mübarək ildönümündə nələr oldu və nələrin müjdəsi verildi? – “Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”. – Dövlətimizin başçısı əlavə etdi: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”. Prezident onu da bildirdi ki, Füzulidən Şuşaya elektrik xətləri çəkilib; Füzulidə yarımstansiya açılıb və ikinci yarımstansiyanın da təməli bu gün qoyuldu! 

Yazmaq, demək asandı, ancaq işin maddi əsaslarını təmin etmək, qarşıya qoyulmuş işi icra etmək, özü də, irimiqyaslı layihələri minalanmış ərazilərdə icra etmək... fövqəladə hadisələrdir. Ötən il hərbçilərimizin döyüş meydanında etdiyi fəakarlıqları, postmüharibə dövründə inşaatçılarımız edir! Məsələn, 8 ay içində beynəlxalq səviyyəli, beynəlxalq statuslu hava limanı tikmək! Möhtəşəm nəticədir! Eşq olsun!

Prezidentin Füzuliöncəsi ismarıcları

Bəs Füzulinin azadlığının birinci ildönümü tədbirlərindən öncə Prezident hansı mühüm platformalarda hansı ismarıclarla çıxış etmişdi? – O ismarıclarla Füzuli şəhərinin təməlqoyma törənindəki çıxışda ehtiva olunmuş ismarıcları tutuşdurduqda hansı sonuclara vara bilirik? – Açıqca görürük ki, ismarıclar bir-biri ilə üzvi surətdə bağlıdır, bir-birini tamamlayır. 

Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında nə demişdi?

Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında nitqi qalib dövlətin başçısı olaraq onun qətiyyətini, məntiqini nümayiş etdirdi.  Postmüharibə dövründə yaranmış durum və bölgənin gələcəyi ilə bağlı Azərbaycan Prezidentinin dərin fikirləri dövlətimizin mövqeyinin növbəti dəfə prinsipiallıqla və qətiyyətlə ifadəsi, müdafiəsi oldu. Ermənistanın baş naziri Nikol Paşinyansa öz məğlub siması, “mıdı-mıdı, tın-tın” danışması ilə yadda qaldı. Nikolun cavab verməli olduğu suallardan yayınmağa uğursuz cəhdləri, iki liderin öncəki illərdə Münhen, Aşqabad və digər təmaslarını xatırlatdı. Eləcə də, iki liderin zaman-zaman eyni efirlərdə eyni suallara verdiyi cavabların arasındakı kəskin fərqi xatırlamış olduq. Uğursuz və baştutmamış dövlətlə qədim mədəniyyətə, zəngin dövlətçilik ənənələrinə malik dövlətin fərqi, şəxsən ölkə rəhbərlərinin intellektual fərqi, təcrübə fərqi bir daha beynəlxalq aləmdə göründü, bilindi. Neçə ki tam haqq-ədalət yoluna gəlməyib, Ermənistanın heç bir dövlət başçısı danışıqlarda üstün tərəf ola bilməz; onlar haqq yola gəldikdən sonra da üzərlərindəki əbədi ləkə ilə gəzməli olacaq. Xocalıda soyqırım törədib, Qarabağda 30 il içində Azərbaycanın maddi-mədəniyyət abdiələrini məhv edib, qəbirləri belə eşən zehniyyətin sahibləri heç vaxt heç yerdə üstünlüyə iddialı olmamalıdır. Bax, 30 illik işğal erməni xalqına belə bir “mənəvi kapital” bəxş edib.     

Azərbaycanın dövlət başçısı bütün görüşlərdə öz dəmir məntiqi, faktlara istinadı ilə Paşinyanı çətin duruma salıb. Paşinyan Köçəryan, Sərkisyan ikilisini ilə barışıb,üçü birgə gəlsə də, ədalətsizliyi, terroru, işğal siyasətini təmsil etdikləri üçün yeniləcəklər. Paşinyan üçün ən yaxşı yol, Azərbaycanın irəli sürdüyü tələblərə daha açıq mətnlə, daha dəqiq cümlələrlə razılıq ifadə etməsindən keçir. Başqa yolu yox artıq! 

Narko-İran...

Prezidentin MDB Dövlət Başçıları Şurasındakı çıxışında MDB üzvü olmayan, lakin Azərbaycan və Ermənistanla (bir sıra digər MDB üzvləri ilə) sınırqonşusu olan İranın ünvanına haqlı, tutarlı iradlarla çıxış etməsini də bu məqamda vurğulamalıyam. Bu gün təməl daşı qoyulan Füzulinin, ondan öncə Cəbrayılın, qarşı günlərdə təməldaşı qoyulacaq Zəngilanın, ümumən Qarabağın azad olunması İranı Ermənistandan daha artıq rahatsız etmişdir, əfəndim. Bu, İran fars-molla rejimin hər halından bəllidir... Arazın o tayında, öz dədə-baba yurdunda yaşayan milyonlarla soydaşımıza sayğımız, güvənimiz öz yerində amma fars-molla rejimi özünü ağıllı aparmadıqca, açılan sandıqların, tökülən pambıqlarıın altında qalacaq...

MDB Dövlət Başçıları Şurasında daha hansı ismarıclar verilmiş oldu?

-Ermənistanın minalanma xəritələrini tam verməkdən imtinası, verilmiş kiçik qism xəritələrinsə toplamda 25 faiz dəqiq olması;

-30 il içində işğal bölgələrində bütün infrastrukturun, tarixi və dini abidələrin dağıdılması, 67 məsciddən 65-nin viran qoyulması, qalanlarında isə donuz və digər heyvanlar saxlanması – Ermənistan siyasi-hərbi rəhbərliyinin bununla İslam inanclı insanların heysiyyatını bilərəkdən təhqir etməsi;

-İşğal bölgələrində bütün infrastrukturun sıradan çıxarılması – tikilələrin istifadəyə yararlı son kərpicinədək sökülərək Ermənistana və İrana daşınması; 

-İşğal dövründə maddi sərvətlərin talan olunması, meşələrin məhv edilməsi, təbii resursların vəhşicəsinə qarəti, ekoloji fəlakətlər yardılması;

-Azərbaycan-İran, Azərbaycan-Ermənistan dövlət sınırlarına nəzarətin bərpa edilməsi ilə İrandan Ermənistana, Ermənistan üzərindən Avropaya uzanan narkotrafik marşrutunun qarşısının alınması;

-Məlum Üçtərəfli Bəyanat imzalanandan sonra – 2020-ci il noyabrın sonunda 62 nəfərdən ibarət diversiya qrupunun Ermənistanın Şirak bölgəsindən Azərbaycan ərazisinə göndərilməsi və bununla da, işğaldan azad olunmuş ərazilərdə xidmət edən Azərbaycan Ordusunun arxasında təxribat törədərkən hərbçilərimiz tərəfindən tərksilah olunaraq, saxlanılması;

-Azərbaycan Respublikasının sülh prosesinə, sınırların demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara  hazır olması... – Bütün bu və bu qəbildən olan ismarıcların tirajlanması Ermənistanın uzun illər boyu apardığı antiazərbaycan təbliğatına qoyulmuş mayanı batırır. Döyüş meydanında mayaları batan dünya erməniləri ardarda beynəlxalq ictimai fikirdə də pozğuna uğrayır. Dünya erməniliyi geriləməyə məhkum qılınır!  

Ermənistanla sülh necə mümkün olacaq?

Əgər Ermənistan Azərbaycanla sülh razılaşması əldə etmək istəyirsə, gərək ən azı iki şərtə əməl etsin: 

1) Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın; 

2) Qarşılıqlı münasibətlərin normallaşmasına, ədalətli sülhə ciddi, təkzibolunmaz hazırlıq nümayiş etdirsin. 

Əslində, bu, Ermənistan üçün tarixi fürsətdir. Unutmaq olmaz ki, ən çətin günlərdə ədalətsiz razılaşmaları qəbul etməyən Azərbaycan, şanlı Zəfərdən sonra hansısa ədalətsizliyə əsla razı olmaz! “Qalibkən” iqstisadiyyatını diçəldə bilməyən Ermənistan məğlub halı ilə necə dirçələ, necə inkişaf edə bilər? 

Bir sözlə, Ermənistan vandallıq irsinə sadiqlikdən imtina etməli, sülhyaratma mədəniyyətini öyrənməli, mehriban qobşuluq davranışına yiyələnməlidir.

Qoşulmama Hərəkatında tarixi çıxış və “La Repubblica”ya müsahibə

Prezidentin Qoşulmama Hərəkatının oktyabrın 11-də baş tutan Yüksək Səviyyəli Toplantısında (videoformatda) çıxışında da, oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də bütün digər mövzularla yanaşı məhz işğalla azadlığın, vandallıqla quruculuğun, bir sözlə Ermənistanla Azərbaycanın fərqi açıq, aydın, dəqiq şəkildə beynəlxalq auditoriyaya çatdırlmış oldu. İstər QH üzvlərinə, istər nüfuzli italyan nəşrinin oxucularına, onlar vasitəsi ilə beynəlxalq ictimai fikrə Qarabağ, ümumən Azərbaycan həqiqətlərini çatdırıldı. Füzulinin təməlqoyma törənindən öncə baş verən beynəlxalq ictimai fikri düzgün qidalandırma işi çox yerinə düşdü. Bu, Azərbaycan dövlət başçısının nəyi nə vaxt harda və necə etmək lazım olduğunu dəqiq bilməsinin daha bir göstərgəsi, təsdiqi olaraq diqqəti cəlb edir. Düşünürəm ki, hələ də, öz ağıllarınca dünyanın dörd tərəfində antiazərbaycan təbliğatı aparan dünya erməniliyi də, onların bədniyyət “nəfəslik” himəyadarları da, qaşınmayan yerdən qan çıxarmaqçün marıqda duran bütün yaramazlar da seytnot durumuna gətirilir. Prezidentin MDB, QH, daha öncə BMT tribunalarından çıxışları, italyan, daha öncə digər xarici KİV-lərə müsahibələri sanki “artilleriya hazırlığı” kimidir: düşmənin arxa təminat bölükləri devrədışı buraxılır, sonra ordu irəliləyir. İndi inşaatçılar, işıqçılar, yolçəkənlər, körpüsalanlar, tunelqazanlar, təməlatanlar, dəmiryolçular... ordusu irəliləyir. İndi fikir ordusu, mədəniyyət ordusu irəliləyir. Bütün ordularımızın Ali Baş Komandanı O, özüdür! – Cənab İlham Əliyev üfüqümüzü genişləndirir, inamımızı dərinləşdirir, gələcəyimizi daha əmin edir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ