şənbə günü, 14 noyabr 2026
     

Pir Həmzə dağının soyqırım fəryadı

Image


Qərbi Azərbaycandan keçən qədim karvan yollarının bir qanadı əlverişli coğrafi mövqeyə və zəngin təbii ehtiyatlara malik Oxçuçay hövzəsinin “Gığı dərsi” boyunca (Qazangöl dağından Oxtar dərəsinə qədər 30-40 km məsafədə) uzanır, bu hissədə yayılan kəndlərin (Acıbac, Keypəşin, Mahmudlu, Kirs, Gurud, Gığı, Yuxarı və Aşağı Pürülü…) kökənli Türk-Müsəlman əhalisi 1918-ci ilin dekabr - 1919-cu ilin yanvar-fevral aylarında Qafan nahiyəsində yerləşən hay-daşnak quldurları A.Ozanyanın, Q.Njdenin silahlı dəstələri tərəfindən soyqırıma və amansız qətliamlara məruz qalıb. Bu kəndlərin yurd-yuvaları xalqımızın zəngin milli-mənəvi, dini-irfani dəyərlərinin qorunub saxlandığı Qırxlar və Pir Həmzə dağlarının (ocaqlarının) ətəklərinə sığınıb.

XX əsrin əvvəllərində Tiflis şəhərində nəşr edilən “Qafqaz təqvimi” məcmuəsinin 01.01.1916-cı il tarixli məlumatına görə, Zəngəzur qəzasında (müasir Qərbi Zəngəzur bölgəsində) yaşayan əhalinin ümumi sayı 226 min 398 nəfər olub ki, bunun da 119 min 705 nəfəri (52,8%) Türk-Müsəlmanlar, 101 min 55 nəfəri “erməni”lər (44,6%), 5638 nəfər isə (2,6%) digər etniklər idi. Zəngəzur bölgəsinin timsalında tarixi-coğrafi reallıq göstərir ki, hay kilsəsinin inadlı-silahlı müdaxiləsi ilə 1820-ci ildən XX əsrin  əvvəllərindək hay sürüsünün nisbəti təqribən yarıbarı artıb, XXI əsrin II onilliyində isə büsbütün onlardan ibarət olub. Bu demoqrafik nəticənin səbəbi kimi dinsiz hay kilsəsi tərəfindən silahlandırılmış, silah-sursat təminatlı daşnak nizami ordusunun  bu hövzədə yapdığı soyqırım faciələrini göstərmək olar. Bölgənin bütün kəndlərində (eləcə də, Oxçuçay və Gığı çayları boyunca Əfsərli, Əcili, Müsəlləm, Pir Cavidan, Püşən, Zeyvə…) olduğu kimi, cəmi 60-70 evi olan Baharlı kəndinin də 100 nəfərə qədər dinc sakininin həyatına amansızlıqla son qoyulub. Deməli, bu kənddə hər ev, hər ocaq bu qanlı olayın Şahidi və Şəhidi idi. Baharlı kəndinin təbii şəraiti Zəngəzur mahalının ümumi təbiətinin bir parçası kimi Türk-Müsəlman dünyasının həm tarixi keçmişini, həm irfani-sakral mədəniyyətini, həm də maddi-mənəvi irsini özündə yaşadır.

E.ə. II-I minilliklərdə qədim insan yaşayış məskənlərinin (Qapıcıq, Qazangöl və Haçaqaya zirvələri ətəklərində, Gığı dağı (bu dağa həm də Əli-Mərdan dağı da deyilir) boyunca) mövcudluğunu əks etdirən yamaclarda və Gığı (Kiçik Sofulu), Kurut, Gərd, Keypəşin... kəndlərinin yaxınlığında keşən əsrin 50-60-cı illərində aparılmış torpaq-qazıntı işləri zamanı Mis-Tunc dövrünə məxsus qədim əmək alətlərinin hissələri, dağ yamacları boyunca qədim yurd ocaqlarının yerləri, əski məzarlıqlar, kaşı-saxsı qabların, küplərin üzə çıxması sübut edir ki, Qərbi Azərbaycanın qədim insan yaşayışı məskəni kimi Qazan göl ətrafı (“Güney yurd ocağı”) və “Gığı dərəsi” hövzəsi də seçilib.

Hövzənin tarixiliyi səhifəsində e.ə. IV əsrdə Makedoniyalı İskəndərin Xəzərsahili hövzələrə,Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Hindistana uzanan hərbi səfərlərində onun ordusuna məxsus düşərgə məkanlarının olması da xüsusi yer tutur.

Erkən və aralıq orta əsrlər dövrünə məxsus tarixi-maddi abidələrimiz (Pir Cavidan yurdu,  Əstəməz xan qalası), dini-sakral irsimizin müqəddəs məqamı olan Qırxlar və Pir Həmzə dağları, Əsabi-Kəlb (“daşa dönmüş əli çomaqlı coban”), Zeyvə kəndi yaxınlığında Ağ körpü (Araz çayı üzərindəki Xudafərin (əslində Xuda Pirim-Q.Y.) körpüsünün eyni)... əski Türk-Müsəlman təkamülünün-mədəniyyətinin göstəriciləridir.

Bölgə üzrə maddi-sakral, dini-irfani sərvətimiz olan bu zənginliyi təbliğ edənlər sırasında Baharlı kənd sakinlərindən Molla İsmayıl Molla İmamalı oğlunun (1840-1925), Alı Oruc oğlu Alıyevin (1891-1983), Qaraş İsmayıl oğlunun (1903-1998), Nanə Sayad qızının (1906-1974), Əziz Məcid oğlunun (1908-1988), Gığı kənd sakini İsa Ələkbər oğlunun (1877-1972)... adları çəkilməkdədir. Onlar həm də 1918-ci ildə Oxçuçay yatağı sırasında yerləşən kəndlərdə (yuxarıda adları çəkilən) hay kilsəsi və eləcə də ingilis-fransız və rus-kazak hərbi birləşmələrinin köməkliyi ilə muzdur quldurlar A.Ozanyanın, Q.Njdenin törətdiyi soyqırım faciələrini də unutmamışdılar. Çünki həmin ildə Zəngəzur qəzasının Gorus şəhərində qərarlaşan xarici hərbi birləşmənin hərbi sursatlarından və kəşfiyyat məlumatlarından istifadə edərək Türk-Müsəlman əhalisinin amansız qırğınlarını törədən hay-daşnak quldurlarına həm də siyasi idarəetmə tapşırılmışdı, Qafqazda yerləşmiş ingilis-hind ordusunun komandanı, general-leytnant V.M.Tomson (1877-1963) tərəfindən. Təsadüfi deyil ki, bu faciə barədə ingilis hərbi jurnalisti Skotland-Liddel 1919-cu il təəssüratı əsasında yazır ki, A.Ozanyanın Zəngəzur qəzasında idarəçiliyi bütün kəndlərdə yerli Türk-Müsəlman sakinlərini qan gölündə boğub. A.Humboldt adına Berlin Universitetinin tarixçi-professoru Y.Baberovski isə Zəngəzurda 100 Türk-Müsəlman kəndinin məhv edildiyini, əksəriyyəti qadın, uşaq, yaşlı sakinlər olmaqla 10 000 nəfər dinc əhalinin amansızlıqla qətlə yetirildiyini bildirib.

1904-1920-ci illər ərzində birləşmiş hay-daşnak və rus-kazak silahlı, nizami dəstələrinin “Gığı dərəsi”nə basqınında məqsəd dinc əhalinin soyqırımı ilə yanaşı, Türk-Müsəlman dünyasının zəngin maddi-mədəni tarixi irsinin yox edilməsi, boşaldılmış kəndlərdə köçürülən hayların yerləşdirilməsi, Zəngəzur qəzasının ilhaqı üçün əlverişli ictimai-siyasi və hərbi-texniki şəraitin (zəmin) yaradılması idi. Həmin dövrdə tarixi olayların nəticəsi, çox təəssüf ki, Bütöv Azərbaycan dövlətinin və xalqının əleyhinə, mənfur düşmən(lər)in isə lehinə olub.

Gığı çayının sol sahilində, “Qızıl güney” yüksəkliyinin ətəyində yerləşən Baharlı kəndinə hücum “payızdan 15 gün qalmış” - 1918-ci ilin 5 dekabr  günündə, gecə yarı olmuşdu, kənddən cənuba 3-4 km aralı ucalan Pir Həmzə dağı tərəfdən. Həmin gün, ertə vaxtı hay kilsəsinin keşişi camaata təklif edib ki, gəlin danışıq aparaq, razılığa gələk, bir-birmizə qarşı silahlı qarşıdurmadan əl çəkək. Sadə kənd əhli (məmmədyarlılar, mustafalılar, xudulular, allahverənlilər, dirriklilər... nəslindən olanlar-Sayad Eyvazalı oğlu, Ziyad Niyazalı oğlu, Hüseyn Ramazan oğlu, Allahverdi Ramazan oğlu...) mürtəce hay kilsəsinin bu hiyləgər təklifilə razılaşıb və kəndin Gığı çayı qırağıdakı “Qaratikanlıq yeri” deyilən zəmi yerinə yığışıblar, tüfənglərini də qoyublar evdə.

Fələyin və düşmənin qəsdindən hava da quraq və mülayim imiş. Bundan istifadə edən hay quldurları gecə vaxtı Mehri silsiləsi istiqamətdən, G(ü)ecalan kəndi tərəfdən aşıb Gığı çayının sağ sahilinə çıxıb kəndə hücum ediblər. Kəndin cəmi 18 ailəsi canını bu qırğından qurtararaq Ordubad nahiyəsinin Qazançı, Qahab kəndlərinə salamat gedib çata bilib, bu yolda Camal Həsənalı oğlu (1860-1918) yolda öldürülüb, qalanlar amansızlıqla qətlə yetirilib.

Qırğını görən bir neçə ailə Püşən kəndi istiqamətinə (araları 2,5 km-dir) üz tutub, ordan Mövsüm Yaqub oğlu (1854-1934) təkbaşına beşatılan tüfənglə camaatı təqib edən silahlı haylara müqavimət göstərib. Bu kəndə çatmamış yolda Əbiş Molla İsmayıl oğlu (1893-1918), onun anası Gülgəz, Hürü Məmməd qızı (1840-1918) qətlə yetirilib, bu xəbəri eşidən Sayad Eyvazalı oğlunun (1868-1918) və Ziyad Niyazalı oğlunun (1870-1918) ürəyi partlayır. Camaatın (Mahmudlu, Pəyhan, Keypəşin, Acıbac, Püşən...kəndlərinin də əhalisi olmaqla) bir hissəsi Acıbac kəndi üstündəki “Sarı dərə”nin başından, Haça qaya tərəfdən keçib Ordubad nahiyəsinin Qahab kəndinə keçmək istəyəndə qara-çovğuna düşüb, donublar. Baharlı kənd sakini  Əsmər Ağakişi qızı (1895-1978) söyləyirdi ki, Haçaqayanın ətəyində qarın üstünə elə bil “qarğa sürüsü qonmuşdu”-çovğuna düşüb donanlar elə görünürdü.

Həmin qanlı gecənin digər şahidi Nanə Sayad qızı (1906-1974) deyib ki, silahlı daşnak quldurları bacılarım Tamaşa, Gülbahar, Bədri, Şirin, Pəri Gülüstan, Maral, Fatma və qardaşım Mirimi, xalam Sevgili Dünyamalı qızını, Səlim İskəndər oğlunu (o, təkbaşına evində quldurlara qarşı müqavimət göstərib, 18 daşnakı məhv edə bilib) 5 ailə üzvü ilə birlikdə, onun qardaşı Sərməzi də uşaqları qarışıq çöldə güllələdilər. Səlimin 5 qızı Səriyyə quldurların ardınca düşüb gedib Qafan şəhərinə. Ailəsini qətlə yetirən quldur hay onu saxlayıb, sonra özlərindən olanla evləndirib, 1974-cü ildə Səriyyədən Bakı şəhərində xəbər tutulsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb...

Baharlı kəndində amansızlıqla qətlə yetirilən Dünyamalı İsmayıl oğlunu (1878-1918) 4 uşaq anası həyat yoldaşı Xırdaxanım Dərvişalı qızı (1885-1918) tərk etmir, onun yanında qalır (uşaqlarını-İsmixan, Hüseynxan, Heydər və Abbası dayıları Yaqub Dərvişalı oğlu (1888-1936) xilas edə bilsə də, ata-ana həlak olmuşdu.

Hay quldurlarının qanlı hücumları Qarabaş kəndinə də (20 evli) olmuş, orda 15 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib.

1918-ci ildə noyabr-dekabr hay-daşnak quldurlarının hücumu zamanı Zəngəzur mahalında boşaldılmış kəndlərdə (Gərd, Zeyvə (“şeyxlərin və dərvişlərin ibadətgah yeri”), Osmanlı Türkiyəsindən A.Ozanyanla birlikdə gələn 30 min hay sürüsü yerləşdirilmişdi.

“Gığı dərəsi”nin bu iki kəndi 1970-80-ci illərdə yox edilmiş, Baharlı kəndinin ərazisində su anbarı tikilmiş, Qarabaş kəndinin əhalisi isə köçürülmüşdü. Hay kilsəsinin və hay-daşnak quldurlarının törətdiyi soyqırım izlərinin yox edilməsi məqsədi ilə...

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universietinin müəllimi

P.S. Yazının hazırlanmasında Qərbi  Azərbaycanın Qərbi Zəngəzur mahalının Qafan nahiyəsinin Baharlı kənd sakini Heydər İsmixan oğlu Dünyamalıyevin (1939) məlumatlarından istifadə edilib.  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ