Bazar günü günü, 15 noyabr 2026
     

Geosiyasi maraqlarda İranın Azərbaycana qarşı məkrli siyasəti – AMEA Tarix İnstitunun əməkdaşı yazır...

Image


Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda geosiyasi maraqlar kontekstində baş verən dəyişiklikləri qəbul etməyən, bütün mənalarda “Dəmir Yumruq” əməliyyatının yaratdığı siyasi mənzərəni qəbul etməyən, özünü “müsəlmanlara himayəçi” kimi təqdim etməyə çalışan dövlətin narahatlığı açıq-aydın görünür.

Son vaxtlar İran İslam Respublikasının bölgədə çılğın fəaliyyəti, sərt ritorikadan istifadə etməsi, sərhədboyu ərazilərdə hərbi təlimlər barədə əzələ nümayişi kimi fəaliyyətindən sonra bir sıra suallar meydana çıxır. Bütün parametrlərilə Azərbaycanın konstruktiv mövqe tutmasına baxmayaraq, İran İslam Respublikasının bölgədə yeritdiyi neqativ siyasəti mahiyyətcə dəyişmir.

Bir sıra məsələləri aydınlaşdırmaq üçün keçmiş tarixə ekskurs edərək, baş verən proseslərə aydınlıq gətirək. Qeyd etmək lazımdır ki, demokratik qanun-qaydalarla idarə olunmayan İranın ayrı-ayrı rəsmilərinin bəyanatlarından irəli gələn aqressiv davranışını dövlətin rəsmi mövqeyi kimi qəbul etmək olar. XX əsrin sonlarında postsovet məkanında gedən dəyişikliklərə İranın mənafeyi birmənalı olaraq dəyişməyib. Hətta Sovet dövründə İranda Azərbaycan əleyhinə məqalələrin mətbuat səhifələrində yer almasında İran dövlətinin həyata keçirdiyi siyasət pozitiv olmayıb, həmişə mənfi çalarları ilə yadda qalıb. Sovet dövrünə aid bir məsələni, Azərbaycan əleyhinə yazılmış bir kitab haqqında məlumat vermək istəyirəm. Bakıda yaşamış, milliyyətcə erməni olan Q. Xolopovun “Oqni i Buxte” əsəri sırf qərəzli mövqedə yazılıb və kitabın müəyən hissələri mərkəzi mətbuat orqanlarında -“Ədəbiyyat qəzeti”, “Oqonyok” və digər mətbuat orqanlarında ermənipərəst güclərin xidməti sayəsində işıq üzü görüb. Hətta özbaşınalıq o həddə çatmışdı ki, M.C.Bağırov İ.Stalinə Xolopovun anti-Azərbaycan mövqeyindən yazılmış kitabı haqqında şikayət məktubu göndərir.. Məktubda göstərilirdi ki, “Oqni i Buxte” kitabına etiraz olaraq 1948-ci il sentyabrın 30-da Q.M.Malenkova məktubla müraciət etsək də, görünür, yoldaşlar bizi başa düşməyiblər. “Müraciətdə əlavə olaraq vurğlanırdı ki, “yoldaş Stalin, düşünürəm ki, belə bir çətin məqamda sizdən başqa bizi başa düşən olmayacaq”. Bütünlüklə Azərbaycan əleyhinə olan bu kitab SSRİ ərazisi  ilə məhdudlaşmayaraq 1948-ci ildə İranda nəşr olunan erməni mətbuat orqanı olan “Alik” qəzetinin müxtəlif nömrələrində, 18-19 fevral, 25-26 avqust buraxılışında nəşr olunan məqalələrlə Azərbaycanın ərazilərinə qarşı iddialar irəli sürülür və bu barədə heç bir ölçü götürülmürdü. Bu məqamda belə bir sual ortalığa çıxır. Tehranda 5-10 erməniyə belə şərait yaradılmasında hansı məqsədlər güdülürdü? Bəlkə o dövrdə də Zəngəzur məsələsi vardı?..

Xüsusilə qeyd etmək lazımdır ki, Birinci Qarabağ savaşında İran İslam dövlətinin regionda fəaliyyəti təhlil olunaraq belə nəticəyə gəlmək olur ki, İran nə dini, nə dünyəvi, nə qonşuluq prinsiplərini nəzərə almayaraq, müqəddəs dəyərlərə də önəm verməyib. Ermənistan tərəfindən dövlət siyasəti olaraq Azərbaycana məxsus bütün tarixi və dini abidələr dağıdılıb,  məscidlər viran qalıb, hətta məscidlərdə heyvan saxlamaqdan belə çəkinməyiblər. Ermənilər bütün müharibə qanunlarını pozub, beynəlxalq hüququn qəbul etdiyi qərarlara məhəl qoymayıblar. Ermənilərin fəaliyyəti nəticəsində işğal olunan ərazilərdə maddi və mənəvi dəyərlərimiz məhv edilib, ekosistemə ağır zərbə vurulub. Üstəlik, Zəngilanda Məmər məscidində donuzların saxlanılması faktı belə özünü İslam dövləti adlandıran İran tərəfindən nəinki qınanıldı, hətta onlara göstərilən dəstək daha geniş və aşkar hal almağa başladı.  Bu məsələdə İran İslam Respublikası təkcə öz üzərinə düşən dini dəyərlərin qorunması ilə yanaşı, 1954-cü ildə qəbul edilmiş HAAQA konvensiyasını əsas tutaraq etirazını bildirərək təzyiq göstərməliydi.

İran rəsmiləri ermənilərin Cənubi Qafqazın avtoxton əhalisi olması barədə yanlış fikirlər söyləyirlər. Buna cavab olaraq qeyd etmək lazımdır ki, axı ermənilərin nə vaxt, nə qədər haradan köçürülməsi ilə bağlı rəqəmlər, tarixi faktlar mövcuddur. 1828-ci il Türkmənçay müqaviləsi, 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqları ləğv edilərək Erməni vilayəti yaradılması, Türkmənçay müqaviləsinin XV maddəsi və Ədirnə sülh müqaviləsinin XIII maddəsi ilə İran və Türkiyədən ermənilərin Cənubi Qafqaza köçürülməsi sonrakı vaxtlarda regionun geosiyasi vəziyyətində dəyişiklik yaratması... Bu qədər sənədlər və şahidlər olduğu halda ermənilərin gəlmə olmalarını sübut etməyə görəsən hələ nə qədər vaxt lazımdır? Bu fikirlərə əlavə olaraq Sovet dövründə Qərbi Azərbaycandan azərbaycanlıları köçürərək onların yerinə xaricdən köçürülən ermənilərin yerləşdirilməsi faktları bəlkə sizlərə məlum deyil? Axı İslam haqqı deməyi, imana söykənməyi daha öncül məsələ hesab edir. Məhz həmin dövrdə 144.654 qərbi azərbaycanlı deportasiya edilərək, vətənlərindən didərgin salındılar. 1948-ci ildə bu torpaqlara İran, Suriya, Livan, Yunanıstan, Rumıniya və Bolqarıstandan 90 000 erməni köçürüldü. Bundan sonra toponimikanın dəyişdirilməsinin yeni dalğası başladı.

Bildiyimiz kimi, 1992-ci il fevralın 26-da Ermənistan dövlətinin həyata keçirdiyi qanlı cinayət, soyqırım siyasəti bəşər tarixinin ən qanlı cinayətlərindən sayılır. Dünyanın bir sıra dövlətlərindən  bu qanlı cinayətə kəskin reaksiyalar gəlsə də, özünü bir sıra müqəddəs dəyərlərlə ört-basdır etməyə çalışan İran dövlətindən Ermənistana qarşı ciddi təhdid və yaxud sadə bəyanatını hiss etmədik. Axı bir şəhərin əhalisinə qarşı kütləvi qırğınlar törədərək soyqırım siyasəti həyata keçirən Sarkisyan-Köçəryan cütlüyünə qarşı Tehran rəsmiləri necə davrandı? Bəlkə hansısa Azərbaycanın marağını əks etdirən pozitiv mövqe nümayiş etdirmisiniz? 1992-ci il aprelin 1-də İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini M.Vazehinin Xankəndidə olması, separatçılarla bir araya gəlməsi, nələri müzakirə etməsi hələ də məlum olmayıb. Təkcə bir faktı Tehran rəsmilərinə xatırlamaq yaddaşlarının təzələnməsinə gətirib çıxara bilər. Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olduğu bir vaxtda, Prezidentin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün İran İslam Respublikasında  danışıqlarda olduğu vaxt qədim mədəniyyət mərkəzimiz olan Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal olundu. Y.Məmmədov bu yanlış siyasi addımınının “düzgünlüyünü” belə əsaslandırır. ”İran bizi inandırmışdı ki, ermənilərlə danışmışıq, hücum etməyəcəklər. Bir də İran bizə hərbi kömək edəcəyini bildirirdi”. Y.Məmmədovla birlikdə İranda Ermənistan–Azərbaycan danışıqlarında iştirak etmiş Rəhim Hüseynov dindirilən zaman Tehran danışıqlarında ancaq Gorus-Laçın istiqamətində humanitar dəhlizin açılmasının müzakirə edildiyini bir daha təsdiq etdi. Azərbaycan rəhbərliyində İran İslam respublikasına olan dostluq və qonşuluq güvəni bir daha öz yerini tapmadı. Təbii ki həmin dövr üçün Tehran rəsmilərinin bu qədər ikili oyun oynaya biləcəkləri gözlənilməmişdi. Bütün bu sualların cavabı məhz indi, Azərbaycanın 44 günlük qələbəsindən sonra meydana çıxır. Əli Xamneyinin Sepahdakı sözçüsünün erməniləri nəzərdə tutaraq söylədiyi “Zəngəzur dəhlizini qoruya bilmirsinizsə biz qoruyarıq” ifadəsi birbaşa olaraq suveren Azərbaycan torpaqlarına qarşı seperatizim və terrorizm aktının İran tərəfindən açıq şəkildə dəstəkləndiyini göstərir.

Digər bir məsələyə münasibət bildirmək istəyirəm. Ermənistan baş naziri Paşinyanın Baltikyanı dövlətlərdə erməni icmaları ilə görüşdə qeyd edib ki, Ermənistan İranın dəstəyini heç vaxt unutmayacaq. Ermənistan məhz İranın sayəsində blokadadan çıxaraq problemlərini həll etdi. Əgər belədirsə Ermənistanın regionda apardığı soyqırım, vandalizm, transmilli cinayətlərinə dolayısı ilə dəstək verməklə regional və geosiyasi maraqlarda hansı məqsədlər güdülürdü?..

Bəzən İran rəsmilərinin dediyi müsbət fikirlərin də düşünülmüş, ictimai rəyə hesablanmış fikir kimi qəbul etmək daha düzgün olar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərgin zamanında hadisələrə münasibət bildirən İran rəhbərliyi Ayətulla Cənnəti “...Tehran universitetinin həyətində keçirilən çoxminli mitinqdə qeyd etmişdi ki, dünya ictimaiyyəti Azərbaycanda bir milyon insanın acınacaqlı taleyinə laqeyiddir”. Axı dünya ictimaiyyətinin bir milyon insanın didərgin düşməsinə laqeyd qalmasını özünüz təsdiq edirdiniz, yenə şübhə doğuran məsələ ondan ibarətdir ki, İran hansı zəruri addımların atılmasında iştirak etdi.

Son dövrlərdə İranın Azərbaycan sərhədi boyunca keçirdiyi hərbi təlimlər fonunda Birinci Qarabağ müharibəsinə qayıtmaq istərdim. Həmin dövrlərdə Azərbaycan Müdafiə nazirliyinin yüksək çinli zabitlərindən biri A.Vasyak tərəflərin malik olduqları qüvvələr nisbəti haqqında da məlumat verir: “Düşmən tankların sayına görə bizimkilərdən 5,1 dəfə, top və minaatanların sayına görə 2,5 dəfə PDM-lərin sayına görə isə 1,7 dəfə üstün idi. Sırf hücum silahı olan tankların çoxluğu bir daha onu sübut edir ki, Ermənistan ordusu hərbi əməliyyatları qabaqcadan hazırlamışdır. Hazırda Ermənistan silahlı qüvvələri Azərbaycan-İran sərhədinin 70 kilometrlik sahəsinə nəzarət edir. Artıq 18 gündür ki, 1000 ildən çox tarixə malik olan həmin abidənin - Xüdafərin körpüsünün müdafiəçiələri özlərindən qat-qat güclü olan düşmən qüvvələrinin həmlələrini dəf etməkdədir”. Ortalığa belə bir sual çıxır? Bəs onda hardaydı İranın sərhədboyu təlim keçən orduları? Zəngilanın yolu bağlanıb, əhalisi Araza töküləndə hardaydı bu gün yeri gəldi-gəlmədi bəyanat verib münasibətləri pisləşdirən İran rəsmiləri?

Son günlər İran islam dövlətinin hərbi təlimlər keçirməsi, əzələ nümayişi, Ermənistana qanunsuz olaraq yük daşımalar, Azərbaycan dövlətinin qanunlarına hörmət etməyərək dövlət rüsumundan yayınmalar, bilərəkdən vəziyyəti mürəkkəbləşdirmək anlamına gəlir. Bölgədə balanslı siyasət yeridən, qonşularla bütün mənalarda konstruktiv addımlar atan, heç bir qeyri konstruktiv addımların atılmasına imkan verməyən, iqtisadi-ticari əlaqələrin qorunmasına şərait yaradan Azərbaycan respublikasına qarşı bu münasibətdə olmaq nədən xəbər verir.

Bölgədə yaranmış şəraitdən qonşu dövlətlərin yararlanmasını, humanist addımlar, pozitiv mövqeni Azərbaycan Prezidentinin dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradından sonra bəyanatında görmək olar. Orada deyilir: “Bölgənin sülh şəraitində inkişafı üçün vahid bir platformanın yaradılmasını müzakirə etdik. Bu platforma Rusiya, Azərbaycan, Türkiyə və İran arasında əməkdaşlığı təmin edir. Əgər Ermənistan bitmiş müharibədən düzgün nəticə çıxarsa, biz Ermənistanla əməkdaşlıq edə bilərik. Bu düşmənçiliyə son qoymalı, yeni bir səhifə açmalıyıq ”, Cənab Prezidentin söylədiyi bu fikirlər dostluğu, dövlətlərarası əməkdaşlığı, strateji tərəfdaşlığı əks etdirir.

İranın vacib şəxslərindən birinin Kamal Xərrazinin söylədiyi “bölgədə sionist rejimi” hansı məqsədlər daşıdığını söyləyərək Azərbaycan rəhbərliyinə irad tutursa, bu əsassız ittihamlara nə ad vermək olar? İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “bölgəyə terrorçiuların gətirilməsi” ilə bağlı heç bir mənbəyə istinad etmədən böhtan xarakterli məlumatları iki dövlət arasında münasibətlərin korlanmasına hesablanmayıbmı?... Son dönəmlərdə, xüsusilə qanunsuz olaraq Azərbaycan ərazilərinə daşınan İran yükdaşımalarının qarşısı alındıqdan sonra İran islam dövlətində anti-Azərbaycan təbliğata start verilməsi,  bir çox İran rəsmiləri, din alimləri və ya mollaların səsləndirdiyi absurd və planlı fikirlər illərdir yığılıb qalmış kinə və Şimal qorxusuna dəlalət edir. İranın Şimalda “zəif Azərbaycan” siyasi xətti İkinci Qarabağ zəfərindən sonra alt-üst olaraq yeni reallıqlar yaratdı.

Ədalət MUSTAFAYEV
AMEA A.A. Bakıxanov adına Tarix İnstitunun “Azərbaycanın xanlıqlar dövrü və Qarabağ
Tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ