Bazar günü günü, 15 noyabr 2026
     

Putinə və Rusiyaya qarşı Ermənistanda başlanan nifrət kampaniyası Moskvada narazılıq doğurdu

Image


Ermənistan rəsmilərinin iddialarının əksinə olaraq, Moskva-İrəvan münasibətlərində gərgin vəziyyətin hökm sürməsi heç kimə sirr deyil. Belə vəziyyətdə Ermənistanda Rusiya əleyhinə ictimai fikrin getdikcə daha radikal mərhələyə qədəm qoyması da təsadüf hesab edilmir. Bu prosesdə hakimiyyətə yaxın media orqanlarının da xüsusi çəkisi var.

Hazırda belə media orqanları və digər vasitələrlə Ermənistanda Rusiyaya qarşı yeni nifrət dalğası formalaşdırılır. Elə bu günlərdə Milli Demokratik Qütb (MDQ)- Ümumerməni “Sasna Tsrer” və “Ermənistan Avropa Partiyası”ından ibarət erməni blokunun İrəvanda keçirdiyi mitinq də qeyd edilənlərin təsdiq oldu. Mitinq zamanı etirazçılar hökumətə, keçmiş prezident Robert Köçəryana və Rusiyaya qarşı şüarlar səsləndirib, Rusiya prezidenti Vladimir Putini təhqir ediblər. Maraqlı məqam isə Putin əleyhinə səslənən şüarlara nümayişçiləri müşayiət edən güc strukturlarının reaksiya verməməsidir. Hesab edilir ki, bu da təsadüf deyil və hakimiyyət proseslərin bu məcrada inkişafını istəyir. Bundan başqa, məlumdur ki, ölkənin hər yerində: divarlarda, Putinin əks olunduğu plakatlarda Rusiya lideri küçə söyüşləri ilə, ifrat ifadələrlə təhqir edilir. Elə bu günlərdə Ermənistan ərazisində yerləşdirilən və üzərində Rusiya-Ermənistan “dostluğ”unu simvolizə edən, hər iki ölkənin bayraqlarının və Putinin rəsmi olan bilborda yerli əhali tərəfindən rus dilində söyüş yazılıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu fotoya gülüşlə yanaşıbsa, digər qisim ermənilərin bu hərəkətini təəccüblə qarşılayıb. Ermənidilli sosial şəbəkə istifadəçiləri vandalizm aktını yüksək dəyərləndirərək, bu hərəkəti edənlərə təriflər yağdırıblar. Ruslar isə bundan çox qəzəblənib və hətta onlardan biri şərhində qeyd edib: “Erməni vandalları özlərinin ənənəvi işləri ilə məşğuldurlar. Axmaqlar, siz Putinə sitayiş etməlisiniz, siz isə belə edirsiniz”. Rusiyalı hərbi analitik Yevgeni Mixaylov da baş verənlərə sərt mövqe sərgiləyir. “Sasna Tsrer” və “Ermənistan Avropa Partiyası”ından ibarət erməni blokunun İrəvanda keçirdiyi mitinqə toxunan ekspert bildirir: “Ermənistanda minlərlə insan küçələrə çıxıb etirazlarını bildirib. İnternetdə yayılmış bu "debillər yürüşünün" videoları Rusiyada da maraqla izlənib. Videolarda yüzlərlə erməninin Rusiyanı söydüyü, Putini lənətlədiyi görünür. Rus milləti satqın, ikiüzlü adlandırılır. Halbuki, elə həmin ermənilərin sağ qalmalarına səbəbkar da Rusiyadır. Kreml Ermənistana ciddi sanksiyalar tətbiq etməlidir. Rusiyaya qarşı çıxan bu nadanlara Rusiya ərazisinə daxil olmaq qadağan olunmalıdır. Qazandıqları yer Rusiya, yaşadıqları yer Rusiya, varlıqlarını borclu olduqları yer Rusiya ola-ola, onlar bizə qarşı çıxırlar”. Mixaylav vurgulayıb ki, rusların ermənilərin nazı ilə oynamasına son qoyulmalıdır: “Bu nankorlar sabah, o biri gün Rusiyaya qarşı ən alçaq addımı atmaqdan da çəkinməzlər. Onlardan nə desən, gözləmək olar”.

Bununla yanaşı, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istiqamətində də ermənilərin məqsədyönlü addımları diqqətdən yayınmır. Məlumdur ki, son günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı dəstələri ard-arda təxribatlar törədir. Belə ki, Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Bunun ardınca Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib. Daha sonra qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bunun ardınca qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geri dönməyə məcbur edilib. Belə hesab edilir ki, İrəvan Qarabağ və sərhəd məsələləri ətrafında mövcud olan ümumi vəziyyətdən narazıdır. Eyni zamanda, genişmiqyaslı təxribat Rusiyadakı Putin-Paşinyan görüşündən sonra baş verir. Bunlar ermənilərin Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir. Halbuki, Rusiya Elmlər Akademiyasının “Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər” institutunun direktoru, akademik Fyodor Voytolovskiy Moskvanın İrəvana hər cür yardımlar etdiyini bildirir: “Ötən payız Qarabağ müharibəsi zamanı bizim düşdüyümüz vəziyyətdə Rusiya maksimum dərəcədə bacardığını etdi. Mən qərarların necə qəbul edildiyini bilirəm. Niyə bu maksimum idi? Burada Moskvanın hərəkətini məhdudlaşdıran çox şeyləri, Rusiya ilə Ermənistanın yetərli səviyyədə olmayan qarşılıqlı əlaqələrinə qədər faktorları izah etmək lazımdır. Ermənistan rəhbərliyi Qarabağdakı rejimi tanımayıb, onun Ermənistanın tərkibinə inteqrasiyası imkanını nəzərdən keçirməyib. Ermənistan kömək barədə rəsmi qaydada bir dəfə də olsun Rusiyaya müraciət etməyib”.
Onun qiymətləndirməsinə görə, payız müharibəsinin nəticələri əsasında yaranan koordinatlar sistemi bütün postsovet dövründə mövcud olan vəziyyətdən çox fərqlənir: “Biz yalnız Zaqafqaziyada yox, bütün postsovet məkanında beynəlxalq münasibətlərin yeni dövrünə daxil olmuşuq. Bu məkandakı dondurulmuş münaqişələr yeni inkişaf mərhələsinə keçə bilər. Qarabağ münaqişəsini postsovet məkanındakı digər münaqişələrdən fərqləndirəncəhət  bu müstəvidə Qərblə Rusiya arasında birbaşa qarşıdurmanın olmaması idi”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ