"Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin bəyanatında əksini tapıb.
"Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırırlar. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan xalqını təbrik edirəm!" - diplomat sosial şəbəkədə paylaşdığı bəyanatında vurğulayıb.