Bazar günü günü, 15 noyabr 2026
     

İranın sabiq prezidenti İsrail salonunda nə axtarırdı?..

Image


Qonşu ölkələrdə “sionist” axtaran İran islam rejimi çox bildiyindən, “dimdiyindən tələyə düşmək”dədir. İranın özü özünü ifşa etməyə başlayıb. Dubayda keçirilən EXPO sərgisində baş verənlər isə bunu daha da sürətləndirir. Belə ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejad Dubayda keçirilən EXPO sərgisində İsrail pavilyonuna baş çəkib, onun bu davranışı isə qalmaqal yaradıb.

“Azad İran” Teleqram kanalının verdiyi xəbərə görə, İsrailin Terrorçuluqla Mübarizə Dövlət Təşkilatının rəsmi Tvitter hesabı bu fotoşəkli paylaşaraq iddia edib ki, Dubayda keçirilən beynəlxalq EXPO sərgisində iştirak edən İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail pavilyonuna baş çəkib.

Sözügedən qurum onu İranın yeni islahatçısı adlandırıb!

Mahmud Əhmədinejad İsrail pavliyonuna nə üçün gedə bilər?  

Ekspertlər deyir ki, hətta bəzi xarici müşahidəçilər bunu fərqli qiymətləndirərək, onun İran tərəfindən münasibətləri isitmək üçün bu addımı atdığını iddia edir. Yəni M.Əhmədinejadın bu addımının səbəbləri ilə bağlı versiyalar çoxdur.

  • “Əhmədinejadın belə bir addım atması qeyri-adi hadisə deyil, bu, molla rejiminin pərdəarxası oyunlarının ifşasıdır və iç üzünü açan məqamlardandır”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, İran İslam Respublikası adlandırılan ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejadın İsrail pavliyonuna baş çəkməsi qeyri-adi bir məsələ deyil və sabiq prezidentin bu addımı heç də onu təəccüblənmir: “Mənim həmişə düşüncəmdə olub ki, özünü islam dövləti adlandıran İranın görünən və görünməyən üzü olub. Görünən tərəfi odur ki, ABŞ-a, Böyük Britaniyaya, İsrailə və başqa ölkələrə qarşı nifrət üzərindən baxılır. Əslində, bu daha çox görüntüdür. Deyək ki, bu ölkədə yaşayan digər xalqların şiəlik məzhəbi, islam adı altında assimilyasiyasına yönəlib. Ən mühüm məqamlarda molla rejimi öz varlığını qoruyub saxlamaq üçün oyunlar oynamaqdadır. Bu oyunlardan ən təhlükəlisi də zahirən İsrailə, ABŞ-a, Böyük Britaniyaya qarşı düşmən tərzləri ortaya qoymaqdır. Bu, pərdə arxasında da belədirmi? Bu barədə diqqətli olmaq lazımdır. Çünki biz tarixə baxanda da görürük ki, tarix boyu farsların ən çox anlaşdığı xalqlardan biri məhz İsrail xalqıdır, yəhudilərdir. Eləcə də XX əsrin əvvəllərində farslar ingilislərin dəstəyi ilə Qacar türk dövlətini devirdilər və hakimiyyəti qanunsuz şəkildə ələ keçirdilər, hakimiyyəti zəbt etdilər. 1925-ci ildə türk dövləti olan Qacarların devrilib onun yerinə irançıların, pəhləvilərin hakimiyyətə gətirilməsində iki xalq mühüm rol oynayıb. Onlardan biri ingilislərdirsə, o birisi yəhudilədir. Üçüncü yerdə Rusiya, dördüncü yerdə Fransa ola bilər. Ancaq sonrakı dövrlərdə, yəni 1979-cu ildən sonra görürük ki, sanki ABŞ və Böyük Britaniya arxa plana keçir, onun yerini Fransa, arxa planda isə yəhudilər tutur. Mənim düşüncəm bundan ibarətdir ki, İranın sabiq prezidentinin bu davranışı təsadüfi deyil. Mahmud Əhmədinejad bu hərəkəti ilə müəyyən məqamda heç də İsraillə farsların, yaxud molla rejiminin düşmən olmadığını ortaya qoyur. Əslində, bizlər bundan daha çox nəticə çıxarmalıyıq. İran islam Respublikası adlanan ölkədəki türklər, xüsusən də Güney Azərbaycan türkləri ciddi nəticə çıxarmalıdır ki, niyə bu cür həssas  məqamda Əhmədinejadın EXPO-da İsrail pavliyonuna baş çəkdiyini əks etdirən məlumatlar yayılır? Bu təsdüfdürmü?. Düzdür, indi Əhmədinejad dövlət başçısı deyil, amma keçmiş dövlət başçısı olan bir şəxsdir. O bununla müəyyən mənada molla rejiminin, farsların əslində İsrailə düşmən münasibəti bəsləmədiyini, bu düşmənçiliyin yalnız sözdə olduğunu ortaya qoyur”.

F.Ələkbərlinin sözlərinə görə, haqsız olaraq Azərbaycanı sionistlikdə, sionistlərlə işbirliyində ittiham edən molla rejimi hər gün öz iç üzünü açıb özünü ifşa edir. Azərbaycana qarşı hədyanlar və əsassız ittihamlar irəli sürən molla rejiminin keçmişdə başında duran bir şəxsin belə addımlar atması nəticəsində də İranın yürütdüyü çoxüzlü siyasətin açığa çıxan tərəflərindən biri olduğunu deyən F.Ələkbərlinin fikrincə, İran Azərbaycanı yalan yerə ittiham etməkdənsə, öz keçmişinə baxsın: “Fars molla rejiminin mahiyyətində bu və ya digər dərəcədə sionistlik var. Bu istisna edilə bilməz. İndi molla rejimini idarə edənlər və onun arxasında dayananlar hər şeyə əl atmağa hazırdır, təki Güney Azərbaycan milli hərəkatı orada ön plana çıxmasın. 1925-ci ildə hakimiyyəti qanunsuz olaraq ələ keçirən Pəhləvilər və bu və digər dərəcədə onun davamçısı olan molla-fars rejimi hər oyuna əl atmağa çalışır ki, bölgədə normal, demokratik bir dövlət quruluşu olmasın. Ona görə də, bu məqamları biz diqqətdə saxlamalıyıq. Xüsusən də molla rejiminin vaxtilə tələsinə düşən bəzi güney və qüzey azərbaycanlılar görsünlər ki, bizi ABŞ-la, İsraillə əməkdaşlıqda ittiham edən, hər cür ləkə atan rejimin sabiq prezidenti İsrail pavliyonuna gedir. Çox ehtimal ki, rejimin sabiq prezidenti bununla İranın İsraili üzdə düşmən, gizlində dost adlandırdığı mesajını çatdırmaq istəyib. Çünki İran İsrailə üzdə düşmən münasibəti bəsləyir.

İran rejiminin şiəlik və islam faktorundan sui-istifadə etdiyi məlumdur. Əslində isə bu rejim nə şiə, nə də islam təəssübkeşidir, sadəcə fars irqçiliyini, fars dövlətçiliyini yaşatmaq üçün hər addımı atmağa hazırdır. Biz bunu İkinci Qarabağ savaşında da gördük.

Əhmədinejadın belə bir addım atması qeyri-adi hadisə deyil, bu, molla rejiminin pərdəarxası oyunlarının ifşasıdır və iç üzünü açan məqamlardandır”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ