Qətər şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilə bilər

img

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində Qətər şirkətlərin cəlb olunması potensialı müzakirə edilib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov xarici işlər naziri Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edildi. C.Bayramov bildirib ki, turizm sahəsidə əməkdaşlıq məsələləri də müzakirə edilib. O bildirib ki, COVİD ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turizm sahəsində əməkdaşlıq əvvəlki səviyyəyə gələcək və daha da inkişaf edəcək.

Nazir əlavə edib ki, görüş zamanı regional təhlükəsizlik məsələsi ilə bağlı səmərəli müzakirələr aparıldı.

Son xəbərlər