İran Ali Təhlükəsizlik Şurasından İlham Əliyevə uğursuz cavab...

img

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Prezident İlham Əliyevin İran haqqında ən yeni bəyanatına cavab verməyə çalışıb. İlham Əliyev MDB zirvəsində İranın 30 il ərzində Ermənistanla birlikdə Azərbaycanın ərazilərindən Rusiya və Avropaya doğru narkotrafik marşrutu kimi istifadə etdiyini deyib. Əliyevin kifayət qədər informasiya mənbələrinə çıxışlı şəxs olması onun bəyanatının geniş miqyasda rezonans doğurmasına səbəb oldu.

Əli Şamxani Twitter hesabında Azərbaycan müstəqil ölkə olandan indiyədək tez-tez eşidilən və İlham Əliyevin ilk dəfə rəsmən dediyi sözlərə cavab verməyə çalışıb. Şamxani "dünyanın narkotiklərlə mübarizənin çempionu adlandırdığı ölkəyə qarşı belə ittihamların perspektivi yoxdur" yazıb.

Şamxaninin cavabında ən təəccüb doğuran hissə də elə budur. Hansı ölkənin İranı narkotiklərlə mübarizənin çempionu adlandırması çox yekə və qeyri-reala oxşadı. Əksinə. Hər kəs bilir ki, bütün sivil dünya İranı terroru dəstəkləyən, insan haqlarını pozan və narkoticarətlə ən çox adı hallanan ölkə kimi tanıyır.

RAMİL

Son xəbərlər