Hikmət Hacıyev: "Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq" - FOTO

img

Suqovuşan və Talış ərazilərinin çox böyük strateji əhəmiyyəti var idi. 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından etibarən bu, diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad edilmiş ərazilərimizə 7-ci səfərimizdir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.

H.Hacıyev bildirib ki, səfərlərin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 il ərzində işğal dövründə Azərbaycan ərazilərində törətdiyi dağıntılar müşahidə edilirdi:

“Budəfəki səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq Azərbaycan tərəfindən qısa müddət ərzində həyata keçirilən quruculuq işləri ilə də tanış oluruq. Biz diplomatik korpus nümayəndələri ilə Talış istiqmətində yeni çəkilmiş yol boyunca hərəkət etdik və Azərbaycan tərəfindən quruculuq işləri cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq sürətli şəkildə davam etdirilir”.

Son xəbərlər