Bazar günü günü, 15 noyabr 2026
     

Ərdəbilin Ciral parkında Azərbaycanın Zəfəri ilə həmrəylik aksiyasına niyə divan tutuldu?..

Image


Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması İran rejiminin soydaşlarımıza qarşı aqressiyasının daha da güclənməsi ilə müşayiət olunur. “Qarabağ Azərbaycandır” deyən soydaşlarımıza həbs və şallaq cəzası kəsən mollakratiya Güneydəki fəallara qarşı repressiya maşınıni daha da gücləndirib.

Belə ki, Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib. Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhər məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Azərbaycanın bir qrup hüquq müdafiəçisi isə İranda fəalların həbsi ilə bağlı BMT və "Amnesty İnternational"a müraciət edib.

İranın bu davranışına beynəlxaq qurumlar necə reaksiya verməlidir? İran Azərbaycanın qələbəsini içdən yaşayan soydaşlarımıza qarşı niyə belə sərt davranır?

  • “İstər Azərbaycanda, istərsə də dünya ictimaiyyətində çox ciddi etirazlar olmalı, molla rejiminin 12 nəfər azərbaycanlı fəala qarşı törətdiyi qeyri-insani davranışa görə ona beynəlxalq səviyyədə ciddi təpkilər göstərilməlidir”

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı da “Bakı-Xəbər”ə bildirdi ki, bu, İran dövlətinin təkcə bu gün deyil, yarandığı dövrdən azərbaycanlılara və digər qeyri-farslara qarşı həyata keçirdiyi olduqca aqressiv və repressiv hərəkətlərdən, davranışlardan biridir: “1925-ci ilə qədər İran coğrafiyasında hakimiyyətdə olan Qacarlar dövləti devrildikdən sonra azərbaycanlılara qarşı mədəniyyətdə, dildə, təhsildə baş verən etnik soyqırım siyasəti ardıcıl olaraq davam edib. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, yüzillər boyu İran coğrafiyasında hökmranlıq edən Azərbaycan sülalələri, dövlətləri həmişə digər xalqlara, həmçinin də o coğrafiyada farslara münasibətdə loyal, liberal, tolerant yanaşıb. Hətta bilirsiz ki, orta əsrlərdə fars dilinin yüksəlməsində, dəyər qazanmasında, dillər arasında öncül mövqe tutmasında Azərbaycan dövlətlərinin, eyni zamanda alimlərimizin, ziyalılarımızın böyük rolu olub. Çünki əgər o dövrdə Azərbaycan dövlətləri fars dilinə və farslara dəyər verməsəydi, dünya miqyasında əhəmiyyətə malik olmayan fars dili orta əsrlər dövründə də ölü dillərdən birinə çevrilə bilərdi. Bu baxımdan, bizim yüzillər boyu orada yaşayan farslara və başqa xalqlara tolerant yanaşmağımıza baxmayaraq, təəssüflər olsun ki, 1925-ci ildən bu yana İran coğrafiyasında hakimiyyəti zəbt edən fars rejimi istər şah dönəmdə, istərsə də mollalar dövründə azərbaycanlılara qarşı olduqca aqressiv mübasibət göstərilib, aqressiv davranışlar sərgilənib. Hətta müəyyən dönəmlərdə baş verən siyasi proseslərdə yüzminlərlə azərbaycanlı məhv edilib, qətlə yetirilib, mədəniyyətimizə, tariximizə qəsd edərək tariximizi saxtalaşdırıblar. Sözsüz ki, öz haqları, hüquqları, mədəniyyətləri, dilləri, dövlətçilikləri uğrunda apardıqları mücadiləyə görə güney azərbaycanlılara qarşı repressiyalar həyata keçirilib. Bu gün də davam edir. Bu, tarixi gerçəkliklərdir, bunu dünya dövlətləri də bilir. Buna göz yumulsa da, hər kəs gerçəklikdən xəbərdardır. İranın soydaşlarımıza qarşı repressiya siyasətini yenidən davam etdirməsinin səbəbi 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun 30 illik erməni işğalına son qoyması, Ermənistan dövlətini diz çökdürməsidir. Azərbaycan ordusu erməniçiliyi, erməni ideologiyasını, mifini damadağın edib iflasa uğratdı. Təbii ki, bu hadisə İran ideoloji təfəkkürünə də bu və ya digər formada böyük zərbə vurdu. Çünki gerçəklik bunu ifadə edir ki, bizim İkinci Qarabağ müharibəsində qazandığımız zəfərdən sonra ən azı Ermənistan qədər bu qələbədən narahat olan məhz İran molla rejimidir. Bu, faktiki olaraq, özünü bütün müstəvilərdə göstərir”.

M.Ağalarlının fikrincə, son dövrlər İran tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyalarının aparılması, Azərbaycanı bu və ya digər formada haqsız ittiham etmələr, hətta guya ki, Azərbaycanın Qarabağda, İranla sərhəddə terrorçular yerləşdirməsi kimi əsassız suçlamalar onu deməyə əsas verir ki, bu ölkənin Azərbaycana münasibəti çox aqressivdir. Bunun da kökündə siyasi və iqtisadi amillər dayanır, xüsusilə də etnik amil dayanır. Bu gün İran dövlətinun Azərbaycana qarşı aqressiv münasibəti siyasi mahiyyət daşımaqla yanaşı, eyni zamanda orada olan 35-40 milyon Azərbaycan türkünə qarşı qaynaqlanan bir etnik amildir. Çünki 44 günlük müharibədən sonra soydaşlarımızda böyük ruh yüksəkliyi yaranıb, onlar çox fəallaşıblar. Qələbədən sonra soydaşlarımızın milli-siyasi düşüncələri daha da güclənməkdədir, demək olar ki, onlar molla rejiminin qarşısında konkret mövqe ortaya qoyublar. Hətta burada, çox ehtimal ki, bu və digər mənada təşkilatlanma prosesi gedir, bu da, sözsüz ki, İran rejimini ciddi şəkildə narahat etməkdədir. Güclü Azərbaycan dövlətinin qarşısında öz hərbi-siyasi iradəsini ortaya qoya bilməyən molla rejimi, təbii ki, bunun heyfini güneydə olan soydaşlarımızdan çıxır. Çünki İkinci Qarabağ savaşında birmənalı olaraq Azərbaycan dövlətinin yanında olan dünya azərbaycanlılarının ən öndə gedəni güney Azərbaycan türkləri oldu ki, bütün hallarda İrandan gələn təxribatların qarşısını aldılar. Bunu öz əməlləri, canlarını ortaya qoyaraq etdilər. Məhz bunun nəticəsi olaraq, molla rejimi güneylilərdən qisas alır. İkinci Qarabağ savaşı zamanı Araz boyu düzülərək Azərbaycan əsgərinə, Azərbaycan dövlətinə mənəvi dəstək verdiklərinə görə molla rejimi güney azərbaycanlılardan müxtəlif yollarla qisas alır”.

Molla rejiminin12 nəfər fəalı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirdiyinə görə bu şəkildə cəzalandırmasının İranın özünə utanc gətirdiyini deyən M.Ağalarlı hesab edir ki, rejim onların başına hansı müsibətləri gətirsə də, onlar heç zaman qəlblərindəki Azərbaycan sevdasını inkar etməyəcəklər. “Molla rejiminin bizim güneydəki fəallara qarşı törətdikləri bu ölkənin özü üçün böyük utanc gətirən məsələdir. Çünki islam dəyərlərində də, beynəlxalq hüquq normalarına görə də bu davranışlar qəbuledilməzdir. İnsan haqları üzrə beynəlxalq konvensiyalar da rejimin davranışlarını pisləyir, buna görə hüquqi-siyasi məsuliyyət təsbit edir. Ona görə də, İran maşınlarının qanunsuz olaraq Xankəndiyə yük daşımasına etiraz olaraq Ərdəbil şəhərində soydaşlarımızın keçirdiyi bu aksiyadan sonra molla rejiminin bu vəhşilikləri güney azərbaycanlılara qarşı bir hüquq pozuntusudur. Molla rejiminin soydaşlarımıza qarşı etnik qisasçılıq zəminində həyata keçirdiyi bu repressiya, aqressiv davranış insan haqlarının pozulması olmaqla mənəvi-dini və beynəlxalq hüquqa ziddir. Düşünürəm ki, istər Azərbaycanda, istərsə də dünya ictimaiyyətində çox ciddi etirazlar olmalı, molla rejiminin 12 nəfər azərbaycanlı fəala qarşı törətdiyi qeyri-insani davranışa görə ona beynəlxalq səviyyədə ciddi təpkilər göstərilməlidir. Çünki bu, dövlətin öz vətəndaşına qarşı aqressiv hərəkətidir”-deyə M.Ağalarlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ