Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın insanlıq əleyhinə cinayətlərinin beynəlxalq məhkəmələrdə araşdırılması prosesi fəallaşdırılır...

Image


30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan, yüzlərlə vətəndaşımızı amasızlıqla qətlə yetirən, sülh, insanlıq, bəşəriyyət əleyhinə cinayətlər törədən Ermənistanın öz layiqli cəzasını alması dünyada ədalətin zəfər çalmasının təntənəsi olardı.

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, tarixi və mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terror aktlarının hər birinə beynəlxalq məhkəmələrdə obyektiv qiymət veriləcəyinə şübhə etmirik. Azərbaycan dövləti Ermənistanla bağlı artıq beynəlxalq məhkəmələrə müraciət edib, bütün faktlar sənədləşdirilərək bir neçə məhkəmənin ixtiyarına verilib.

  • Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verib...

Azərbaycan bu ilin yayında ikinci dəfə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət göndərmişdi. Qeyd edilirdi ki, bu müraciət Ermənistanın beynəlxalq hüququn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq. Bu yaxınlarda isə Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb: “Artıq bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərində bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi vəzifə dayanır. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Bu, son deyil. Bunun ardınca digər beynəlxalq məhkəmələrdə Ermənistana qarşı tərəfimizdən iddialar qaldırılacaq”.

  • “Bizim qarşımızda duran mühüm məsələlərdən biri beynəlxalq məhkəmələrdə də Ermənistanı diz çökdürməkdir”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu 44 gündə müasir tariximizin yeni səhifələrini yaratdı. Vətən Müharibəsində qazandığımız şanlı qələbənin tariximizdə yeni dövrün başlanğıcı olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, bu həm də Azərbaycanın ədalətli mövqeyini bir daha dünyaya təqdim etdi. “Təbii ki, Ermənisanın silahlı birləşmələri üzərində Azərbaycan ordusunun möhtəşəm qələbəsi, Ermənistanı məğlub edərək ona sarsıdıcı zərbə vurması təkcə ordumuzun erməni ordusunu dizə çökdürməsi, Ermənistanı sarsıtması deyil, bu “qüdrətli erməni ordusu mifi”ni də birdəfəlik məhv etdi. Bununlada şanlı ordumuz dünyaya reallığı göstərdi.  Biz müharibədə qalib gəldik, torpaqlarımızı işğaldan azad etdik, ordumzun qüdrətini bütün dünya gördü. Bizim qarşımızda duran mühüm məsələlərdən biri beynəlxalq məhkəmələrdə də Ermənistanı dizə çökdürməkdir. Ermənistanın bütün cinayətləri ifşa olunmalı və ədalət məhkəməsindən də məğlub çıxmasına nail olmalıyıq. Haqlı tərəf bizik. Ermənistanı müharibə meydanında məğlub etdiyimiz kimi beynəlxalq məhkəmələrdə də məğlub edəcəyimizə əminəm. Artıq Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verib və Ermənistanın törətdiyi cinayətləri sübut edib ondan maddi təzminat almağa nail olmalıyıq”.

  • “Bu faktların hamısı əsaslıdır və beynəlxalq məhkəmələr bunlara çox ciddi yanaşmalıdır”

S.Adıgözəlli vurğuladı ki, bu istiqamətdə ardıcıl olaraq işlər gedir: “Necə ki, müharibədəki qələbəmizin rəhni, söykənci dəmir yumruq oldu, beynəlxalq məhkəmə proseslərində də dəmir məntiqə söykənməliyik. Cənab Prezident dəfələrlə müsahibələrində və beynəlxalq platformalardakı çıxışlarında Ermənistanın insanlıq əleyhinə cinayətlərini ifşa edir, bu ölkənin beynəlxalq məhkəmələr qarşısında cavab verəcəyini bəyan edib.  Ermənistanın 30 il işğalda saxladığı ərazilərimizdə törətdiyi bütün cinayətlər, onun qeyri-insani şəkildə, vəhşiliklə həyata keçirdiyi dağıntılar müharibə dağıntıları deyil, qəsdən törədilmiş dağıntıdır, özü də onu müharibədən əvvəl törədiblər. Bu torpaqlarda, şəhərlərdə, kəndlərdə, el-obada Azərbaycanın tarixi, Azərbayvan-türk izi silinib. Mən özüm də ilk dəfə Ağdama səfərim zamanı dəhşətə gəlidim. Ağdamı görəndə adamın içindən “burada bir kənd, bir şəhər olubmu” sualı keçir. Bu faktların hamısı əsaslıdır və beynəlxalq məhkəmələr bunlara çox ciddi yanaşmalıdır. Bilirsiz ki, elə bir istiqamət yoxdur ki, orada Ermənistanın cinayəti olmasın. Ermənistan Xocalı soyqırımına, Daşaltı, Qaradağlı, Ağdaban və sair genosidinə görə də ayrıca cavab verməlidir. Bu ölkənin həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də post müharibə dövründə həyata keçirdiyi terror aktları, insanlıq əleyhinə cinayətlər, Azərbaycanın müharibə bölgəsindən kənarda yerləşən şəhər və kəndlərini, mülkü əhalini qadağan olunmuş silahlardan atəşə tutması və sair beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir. Bütün bunlara görə, Ermənistan cavab verməlidir. Digər bir tərəfdən, Ermənistanın cinayətləri Azərbaycanın yeraltı və yerüstü sərvətlərinə,  tarixi memarlıq və arxeoloji, təbiət abidələrinə qarşı da baş verib, bu ölkə həmçinin də bütün Qafqaz üçün böyük fəlakətə səbəb olan ekoloji terror həyata keçirib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə Azərbaycanın dostlarını sevindirdi və bəşəriyyətin tərəqqipərvər, sülh sevər insanları bunu haqqın, ədalətin qələbəsi olaraq alqışladılar. Hesab edirəm ki, başlanan beynəlxalq məhkəmə proseslərində Ermənistan tərəfindən sülh və insanlıq əleyhinə cinayətlərə, habelə müharibə cinayətlərə beynəlxalq hüquq tərəfindən layiqli qiymət veriləcək”-deyə S.Adıgözəlli bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ