Ermənistan belə bir qərarın çıxarılması tələbi ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib.
Erməni media mənbələrinin məlumatına görə, ermənilər eyni vaxtda Azərbaycanı hərbi əsirləri qaytarmağa məhkum edən qərar çıxarılmasını da tələb ediblər.
BMT üzvü kimi Ermənistanın belə iddialarla çıxış etmək hüququ olsa da, ən maraqlısı BMT-nin erməni hiyləsinə uyub-uymayacağı ilə bağlıdır. Nəzərə alınmalıdır ki, hərbi qənimətlərdən istədiyi səviyyədə istifadə etmək qalib ölkənin haqqıdır. Onu da deyək ki, ermənilərin hələ də dünyaya hərbi əsir kimi qəbul etdirmək istədiyi şəxslərin həqiqətdə diversant olduqlarını dünyada eşitməyən yoxdur.
Ramil QULİYEV