Bazar günü günü, 15 noyabr 2026
     

"Azərbaycana qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir" - Vüqar Rəhimzadə

Image


44 günlük İkinci Qarabağ münaqişəsi 30 illik işğal, həmçinin müharibə dövrünün reallıqlarına aydınlıq gətirməklə yanaşı, perspektivlərin müəyyənləşdirilməsinə, yeni əməkdaşlıq formatlarının yaranmasına yol açdı. Bu baxımdan ki, 30 ildə işğalçı Ermənistana və ona havadarlıq edən supergüclərə «sirr», amma ədaləti və beynəlxalq hüququ dəstəkləyən dövlətlərə bəlli olan məqamlar bir daha işıq üzü gördü, münaqişənin həlli prosesinin uzanmasının səbəbləri açıqlandı.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibələrinin hər biri bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı. Ən əsası Prezident İlham Əliyev diplomatik şəkildə, təmkin nümayiş etdirərək, bir çox hallarda qərəzi özündə ehtiva edən sualları cavablandırmaqla Azərbaycanın haqlı olduğunu, mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını konkret faktlarla ortaya qoydu. Həmin dövrdə dövlət başçısı İlham Əliyevin müsahibələri sırasında İtaliyanın «La Repubblica» qəzetinə müsahibəsi də diqqətdən kənarda qalmadı. Dövlət başçısı İlham Əliyevin müharibə dövründə «La Repubblica» qəzetinə müsahibəsi ilə bu il oktyabrın 13-də sözügedən nəşrdə yer alan müsahibəsini müqayisə etdikdə fərqli məqamları görməmək mümkün deyil. Bu baxımdan ki, artıq münaqişə tarixə qovuşub, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Hazırda diqqət göstərilən məsələ işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, bu ərazilərə investisiyaların yatırılmasına yaradılan şərait geniş müzakirə mövzusudur. Digər bir tərəfdən isə bu ərazilərə invetisiya yatıran xarici şirkətlər arasında İtaliyaya da məxsus olanlar var. Dövlət başçısı İlham Əliyev müsabihəsində bu məqamı xüsusi qeyd etmişdir ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyini bildirmişdi. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial, İşğal muzeylərinin yaradılmasında iştirak edir. Bütün bunlar artıq iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti müsahibədə son zamanlar İranla münasibətlərdə narahatlıq doğuran məqamlara, eyni zamanda, Qərbin qərəzli mövqeyinə Prezident İlham Əliyevin münasibətinə yönəldib: "Ölkə Prezidentinin də vurğuladığı kimi, dövlətimizin xarici siyasəti çox açıq, şəffaf, sabit və müstəqildir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. «Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir» bəyan edən dövlət başçısı bir daha anti-Azərbaycan dairələrə lazım olan mesajları çatdırdı".

YAP Xətai rayon təşkilatının sədri bu reallığı da qeyd edib ki, İkinci Qarabağ müharibəsində Qələbəmiz bir çox dairələri narahat etdi: "Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. İndi isə Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsi, təbii ki, həmin dövlətlərdə qısqanclıq hissi yaratmaya bilməzdi. Nəzərə alsaq ki, həmin dövlətlərin işğalçı Ermənistana böyük sevgiləri vardır, bu nöqteyi-nəzərdən Ermənistanı məğlub görmək istəməyən dairələrə Zəfərimiz böyük zərbədir. Azərbaycan 30 ilin işğalına 44 gündə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə özünün hərbi qüdrətini və yenilməz siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Zəfərdən sonra bəzi ermənipərəst Qərb dairələri tərəfindən qarayaxma kampaniyası ilə qarşılaşacağını da bilirdi. Çünki zaman-zaman belə kampaniyalar aparılıb və hər dəfə Azərbaycanın reallıqlarının fonunda iflasa uğrayıb. Dövlət başçısı İlham Əliyevin «La Repubblica» qəzetinə müsahibəsində yer alan «Bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur» bəyanatı ölkəmizə, dövlət başçısına qarşı qərəzli mövqe nümayiş etdirən, əsassız fikirlər səsləndirən dairələrə tutarlı cavabdır".

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni də aparıb ki, daim siyasətində müstəqil olan, istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə münasibətlər quran, dövlət maraqlarını və xalqın iradəsini öndə saxlayan Azərbaycan 44 gündə tarixi Qələbəsi ilə ədalətə deyil, maraqlara üstünlük verən və bu səbəbdən də yalnış yol tutaraq qərəzli addımlar atan dövlətlərə əsl həqiqəti diktə edir: "Bu gün maraqları naminə Ermənistana sevgi nümayiş etdirən dövlətlər Azərbaycanın Vətən müharibəsinin getdiyi vaxtlarda təzyiqlərə baxmayaraq savaşı sonadək davam etdirib təcavüzkarı kapitulyasiya aktına imza atmağa məcbur etdiyini unutmasınlar. Bu mesaj hazırda da öz aktuallığını qoruyur: Dəmir yumruq yerindədir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər Azərbaycana qarşı belə yanlış addımlardan çəkinməli, həqiqəti ortaya qoymaqla ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanmasına, münasibətlərdə yeni səhifənin açılmasına dəstək olmalıdırlar. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, sülh təklifi masa üzərində əbədi qala bilməz".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ