Bazar günü günü, 15 noyabr 2026
     

Şeyxin bəyanatını tam uğurlu saymaq olarmı - Bütün məsuliyyətləri daşıyan tək tərəf Ermənistandır...

Image


“Erməni kilsəsinin barışmaz və siyasiləşmiş mövqeyinə baxmayaraq, hesab edirik ki, biz – dini liderlər problemin siyasi deyil, mənəvi tərəfinə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən biz – dini liderlər dövlət başçılarımızın siyasi qərarlarını şübhə altına almaq hüququna malik deyilik.

Allah qarşısında borcumuz bu həqiqəti xalqlarımıza, o cümlədən, ölkələrimizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizə çatdırmaqdır. Biz - dini liderlər etiqada və öz nüfuzumuza arxalanaraq, xalqlarımızın gələcəyi naminə ölkələrimizin siyasi liderlərinin sülh razılaşmalarını icra etmək səylərini dəstəkləməliyik”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünün nəticələri barədə danışarkən bildirib.

QMİ sədri açıqlamasında qeyd edib ki, “biz – dini liderlər problemin siyasi deyil, mənəvi tərəfinə görə məsuliyyət daşıyırıq”.

Şeyxin bu fikrini şərh edən ekspertlər vurğulayır ki, QMİ sədrinin bu bəyanatı çox uğursuzdur, o, “biz-dini liderlər” yox, bu problemdə birbaşa Ermənistan və erməni kilsəsi məsuliyyət daşıyır deməli idi. Ekspertlərin sözlərinə görə, çünki bu məsələdə Azərbaycan tərəf nə mənəvi, nə siyasi, nə diplomatik baxımından heç bir məsuliyyət daşımır, bütün məsuliyyət Ermənistan tərəfin boynundadır. Ekspertlərin fikrincə, Şeyxin bu bəyanatı konkret şəraitdə Azərbaycanın və Ermənistanın məsuliyyətləri məsələsində uğurlu bəyanat deyil, ona görə ki, kənardan bu məsələdə Azərbaycanın və Ermənistanın bərabərləşdirilməsi görsənir. Reallıq budur ki, Azərbaycan tərəfin burada nə bir mənəvi, nə də siyasi məsuliyyəti var, ola da bilməz. Bütün məsuliyyət Ermənistanın üstündədir, çünki təcavüzkar tərəfdir.  Ekspertlər deyir ki, məsuliyyət məsələsində Azərbaycanla Ermənistanın eyniləşdirilməsinə cəhd edilməsi yolverilməzdir, çünki siyasi, diplomatik, mənəvi baxımdan məsuliyyət daşıyan tərəf Ermənistandır, siyasiləşmiş erməni kilsəsidir.

  • “Şeyxin bu məsələdə Azərbaycanla Ermənistanın mənəvi məsuliyyətini eyniləşdirmək cəhdləri, əlbəttə, qəbuledilməzdir, bu çox uğursuz bir cəhddir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya patriarxının təşkilatçılığı ilə Moskvada dini liderlər arasında təşkil edilən üçtərəfli görüşü müsbət hesab etmək olar. “Bu görüşün təşkil edilməsinin müsbət tərəfi o idi ki, dünya II Qareginin, erməni kilsəsinin revanşizmdən, irçilikdən, faşizmi dəstəkləməkdən əl çəkib-çəkmədiyini gözləri ilə görsün. Ermənistanda yeni nəsil Azərbaycana, Türkiyəyə və başqa qonşu dövlətlərə, xalqlara qarşı irqçi ruhda böyüdülür. Ancaq biz hələ də görürük ki, II Qareginin, onun rəhbərlik etdiyi kilsənin, ətrafının, erməni siyasi dairələrinin mövqeyində heç bir dəyişiklik yoxdur. Necə deyərlər, erməni kilsəsi 200 ildə tutduğu mənfur mövqeyini yenə də davam etdirir, irqçiliyi, nifrəti, antisülh çağırışlarını dəstəkləyir, II Qaregin heç bir dəyişiklik etmir, o yenə də öz işindədir”.

QMİ sədrinin məlum bəyanatına gəlincə, F.Ələkbərli hesab edir ki, onun bu bəyanatı həqiqətən də uğursuz bir bəyanatdır, bu, Azərbaycanla Ermənistanın məsuliyyətini eyniləşdirməyə cəhddir. “Çox təəssüflər olsun ki, Allahşükür Paşazadənin verdiyi bu bəyanat heç də uğurlu deyil. İndiyə qədər həm Ermənistan, həm də İran İslam rejimi ilə bağlı verdiyi bəyanatlara baxsaq, orada eyni uğursuzluğu müşahidə edə bilərik. Xüsusilə də dini liderlərin Moskvada təşkil edilən üçtərəfli görüşü zamanı QMİ sədrinin Azərbaycanın da bu məsələdə müəyyən mənada “mənəvi məsuliyyət daşıması”nı dolayısı ilə də olsa ifadə etməsi, əlbəttə, doğru deyil. Həm müharibəyə, həm də sülh müqaviləsinin bağlanmamasına, eləcə də çox məsələlərə görə bir məsuliyyət daşıyan tərəf varsa, o da sorğu-sualsız Ermənisan tərəfidir, erməni kilsəsidir, Ermənistanın dini və siyasi rəhbərliyidir. Məncə, bəlkə Allahşükür Paşazadə bununla bağlı öz fikirlərini doğru ifadə edə bilmir. Yaxud doğrudan da Ermənistanla Azərbaycan dini liderlərinin, Azərbaycanla Ermənistanın məsuliyyətni eyniləşdirirsə, bu nəinki uğursuzdur, həm də qəbuledilməzdir. Azərbaycan xalqının, Azərbaycan dövlətinin istər mənəvi, istər dini, istər siyasi, istər diplomatik, istərsə də milli tərəfdən bu məsələdə məsuliyyət daşımaq üçün heç bir siyasi, mənəvi xətası yoxdur, səhvsizdir, məsələyə bütövlükdə yanaşırıqsa. Son iki əsrdə Azərbaycan xalqına qarşı soyqırım siyasətinin pərdəarxasında dayanan məhz ermənilər və onların dini rəhbərləri olub. Hələ üstəlik, onlar Çar Rusiyası və Sovet Rusiyası dövründə, indinin özündə də Rusiyanın siyasi, dini rəhbərlərindən dəstək görüblər. Azərbaycan xalqı isə son əsrlərdə burada daha çox problem yaşayan, soyqırıma məruz qalan xalq olub. Bu baxımdan, QMİ sədrinin bu cür bəyanatlara əvvəlcədən daha ciddi və məsuliyyətlə hazırlaşması lazımdır. Əslində, biz görürük ki, İran, Ermənistan və başqa ölkələrin dini liderləri bəyanat verərkən siyasi və milli məsələləri çox ciddi şəkildə nəzərə alırlar. Bu da təbiidir. Mənə elə gəlir ki, başda QMİ sədri olmaqla, bizim din xadimlərinin böyük əksəriyyətinin belə məsələlərdə hazırlqları zəifdir, burada siyasi və diplomatik hazırlıq da nəzərə alınmalıdır.   Şeyxin bu məsələdə Azərbaycanla Ermənistanın mənəvi məsuliyyətini eyniləşdirmək cəhdləri, əlbəttə, qəbuledilməzdir, bu çox uğursuz bir cəhddir. Hesab edirəm ki, burada daha ciddi yanaşmaların olması vacibdir. Çünki dövlət səviyyəsində də bunlar diqqətlə izlənilir. Ümid edirəm ki, bu məsələdə Allahşükür Paşazadəyə də müəyyən iradlar tutulacaq. Ona görə ki, QMİ sədri ilk dəfə deyil belə hazırlıqsız, uğursuz bəyanatlar verir. Bundan əvvəl az qala İkinci Qarabağ müharibəsində qazandığımız qələbəyə görə İran İslam rejiminin “rolunu”nu önə çəkirdi. Bu qəbuledilməzdir. İndiki çıxışında Azərbaycanla Ermənistanın mənəvi  məsuliyyətinin eyniləşdirilməsi də həmçinin qəbul edilə bilməz”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ