Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Qarabağ ermənilərinin yaşadığı ərazilərdə də abadlıq-quruculuq işlərinə start verəcək

Image


Azad edilmiş ərazilərdə  Azərbaycan tərəfindən bu gün kifayət qədər genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilməkdə, innovativ layihələr reallaşdırılmaqdadır. Bu həm də onun təsdiqidir ki, Qarabağ münaqişəsi tarixin arxivinə qovuşandan sonra Azərbaycan yeni və daha sürətli inkişaf yoluna qədəm qoyub. Məhz bu fonda da  işğal dönəmində xarabazara çevrilmiş torpaqlarımızda erməni təcavüzqnə son qoyulduqdan sonra əsl canlanma müşahidə olunur.

Qarabağa dair böyük sülh razılaşması üzərində işlər intensivləşib...

Azərbaycan bunlara paralel olaraq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan ərazilərlə də bağlı mühüm layihələrə start verməyə hazırlaşır. Bunun üçün artıq müvafiq zəmin də hazırlanır. Söhbət Qarabağa dair böyük sülh razılaşmasından gedir.

Xatırladaq ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan ən yüksək səviyyədə Ermənistanla sülh müqaviləsi üzərində işləməyə, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyasına dair müzakirələrin başlamasına hazır olduğunu bəyan edib. Öləmizin bu mövqeyi bir daha Azərbaycanın regionda sülh, mehriban qonşuluq tərəfdarı olmasının real ifadəsidir. Dünya miqyasında da belə yanaşma hakimdir ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması vacibdir. Bunu Ermənistan da qəbul etməli və bilməlidir ki, sülhə, əməkdaşlığa qarşı yönəlmiş istənilən cəhd sonda iflasa məhkumdur. Çünki Ermənistanın Azərbaycana qarşı çıxmaq üçün əvvəlki qaydada nə hərbi gücü, nə də digər potensialı var. Ermənistan özü də qəbul etməyə başlayır  ki, onun perspektiv inkişafı bilavasitə Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşmasından, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasından asılıdır. Bu səbəbdən rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsini imzalamağı, ölkəmizin ərazi bütövlüyünü tanımağı tezləşdirməlidir. Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyonun açıqlamalarından belə məlum olur ki, İrəvan artıq qeyd edilən istiqamətdə müvafiq addımlar atmağa hazırlaşır. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa dair böyük sülh razılaşması üzərində işləyirlər. Düzdür, səfir təfərrüatları açıqlamayıb, amma onu da etiraf edib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağa dair uzunmüddətli razılaşmanın əldə edilməsi üzərində işi davam etdirir. Onun sözlərinə görə, prosesdə Minsk Qrupunun hər üç həmsədr-ölkələrinin iştirakı vacibdir: “Bilirsiniz, mən burada, Ermənistandayam, ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Amma mənim həmkarım var - Stefan Viskonti, o, Fransanın Minsk Qrupunda nümayəndəsidir. Mən sizə bunu deyə bilərəm ki, Nyu-Yorkda xarici işlər nazirlərinin görüşündə irəliləyiş əldə olunub, biz Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə məmuniyyətlə iki xarici işlər nazirinin görüşünü təşkil etdik. Ümid edirik ki, buna bənzər başqa qərarlar da olacaq. Və mən sizi əmin edə bilərəm ki, rusiyalı və amerikalı həmkarlarımızla birlikdə Qarabağa dair daha uzunmüddətli razılaşmanın əldə edilməsinə hədəflənmiş prosesin irəli aparılması üzərində işləyirik”.

Hesab edilir ki, sülh razılaşmasının imzalanması həm Ermənistan, həm də Qarabağ erməniləri üçün olduqca vacibdir. Çünki Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıması, əsassız iddialarından əl çəkməsi, beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməsi, nəqliyyat-kommunikasiya xətlərinin, xüsusən də  Zəngəzur dəhlizinin açılması Ermənistan üçün əsas və yeganə xilas yoludur. Ermənistan onu da qəbul etməlidir ki, Azərbaycan-Türkiyə tandemi regionda həlledici amildir.  Bu tandem davamlı olaraq güclənməkdədir və belə gedişlə o, qlobal miqyasda da həlledici söz sahibi olacaq. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və bu gedişlə o, daha da azalacaq. Çünki ölkədə məşğulluq səviyyəsi çox aşağıdır, iş yoxdur. Azərbaycanın işğal faktını aradan qaldırması fonunda Qarabağda çox məhsuldar torpaqlardan məhrum olan  Ermənistanı daha böyük problemlər, ərzaq qıtlığı gözləyir. Bununla bağlı Ermənistanda artıq həyəcan təbili çalınır. Bu problemlərdən yeganə çıxış yolu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini mümkün qədər tez normallaşdırmasıdır. Bütün bunlardan sonra Ermənistan inkişaf yoluna çıxa, Qarabağ erməniləri isə üzləşdikləri problemlərdən xilas ola bilər.

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan əraziləri də ölkəmiz cənnətə çevrəcək…

Təbii ki, sülh razılaşmasının imzalanmasından sonra Azərbaycan, yuxarıda qeyd olunduğu kimi, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan ərazilərdə də abadlıq-quruculuq işlərinə start verəcək. Bu, həm orada erməni əsilli Azərbaycan vətəndaşlarının iş və digər problemlərinin həllinə imkan verəcək, həm də işğaldan əvvəl həmin yerlərdə yaşayan azərbaycanlıların geri qayıdışı üçün lazımı şərait formalaşdıracaq. Təbii ki, bu gedişat yaxın illər ərzində həmin yerlərin belə demək olarsa, cənnətə çevrilməsilə nəticələnəcək. Ölkənin digər bölgələrində olduğu kimi Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan ərazilərdə eyni sürətlə quruculuq-abadlıq işləri həyata keçiriləcək.

Burada bir məqamı yenidən xatırlatmaq lazım gəlir ki, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi artıq sərf edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan digər addımlar da atır. Bundan başqa,  bir sıra xarici ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək niyyətlərinibildiriblər. Yüksək və müasir standartlarla həyata keçirilən bərpa-quruculuq işləri Qarabağda qalan ermənilər də görür. Onlar şahidlik edir ki, Azərbaycan azad olunmuş ərazilərin yeni nəfəs, yeni həyat gətirir. Vahid Azərbaycan dövləti inamla inkişaf edir və bərpa-quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilir. İndi bu prosesdə iştirak ermənilər üçün də xüsusi maraq kəsb edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ