Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Qarabağ erməniləri ilə bağlı mühüm proqramın icrasına hazırlaşır

Image


Azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün Prezident İlham Əliyevin dövlət proqramı imzalayacağı gözlənir. Bu haqda “Azadlıq” radiosuna Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc məlumat verib.

O bildirib ki, 10 noyabr atəşkəs bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə imzalanması gözlənən dövlət proqramı da həmin bəyanat əsasında hazırlanıb: “Amma bütün bunların hamısı - ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etməsi və birgəyaşayışın üzərində məsələ, inteqrasiya və birgəyaşayış kimi nəzərdə tutulub. Yəni son olaraq dövlətin siyasi sənədi kimi ölkə rəhbərliyi tərəfindən imzalanacaq sənədin adı fərqli ola bilər, amma hazırkı dövr konseptual sənəd dediyimiz səpkidə işlənib və bir çox peşəkar mütəxəssislər ora cəlb olunub”. Azərbaycan tərəfi ermənilərin inteqrasiyasını planlaşdırsa da, reallıqda hələ ki, ermənilərin yaşadığı ərazilərə nəzarət etmir, Qarabağın dağlıq rayonları Şuşa və Hadrut qəsəbəsi xaric müharibədən sonra gəlmiş Rusiya sülhməramlılarının nəzarətindədir. Amma ekspertlər bildirir ki, imzalanması gözlənilən sənəd vəziyyəti tam dəyişə bilər. O da xatırlanır ki, Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsində təxminən 25 min erməni sakin yaşayır. Yaxın illərdə sülhməramlı qüvvələr regionu tərk etdikdən sonra həmin sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması qarşıda duran əsas məsələlərdən biridir. Azərbaycan artıq bu istiqamətdə mühüm addımlar atır. Məsələ Ermənistanda da xüsusi diqqət mərkəzindədir.

İrəvanda mənzilllənən Regional Araşdırmalar İnstitutunun rəhbəri Riçard Girakosyan qeyd edir ki, indidən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasından danışmaq tezdir: “Müharibədən ötən bir ildə həmin ermənilər daha çox narahatdır, nəinki Ermənistandakı ermənilər. Onlar öz təhlükəsizliklərinin təminatını heç Ermənistanda da yox, Rusiyada axtarırlar. Qarabağ erməniləri qeyri-müəyyənlik içindədirlər və özlərini təhlükədə hiss edirlər. Qarabağdakı ermənilər Rusiyanın onları qoruyacağına inanırlar. Heç Ermənistan Respublikasından belə gözləntiləri yoxdur”. Deputat Zahid Oruc isə bildirir ki, Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı neqativ münasibətin müharibədən sonra da eyni səviyyədə qalıb-qalmadağını demək çətindir. O ümid edir ki, ötən bir ildə münasibətlərdə dəyişiklik var. Zahid Oruc isə hesab edir ki, ordakı rejimin separatçılıq cəhdlərinin davam etməsinin qarşısını almaq mümkün olacaq: “Bunlar, əlbəttə ki, Azərbaycan Konstitusiyasına ziddir. Ancaq bunu Azərbaycan tankla, topla, dronlarla deyil, sırf siyasi vasitələrlə həll edəcək. Beynəlxalq hüquqda hər məsələ güclə həll olunmur”. Hesab edilir ki, Qarabağ ermənilərinin bir çoxu Azərbaycana üz tutacaq. Artıq bu istiqamətdə cəhdlər edən ermənilər də var. Bir müddət əvvəl dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan Azərbaycan və rus hərbçilərinə yaxınlaşaraq övladları ilə birgə Şuşaya qayıtmaq niyyətini açıqlayıb. Sadəcə, onlar Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib. Lakin Azərbaycan qanunları altında yaşamaq istəyən Qarabağ ermənilərinin sayı çoxdur. Burada qalan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərsə, təbii ki, asanlıqla inteqrasiya olunacaqlar. Azərbaycanda yaşayan digər xalqaların nümayəndələri kimi sərbəst şəkildə yaşayarlar və onlar üçün heç bir təhlükə olmaz. Həmin ermənilər özləri də bilirlər ki, indiki vəziyyətdə yaşamaq asan deyil. Azərbaycan dövləti də ermənilərin cəmiyyətimizə inteqrasiya olunmağını istəyir ki, ölkədə sülh tam təmin edilsin.

Xatırladaq ki, Qarabağ erməniləri xarici səfərlərini Ermənistan vətəndaşlarının istifadə etdiyi pasportla reallaşdırırlar. Bu o deməkdir ki, Qarabağdakı ermənilərin adları dünyanın heç bir siyahısında, kitabında yoxdur. Onlar ya Rusiya, ya da Ermənistanın adından çıxış edirlər. Sözsüz, bunun əsas günahkarı həmin erməniləri əlində vasitəyə çevirən Ermənistan hakimiyyəti və onun havadarlarıdır. Qarabağdakı erməni icmasının üzvlərinin hüquqlarının bərpası isə Azərbaycan vətəndaşlığından başlayır. Bu təmin olunmayanadək öz maraqlarının təmini üçün onlara müxtəlif vədlər verənlər həmin ermənilərdən vasitə kimi istifadə edəcəklər. Bir daha qeyd edək ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yaşayan ermənilər çox ciddi çətinliklərlə üzləşiblər. Səfalət içində yaşayan Qarabağ erməniləri qida, digər gündəlik tələbat malları ilə təminat, eləcə də məşğulluq sarıdan ciddi çətinliklər yaşayırlar. Mövcud vəziyyətdə Qarabağ ermənilərinin Ermənistandan narazılıqları daha da artıb. Ermənistandan edilən maddi yardımların həcmi əhəmiyyətli dərəcədə azalıb. Bunun əsas səbəbi Ermənistan iqtisadiyyatında yaşanan tənəzzüldür. Ermənistan Qarabağ erməniləri üçün həyata keçirdiyi yardım proqramlarını da dayandırıb. Bu, sonuncuların sosial-maddi durumlarının daha da pisləşməsinə, Ermənistandan narazılıqlarının daha da artmasına səbəb olub. Qarabağ erməniləri üçün digər ciddi problem məşğulluqla bağlıdır. Qarabağ erməniləri işğal dönəmində zəbt edilmiş Azərbaycan ərazilərində genişmiqyaslı iqtisadi fəaliyyət həyata keçiriblər. Əkinçilik, heyvandarlıq, meşə sahələrinin, faydalı qazıntı yataqlarının istismarı, digər növ iqtisadi fəaliyyət Qarabağ ermənilərinin əsas gəlir mənbələrini təşkil edib. Amma Azərbaycan ərazilərini azad etdikdən sonra ermənilər bütün bu gəlir, məşğulluq mənbələridən məhrum olublar. Hazırda Qarabağ ermənilərinin qarşısında iki seçim var: ya bu əraziləri tərk edib getmək, ya da Azərbaycan vətəndaşlığını qəbul edib rifah içində təhlükəsiz halda yaşamaq. Azərbaycan ən yüksək səviyyədə Qarabağda qalan erməniləri öz vətəndaşı olaraq qəbul etdiyini, ölkənin digər sakinləri kimi onlara da yaşam üçün bütün zəruri şəraiti yaratmağa hazır olduğunu bəyan edir. Elə Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində də bir daha diqqətə çatdırıb ki, bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Bunu Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər özləri də qəbul etməli, Azərbaycan qanunvericiliyinə uyğun yaşamlarına davam etməlidirlər. Azərbaycan onun vətəndşlığını qəbul etdikdən sonra Qarabağda yaşayan ermənilərin bütün zəruri təchizatlarla da ən yüksək səviyyədə təmin olunmasını həyata keçirəcək. Bu səbəbdən Qarabağda yaşayan ermənilər qeyd edilən istiqamətdə nə qədər tez addım atsalar, bir o qədər tez bu və digər problemlərini həll edər, təhlükəsizliklərini Azərbaycan dövləti hesabına təmin etmiş olarlar.

Nahid SALAYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ