Bazar günü günü, 15 noyabr 2026
     

Hərbi cinayətləri edən özüdür, Azərbaycanı ittiham edir - məsuliyyət yenə YUNESKO-nun üzərindədir...

Image


Azərbaycanın tarixi-mədəni, dini irsini talan edib dağıdan, təhqir edən, böyük bir hissəsini yer üzündən silən Ermənistan yenə də öz çirkin niyyətlərindən, yalançılığından və saxtakarlığından əl çəkmir. Necə deyərlər, “adımı sənə qoyaram, səni də yana-yana”. Ermənistan elə bir dövlətdir. Öz cinayətlərini başqalarının ayağına yazmaq onun üçün su içmək qədər asandır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Armenpress”ə müsahibəsində həyasızcasına iddia edib ki, guya Azərbaycan “hərbi cinayətlərini gizlətməyə çalışaraq” “erməni mədəni irsinin təhlükə altında olan obyektlərinə” UNESCO -nun ekspert missiyasının girişini “əngəlləyir” və ya “maksimum məhdudlaşdırır”.

Bu qədər də ağ yalan olar? Faktiki olaraq Azərbaycan 30 ildi ki, UNESCO-nu bura çağırır, amma UNESCO atlı, Azərbaycan isə piyada olub, bu qurumu heç cür bölgəyə gətirə bilmir. Əlbəttə, buna ermənilər mane olur. UNESCO missiyasının indiyə qədər bölgəyə gəlməməsinin, azad edilən ərazilərdə olmamasının günahkarı Azərbaycan yox, Ermənistandır və yalançı erməni təbliğatıdır. Azərbaycan ərazisində heç bir erməni abidəsi yoxdur, olmayan bir şey necə dağıdıla bilər ki?

Ekspertlər deyir ki, bütün hallarda bu məsələdə məsuliyyət Ermənistanın və indiyə qədər missiya göndərməyən UNESCO-nun üzərindədir.

  • “Ermənistan tərəfi bu məsələdə də hər zamankı kimi aşkar həyasızlığını sərgiləməklə, necə deyərlər, UNESCO-nun “ayağına pas ötürür...”

Siyasi şərhçi Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan XİN-in sözçüsü bu cəfəng bəyanatla həm öz ölkəsini, həm də UNESCO-nu ifşa edib. O qeyd etdi ki, Azərbaycan əraziləri 11 aydır işğaldan azad edilib, amma faktiki olaraq UNESCO bir dəfə də olsun Azərbaycanı yada salmayıb. “Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə tarixi, mədəni, dini və mənəvi irsimizi dağıdaraq məhv etməsi artıq danılmaz bir faktdır və bu barədə Prezident İlham Əliyev dəfələrlə öz  çıxışlarında vurğulayıb. Lakin məsələnin mahiyyəti ondadır ki, Azərbaycan tərəfi istər torpaqlarımız işğal altında olarkən, istərsə də sonrakı müddətdə UNESCO-nun rəhbərliyinə erməni vandallığının aşkar və ifşa olunması üçün çoxsaylı müraciətlər etsə də, qarşı tərəf həmin müracitələrə məhəl qoymayıb. Dövlət başçımız haqlı olaraq irad bildirib ki, UNESCO ikili standartlarla fəaliyyət göstərir və nədənsə Ermənistanın ifşa olunmasında maraqlı görünmədiyini nümayiş etdirir. Halbuki, Ermənistan tərəfi bu məsələdə də hər zamankı kimi aşkar həyasızlığını sərgiləməklə, necə deyərlər, UNESCO-nun “ayağına pas ötürür”, yəni qurumun işğaldan azad edilən ərazilərimizə gəlməməsi üçün sərsəm ittihamlarla çıxışlar edir. Misal üçün, Ermənistan XİN-in mətbuat katibi sərsəmləyir ki, sən demə UNESCO-nun Azərbaycana gəlməməsini Bakı “əngəlləyir” və s. Göründüyü kimi, əsl erməni həyasızlığı bir daha özünü sübuta yetirir. Necə olur ki, Azərbaycanın dövlət başçısı xarici KİV-ə verdiyi çoxsaylı müsahibələrində adıçəkilən qurumu ölkəmizə dəvət edir, erməni vandallığının ifşası üçün, faktları əldə etməsi üçün çağırışlar, dəvətlər səsləndirir, erməni tərəfi isə əksini iddia edir? Məncə, təkcə bu amil artıq özü-özlüyündə həmin sualın cavabını verməkdədir. Təbii ki, UNESCO-nin işğaldan azad edilmiş ərazilərimizə gələrək dağıdılmış, məhv edilmiş tarixi abidələrimizi, irsimizi fiksasiya etməsini əslində Ermənistan istəmir və qabaqdangəlmişlik göstərməklə qeyd edilən axmaq iddialarını irəli sürür.

Eyni zamanda düşünürəm ki, bu gün missiyanın ölkəmizə gəlməməsinin köklü səbəblərini yalnız Ermənistan tərəfində deyil, elə həmin missiyanın rəhbərliyində də axtarmaq lazımdır.

Yeri gəlmişkən, mövzunun kontekstindən çıxmamaq şərtilə daha bir faktı da diqqətinizə çatdırmaq istərdim. Bildiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yalnız ölkəmizdə deyil, eyni zamanda Avropa ölkələrində bəşəri mədəniyyət abidələrinin, Avropanın qədim irsini tərənnüm edən tarixi binalarının, muzeylərinin, dini abidə komplekslərinin təmirlərini, bərpa işlərini həyata keçirməklə əslində Azərbaycanın tarixi irslərə, dəyərlərə necə qiymət, dəyər verdiyini nümayiş etdirib”.

R.Rəsulovun sözlərinə görə, belə olan halda UNESCO-nun qarşılıqlı addım atması zərurətə çevrilməlidir, çünki söhbət bu dəfə Azərbaycanın abidələrindən, irsindən gedir və sözügedən missiya tərəfindən müşahidə etdiyimiz davranış əsla anlaşılan deyil. Siyasi ekspert hesab edir ki, bax, bu səbəbdən cənab İlham Əliyev işğaldan azad edilmiş Zəngilana səfəri zamanı dağıdılmış, viran qoyulmuş tarixi məscidin qarşısında haqlı ittihamlarını bəyan etmişdi. “Onu da deyim ki, həmin bəyanat yalnız UNESCO-nun deyil, ümumilikdə ikili standartlardan çıxış edən edən xristian klublarına aid beynəlxalq təşkilatlara vurulan tərs şillə idi. Necə olur, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə kilsə binası bir az zərər görən kimi bu qurumlar hay-haray qaldırmaqla az qala Azərbaycanı “bütün dünyanın xristian abidələrinin qənimi” kimi göstərməyə cəhdlər etdilər, amma dağıdılan, təhqirlərə məruz qalan yüzlərlə məscidimiz, abidələrimiz, qədim irsimiz heç kimsədə zərrə qədər də olsa təəssüf hissləri oyatmadı? Dövlət başçımız UNESCO ilə bağlı fikirlərini açıqlayarkən missiyanın iki il əvvəl işğal altındakı torpaqlarımıza gəlmək istəməməsini “məsələni siyasiləşdirmək istəməmələri” ilə əlaqələndirdiyini demişdi. Bəs indi nə oldu..?!

Söz yox ki, cənab Prezident bu fikirləri səsləndirməklə UNESCO-nu idarə edənlərə açıq şəkildə bəyan ki, siz ədalətsizsiniz və Azərbaycan torpaqlarında vəhşiliklər, vandallıqlar törətmiş ermənilərə təəssübkeşlik edirsiniz. Belə olan halda, yəni vandallıqlarına görə heç bir hüquqi cəza almadıqlarını görən ermənilər də UNESCO-nun həmin təəssübkeşliyindən vəcdə gələrək Azərbaycana qarşı məlum qarayaxmalarını irəli sürürlər. Əslində bilirsinizmi məsələ nədədir? Ölkəmiz 30 ilə yaxın dövr ərzində bu kimi ikili standartlarla o qədər çox qarşı-qarşıya qalıb ki, artıq belə davranışlar bizlərdə təəccüb də doğurmur. Lakin hər necə olursa-olsun, həqiqət onsuz da öz sözünü deyir, gec, ya da tez. Elə UNESCO-nun missiyası da nə qədər böyük səhvə yol verdiyini anlayacaq, onda da çox gec olacaq. Azərbaycan dövləti özü öz torpaqlarını işğaldan necə azad etdisə, talanlara, dağıntılara məruz qalmış tarixi abidələrini, milli irsini də özü bərpa edəcək. O cümlədən, bunları törədənlərin də cəzalarını mütləq verəcək, bax buna isə kimsənin şübhəsi olmamalıdır” - deyə siyasi ekspert R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ