Bazar günü günü, 15 noyabr 2026
     

İran məmurları Azərbaycanla ritorikada əndazəni tam aşır...

Image


Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayevanın İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livan telekanalına müsahibəsi zamanı ölkəmizin ünvanına səsləndirdiyi böhtanlara sərt cavabının ardınca İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ənənəvi həftəlik brifinqində Azərbaycanla münasibətlərdə hazırda baş verənləri şərh edib.

İran rəsmisi növbəti dəfə Bakıya “İsrailin regionda iştirakı ilə bağlı” xəbərdarlıq edib: “Tehran öz təhlükəsizliyi ilə bağlı zarafat etmir və bunu hamı bilir. İsrail hara girsə, ora özü ilə qeyri-stabillik və terrorçuluq gətirir. Biz bu haqda Bakıya bildirmişik. İsrail regionda qeyri-sabitlik yaratmaq istəyir. Tehran və Bakı üçüncü şəxslərin onların münasibətlərinə qarışmaması üçün ehtiyatlı olmalıdır.

Bakı hökuməti ilə münasibətlərimiz normal şəkildə davam edir. Üçüncü şəxslərin bu münasibətləri pozmasına imkan verməməliyik. Normal olmayan situasiya bu münasibətləri pozmağa çalışmaqdır”.

Səid Xətibzadə bildirib ki, İran Azərbaycanla qonşuluq münasibətlərinə malikdir və Tehran “ikitərəfli münasibətlərə olan etimadını və qonşuluq hisslərini nəzərə alaraq” öz narahatlıqlarını Azərbaycan tərəfinə çatdırıb:

“Bakıdakı dostlarımız da deyiblər ki, bizim bu narahatlığımızı aradan qaldıracaqlar. Bəzi məqamlar və mövzularla bağlı Azərbaycan tərəfindən gözləntilərimiz var idi ki, həyata keçirilməyib. Bizim Azərbaycanla rəftarımız qardaşca olub".

S.Xətibzadə İran hava məkanının Naxçıvana hərbi yük aparan təyyarələr üçün bağlanılması ilə bağlı xəbərlərə də münasibət bildirib: "Biz hava məkanımızı Azərbaycanın üzünə heç vaxt bağlamamışıq. Quru yollar da açıqdır, mübadilə və get-gəl var. İki tərəf üçüncü qüvvələrin əlaqələrə mənfi təsir göstərməsinə icazə verməməlidir”.

İran rəsmisinin bəyanatında yenə də hədə notları var. Hətta demək olar ki, təhdidin “doza”sını bir qədər də artıraraq, “İran öz təhlükəsizliyi ilə bağlı məsələdə zarafat etmir”,  kimi ifadələrə yer verirlər. Bu ritorikanı necə dəyərləndirmək olar?

Təhlükəsizlik üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran rəsmisinin son brifiqdə səsləndirdiyi fikirlərdə hədə ilə yanaşı “qardaşlıqdan”, dostluqdan danışılan məqamlar da var. Bundan əvvəl də İran rəsmilərindən bəziləri Azərbaycana münasibətdə “dostluq, qonşuluq, qardaşlıq” kimi ifadələrə yer verib. Amma təxminən eyni vaxtda başqa rəsmilər, yaxud generallar və din xadimləri Azərbaycanın ünvanına əsassız ittihamlar, təhdidlər yağdırıblar. İranla Azərbaycan arasında yaşanan gərginlik dünyanın diqqət mərkəzindədir. Əlbəttə, bu təsadüfi deyil. 44 günlük müharibədən sonra yaşadığımız bölgədə ciddi geosiyasi dəyişikliklər baş verib. Bu dəyişikliklər isə bütövlükdə dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsini fərqli bir istiqamətə yönləndirir. Elə bu səbəbdən də dünyanın güc mərkəzləri bu prosesi yaxından izləyir.

Bu təhlillərdən belə qənaətə gəlinir ki, İran tərəfindən Azərbaycana qarşı səsləndirilən misilsiz və sivil dünyada qəbul olunmayan təhdidlərin ciddi əsası yoxdur.

İslam respublikasının rəsmi nümayəndələri iki ölkənin ənənəvi ehtiyatlı münasibətlərindəki bu dəfə sərhədə qoşun yığmaqla nəticələnən gərginliyini  onunla izah edirlər ki, qonşu dövlətin sionist qurumun (İranda İsrail dövlətini rəsmən bu cür adlandırırlar) hərbi bazaları üçün platsdarma çevrilməsi ilə barışa bilməzlər. Baxmayaraq ki, Prezident İlham Əliyev rəsmi Tehranın ittihamlarını qətiyyətlə rədd edərək, Azərbaycanda əcnəbi hərbi birliklərin fiziki mövcudluğu ilə bağlı konkret sübutlar tələb edib. İran həmin sübutları təqdim etmək əvəzinə,  qəzəbli ritorikalarını get-gedə daha qıcıqlandırıcı intonasiya ilə davam etdirməkdədir.

Bununla əlaqədar sadə suallar yaranır: məgər İran rəhbərləri Azərbaycanla İsrailin hələ ötən əsrin 90-cı illərində başlayan strateji əməkdaşlığının miqyasından xəbərsizdilər?

Məgər İslam inqilabı keşikçiləri Korpusunun kəşfiyyatının rəhbərliyi ali ruhani lider Əli Xamneiyə məruzə etməyiblər ki, hələ 2011-ci ildə Azərbaycan İsrail texnologiyaları ilə müasir PUA-ların istehsalına başlayıb?

Məgər İran kəşfiyyatının rəhbərləri Tehran hökumətini İsrail hökumətinin ən nüfuzlu üzvlərinin və Baş nazirinin Azərbaycana səfərləri barədə məlumatlandırmayıb? Əlbəttə, məlumatlıdırlar.

Elə isə niyə məhz indi, 2021-ci ilin ikinci yarısında İran Bakı ilə Təl-Əvivin strateji əməkdaşlığından şimal qonşusuyla münasibətləri kəskin şəkildə gərginləşdirmək üçün bəhanə kimi istifadə etmək qərarına gəlib? İran diplomatiyasının bu ultimativ ritorikasının səbəbi bəllidir - Azərbaycanın bölgədə öz gücü hesabına yaratdığı reallıqları həzm edə bilməmək. Azərbaycan müstəqil ölkə kimi istədiyi dövlətlə əməkdaşlıq edə bilər. Bunun üçün kimdənsə icazə almağa borclu deyil. Yaxşı olardı ki, İran rəsmiləri səsləndirdikləri yaxın qonşu, qardaş ölkə ifadələrini sözlə deyil, əməlləri ilə sübut etsinlər. Bu şəkildə qonşuluq münasibəti qurula bilməz”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ